KİTABŞÜNAS

ə. və f. 1) biblioqraf; 2) kitab mütəxəssisi.

KİTABİYYƏ
KİTABÜLLAH
OBASTAN VİKİ
Kitabşünaslıq
Kitabşünaslıq (ing. "Bibliology" və ya "Book Science") — kitablar və kitab işi barədə kompleks elm. Yazılı əsərlərin və nəşrlərin cəmiyyətdə yaradılması, yayılması və istifadə edilməsi proseslərini öyrənir.. XVI əsrdə fransız J. J. Pev tərəfindən istifadə edilmişdir. Bibliologiya termini altında kitablar haqqında düşünmək, onlar haqqında və ya onların məzmunu, tarixi haqqında inamla danışmaq başa düşülürdü. V. Q. Anastasyevic kitab nəzəriyyəsini biblioqrafiya kimi başa düşür, P. Otle biblioqrafiyanı kitab haqqında nəzəri biliklərin məcmusu hesab edir və onun tərkibinə biblioqrafiyanı da daxil edirdi. N. M. Lisovski və M. N. Kufaev isə onu kitabın fəlsəfəsi adlandırırdı. 1931-ci ildə A. Q. Fomin bibliologiya terminini kitabşünaslıq termini ilə əvəz etməyi təklif etdi.
Kitabşünaslıq və redaktor sənəti (jurnal)
«Kitabşünaslıq və redaktor sənəti» (ing. «Bibliology and editorial art»; rus. «Книговедение и редакторское искусство») - elmi-nəzəri və təcrübi-metodik jurnal. == Jurnalın yaranma tarixi == «Kitabşünaslıq və redaktor sənəti» elmi-nəzəri və təcrübi-metodik jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi olaraq 4021 saylı şəhadətnamə ilə 01.12.2015-ci il tarixdə qeydə alınmışdır. Jurnal ildə 2 dəfə olmaqla 2015-ci ildən nəşr olunur. Jurnalın təsisçisi və baş redaktoru BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Süleymanovdur. == Jurnalda dərc olunan mövzular == • Nəşriyyat işinin əsasları; • Mətnşünaslıq; • Ədəbiyyatşünaslıq; • Jurnalistikanın nəzəri və təcrübi məsələləri; • Mətbuat və kitab tarixi; • Sənəd-informasiya təminatı. == Redaksiya heyəti == Abuzər Xələfov - tarix üzrə elmlər doktoru, professor (Azərbaycan); Xəlil İsmayilov - tarix üzrə elmlər doktoru, professor (Azərbaycan); Alisa Belovitskaya - filologiya üzrə elmlər doktoru, professor (Rusiya); Cahangir Məmmədli - filologiya üzrə elmlər doktoru, professor (Azərbaycan); Kərim Tahirov - tarix üzrə fəlsəfə doktoru, professor (Azərbaycan); Aybəniz Əliyeva-Kəngərli - filologiya üzrə elmlər doktoru (Azərbaycan); Bülent Yılmaz - professor doktor (Hacettepe Universiteti, Türkiyə); Nataliya Kunanets - sosial kommunikasiya üzrə elmlər doktoru, professor (Lvov Politexnik Humanitar Universiteti, Ukrayna); Əliş Ağamirzəyev - filologiya üzrə fəlsəfə doktoru, dosent (Azərbaycan); Azad Qurbanov - fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent (Azərbaycan); İmaməddin Zəkiyev - filologiya üzrə elmlər doktoru (Azərbaycan); Əliağa Cəfərov - filologiya üzrə elmlər doktoru (Azərbaycan); Gülər Dəmir - dosent doktor (Kastamonu Universiteti, Türkiyə); Eldəniz Məmmədov - tarix üzrə fəlsəfə doktoru (Azərbaycan).

Digər lüğətlərdə