Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

  • BƏHANƏ

    f. səbəb, dəlil

    Tam oxu »
  • BƏHANƏPƏRDAZ

    f. bəhanə gətirən, bəhanəsi olan

    Tam oxu »
  • BƏHAR

    BƏHAR1 f. yaz (ilin fəsli). BƏHAR2 ə. bax bohar

    Tam oxu »
  • BƏHARƏNGİZ

    f. baharı gətirən, yazı canlandıran, çiçəkləndirən (təbiət haqqında)

    Tam oxu »
  • BƏHARİ

    f. bahara mənsub olan, yaza aid olan

    Tam oxu »
  • BƏHARİSTAN

    f. 1) baharı xatırladan gözəl və mötədil iqlim; 2) m. güllü-çiçəkli yer, yaz ölkəsi

    Tam oxu »
  • BƏHARİYYƏ

    f. və ə. baharı vəsf edən şeir

    Tam oxu »
  • BƏHAYİM

    BƏHA(Y)İM ə. «bəhimə» c. heyvanlar

    Tam oxu »
  • BƏHƏQQ

    f. və ə. həqiqətən, doğrudan. Bəhəqqi-xuda Allahın köməyi ilə, Tanrıya əsaslanaraq

    Tam oxu »
  • BƏHƏM

    BƏHƏM1 f. birgə, birlikdə, bərabər. BƏHƏM2 f. əmələ gəlmə, törəmə

    Tam oxu »
  • BƏHƏMDİLİLAH

    f. və ə. Allaha şükür (olsun)!

    Tam oxu »
  • BƏHƏR

    f. meyvə

    Tam oxu »
  • BƏHƏRSU

    f. hər tərəfə, hər səmtə, hər yana

    Tam oxu »
  • BƏHƏSB

    f. və ə. etibarilə, görə

    Tam oxu »
  • BƏHHAC

    ə. çox sevincək, şad, üzügülər

    Tam oxu »
  • BƏHHAS

    ə. 1) tədqiqatçı, araşdırıcı; 2) mübahisə edən, mübahisə etməyi sevən

    Tam oxu »
  • BƏHİ

    ə. gözəl, göyçək

    Tam oxu »
  • BƏHİC

    ə. 1) gözəl, qəşəng; 2) parlaq, işıqlı; 3) şən, şad; 4) açıq (alın haqqında)

    Tam oxu »
  • BƏHİMƏ

    ə. heyvan, dördayaqlı

    Tam oxu »
  • BƏHİMİYYƏT

    ə. heyvanlıq

    Tam oxu »
  • BƏHLƏ

    f. 1) ov quşunu əl üstündə saxlamaq üçün ələ geyilən gön əlcək; 2) nifrin, qarğış, lənət

    Tam oxu »
  • BƏHLUL

    ə. ərəb əsatirində xəlifə Harunərrəşidin zamanında yaşayıb (bəziləri onu Harunərrəşidin qardaşı sayırlar) özünü dəliliyə vurmuş alimin adı olub, sonra

    Tam oxu »
  • BƏHMƏN

    BƏHMƏN1 f. 1) doğru danışan, düz adam; 2) İran təqvimində on birinci ayın adı (19 yanvar – 19 fevral)

    Tam oxu »
  • BƏHÖKM

    f. və ə. hökmündə, hökmü ilə

    Tam oxu »
  • BƏHR

    BƏHR1 ə. 1) dəniz; 2) böyük göl; 3) m. bir şeyin çox olduğu yer. Bəhri-mühit okean. BƏHR2 ə. şeir vəzni

    Tam oxu »
  • BƏHRAM

    f. bax mərrix

    Tam oxu »
  • BƏHREYN

    ə. 1) iki dəniz; 2) m. iki göz

    Tam oxu »
  • BƏHRƏ

    f. pay, hissə, qismət

    Tam oxu »
  • BƏHRƏDAR

    f. bax bəhrəvər

    Tam oxu »
  • BƏHRƏLTAF

    BƏHR’ƏLTAF ə. «yaxşılıq dənizi» m. çox yaxşılıq edən

    Tam oxu »
  • BƏHRƏMƏND

    f. 1) hissəsi olan, payçı; 2) fayda götürən, pay alan

    Tam oxu »
  • BƏHRƏN

    ə. dəniz yolu ilə, su yolu ilə, dənizlə

    Tam oxu »
  • BƏHRƏVƏR

    f. payı olan, hissəsi, nəsibi olan

    Tam oxu »
  • BƏHRƏYAB

    f. fayda götürən, mənfəət alan

    Tam oxu »
  • BƏHRİ

    BƏHRİ(YYƏ) ə. 1) dənizə aid, dəryaya aid, dənizdə olan; 2) hərbi dəniz qüvvələri, hərbi dəniz hissələri; donanma

    Tam oxu »
  • BƏHRİYYƏ

    BƏHRİ(YYƏ) ə. 1) dənizə aid, dəryaya aid, dənizdə olan; 2) hərbi dəniz qüvvələri, hərbi dəniz hissələri; donanma

    Tam oxu »
  • BƏHS

    ə. 1) bir məsələ haqqında ətraflı danışma; mübahisə; 2) mərcləşmə, çəkişmə; 3) hər hansı bir elmin və ya əsərin müəyyən mövzunu əhatə edən hissəsi; 4)

    Tam oxu »
  • BƏXİL

    ə. 1) xəsis, simic; 2) paxıl

    Tam oxu »
  • BƏXŞ

    BƏXŞ1 f. 1) bəxşiş; 2) təqsirindən keçmə; 3) qisim, hissə. BƏXŞ2 f. bağışlayan, verən

    Tam oxu »
  • BƏXŞAYİŞ

    f. 1) bağışlama, peşkəş etmə; 2) günahından, təqsirindən keçmə

    Tam oxu »
  • BƏXŞƏNDƏ

    f. 1) bağışlayan, peşkəş edən; 2) günahından, təqsirindən keçən

    Tam oxu »
  • BƏXŞİ

    f. heyrət etmə, heyran qoyma

    Tam oxu »
  • BƏXŞİŞ

    f. 1) bağışlanan şey; 2) peşkəş, hədiyyə

    Tam oxu »
  • BƏXT

    f. 1) tale, qismət; 2) səadət, xoşbəxtlik. Bəxti-bidar bəxti ayaq üstündə olan, bəxti oyaq; bəxti-xabalud «bəxti yuxulu» bəxti yatmış, bədbəxt; bəxti-

    Tam oxu »
  • BƏXTİYAR

    f. xoşbəxt, ağgün

    Tam oxu »
  • BƏXTSİYAH

    f. qarabəxt, talesiz

    Tam oxu »
  • BƏİD

    ə. 1) uzaq, uzaqda olan; 2) iraq, uzaq; 3) yad, özgə; 4) qəribə, əcaib

    Tam oxu »
  • BƏİR

    ə. dəvə

    Tam oxu »
  • BƏİSTİLAH

    f. və ə. izafət birləşməsinin «demişkən» mənasında birinci tərəfi, məs.: bəistilahi-türk türklər demişkən; türkün sözü

    Tam oxu »
  • BƏKARƏT

    ə. 1) qızlıq, bakirəlik; 2) m. saflıq, təmizlik

    Tam oxu »