KÖVRƏKLİK

is.
1. Ovulma, tez dağılma, tez sınma xassəsi. Çörəyin kövrəkliyi. Buzun kövrəkliyi.
2. məc. Tez təsirlənən, tez mütəəssir olan, riqqətlənən adamın hal və xasiyyəti; tez təsirlənmə, riqqətlənmə, doluxsunma.
Qəribədir, indi Ulduzun səsində elə bir kövrəklik vardır ki, elə bil ki, bu səs bu dəqiqə sınacaq, qırılacaq, dağılacaqdır. Ə.Məmmədxanlı.
İndi necə oldusa Mədədov qəlbində hiss etdiyi bir kövrəkliklə (z.) ondan təkrar soruşdu. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KÖVRƏKLİK yumşaqlıq — mülayimlik — həlimlik
  • KÖVRƏKLİK zəriflik — incəlik

Antonimlər (əks mənalı sözlər)

  • KÖVRƏKLİK KÖVRƏKLİK – BƏRKLİK Mən bir qranitəm ki, hər parçamda duyulur; bərkliyim; döyüşlərdə bərkliyim; ülfətdə kövrəkliyim (R
KÖVRƏKLƏŞMƏK
KÖVRƏLMƏ

Digər lüğətlərdə

миграцио́нный напра́вленно новосе́льческий отговори́ть подлинне́ть сыска́ться уси́льно агро... вы́манить перепла́вить помилосе́рдствуйте удуша́ть шнуро́к эде́мский аканье addiction cokehead dimmish jenny wren madam woodcutter арочный противовоздушный равняться смута