KÜSÜ

is. Bir-biri ilə danışmama halı; küsmə.
Küsülü qardaş, gəl yükü çataq, yenə küsümüz küsü. (Məsəl).
Artıq yetər, bu nə umu, nə küsü; Sal yadına o qayğısız günləri. Ə.Cavad.
[Fərman Mələyə:] Heç fikir eləmə, ömrü boyu cəhənnəmdə yanmaqdansa, ataananın bircə aylıq küsüsünə dözmək yaxşıdır. M.İbrahimov.

□ Küsü saxlamaq (tutmaq, bağlamaq) – bir-biri ilə danışmamaq, küsülü vəziyyəti davam etdirmək, dindirməmək. Şirvana yol bağlaram; Dərd əlindən ağlaram.
Yardan kağız almasam; Mən də küsü saxlaram. (Bayatı).

KÜSTAXLIQ
KÜSÜLÜ

Digər lüğətlərdə