KƏF₁

is. [ fars. ] Köpük (od üstündə bişən xörək və s.-də). Xörəyin kəfini götürmək. Sabun kəfi.
– Qazan daşdı, kəfın al; Qaynadıqca kəfin al. (Bayatı).
Mən əti doğrayıb qurtaranda Gülqədəm düyünün kəfini yığırdı. Ə.Vəliyev.

◊ Kəf getmək dan. – oğurlamaq, çırpışdırmaq, qoparmaq.
Kəf gəlmək – hiylə işlədərək aldatmaq, kələk gəlmək.
Gərək bu xəzinədardan göz olum ki, müştərilər bizim bu başısoyuğa kəf gəlməsinlər. Kirpi”.

Kəfə getmək – araya salıb mənimsəmək, özünə götürmək.
[Salamov:] Adə, Bahadır bəy, sən ərinin yanında sırğalardan balaca söhbət sal, yoxsa qızıl sırğaları kəfə gedər, əri bilməz. C.Cabbarlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KƏF KƏF (bişən xörəkdə, mürəbbədə) Mən eti doğrayıb qurtaranda Gülqədəm düyünün kəfini yığırdı (Ə.Vəliyev); KÖPÜK Salmanov mürəbbənin köpüyünü alırdı (Ə
  • KƏF kələk — hiylə — badalaq

Omonimlər

  • KƏF KƏF I is. [ fars. ] Köpük, xörəyin üzündə əmələ gələn maddə. Qazan daşdı, kəfin al; Qaynadıqca kəfin al (Bayatı)
KƏF₂
KƏFƏ

Digər lüğətlərdə