KƏSİR₁

is. [ ər. ]
1. Nöqsan, çatışmazlıq, çatışmayan cəhət, şey; naqislik, əgər-əskik. İşdə kəsir çoxdur. Tərbiyə işindəki kəsir.
[Gülzar:] … Hər şeyim var, şükür Allaha, heç bir zaddan kəsirim yoxdur. S.S.Axundov.
Bir nəğmə qoşmadım hələ mən sənə; Dağlar bunu mənə kəsir sanmasın. B.Vahabzadə.

// Planın və s.-nin yerinə yetirilməsində natamamlıq, gerilik, naqislik, çatışmazlıq.
Tresti kəsirdən qurtarmaq üçün birinci növbədə müşavirə və nitqləri ixtisara salmaq lazımdır. M.Hüseyn.
Pambıq planını kəsirdə qoymayacağıq. Mir Cəlal.

2. Zərər, ziyan: çatışmayan hissə, əskik. [Cavahir:] Bikə dedi ki, … Ağcanın ürəyi sınıqdı.
Onun taylarının dörd-beş uşağı var… Sandığım doludu, qızın heç nədən kəsiri yoxdu. İ.Məlikzadə.

3. Kəsirlə şəklində zərf – natamam şəkildə, tam olmayaraq, tələb olunandan az. Tapşırığı kəsirlə yerinə yetirmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KƏSİR boşluq — məsafə
  • KƏSİR nöqsan — qüsur

Antonimlər (əks mənalı sözlər)

  • KƏSİR KƏSİR – ARTIQ Gəl, gəl ki, yoxaldaq hər cəbhədə kəsiri (S.Rüstəm); Bıy, ay kişi, məndə artıq heyvan nə gəzir (M
KƏSİNTİ
KƏSİR₂
OBASTAN VİKİ
Fiskal kəsir
Süleyman ibn Kəsir
Süleyman ibn Kəsir (ərəb. سلیمان بن کثیر‎) — Kərbəla döyüşündə şəhid. Onun adı "əl-Ziyarə ər-Rəcəbiyyə"də Hüseyn ibn Əli üçün, "əl-Ziyarə"də isə Əli əl-Əkbər və digər Kərbəla şəhidləri üçün çəkilmişdir.Bəziləri onun əslində Müslüm ibn Kəsir əl-Əzdi olduğunu mümkün hesab edirlər.Onun şəxsiyyəti, həyatı, nəsli, ailəsi haqqında heç bir məlumat yoxdur.

Digər lüğətlərdə