KÖZ

is. Od yandıqdan sonra qalan alovsuz, qızmar kömür.
Ağac yanar, köz olar; Su səpmə, köz-köz olar. (Bayatı).
Firəngiz göbələklərin çökəyinə duz səpib, bir-bir közün üstünə düzürdü. B.Bayramov.

// məc. Qızğın, odlu, hərarətli mənasında.
Əbədi bir heykəl qurur sənətkar öz ürəyində; Bu hörmətdən alov tutar, alışar köz ürəyində. B.Vahabzadə.

□ Köz düşmək – bax közə dönmək.
Tonqalın alovu sönüb köz düşdükcə onun başındakı fədailərin halqası daralır və sıxlaşırdı… M.İbrahimov.
Ocaq çatıldadıqca qığılcımlar ətrafa sıçraşır, yavaş-yavaş köz düşürdü. İ.Şıxlı.

Köz salmaq – yandırmaq, qızdırmaq üçün yanar kömür və ya başqa bir şey salmaq, tökmək.
Aqil qalxıb balaca samovara su tökdü, gətirib köz saldı, onu balkona qoyub qayıtdı. S.Rəhimov.
Göyçək samovarı balkona qoyub köz saldı. Ə.Vəliyev.

Közə döndərmək1) qızartmaq, közərtmək. Odları yandırıb közə döndərmək;
2) bərk qızdırmaq, qızmar hala salmaq.
Avqust günəşinin qızdırıb közə döndərdiyi hava … daha da ağırlaşırdı. Ə.Əbülhəsən.

Közə dönmək1) qızarmaq, közərmək. Ocaqda kömür közə döndü;
2) yanıb puç olmaq, istinin şiddətindən tələf olmaq, xarab olmaq. Məhsul közə dönüb. Otlar közə dönmüşdü.
// İstidən, quraqlıqdan yanmaq.
Tiflis və Kars mahalları quraqlıqdan yanıb közə dönüblər. C.Məmmədquluzadə.

Köz kimi (təki) məc. – qıpqırmızı, alov kimi. Sifəti köz kimi qızarıb.
[Koroğlu:] Sinəm odlandı köz kimi; Miskin olarmı biz kimi? Koroğlu”.
Qaşlar vəsmələnir, göz sürmələnir; Köztək yanaqları xoş şölələnir. M.P.Vaqif.

// Od kimi.
Ayrılıq dediyin duzlu bir sudur; İçdikcə köz kimi yandıracaqdır. R.Rza.

// məc. mənada. Pul haqqında.
[Qədir:] Ay başa çatmayıb ki, Qumrunun əziz cehizi, alagöz kilimi çərçiyə satılıb pulları köz kimi nağd yüzbaşının ovcuna tökülmədimi? Mir Cəlal.

KÖYNƏKLİK
KÖZ-KÖZ
OBASTAN VİKİ
Dağ Közbulaq
Közbulaq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cəlilabad rayonun Dağ Közbulaq kəndi ərazisində 15-16-cı əsrə aid orta əsr qəbiristanlığı var.
Közbulaq
Közbulaq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cəlilabad rayonun Dağ Közbulaq kəndi ərazisində 15-16-cı əsrə aid orta əsr qəbiristanlığı var.
Közbəkçi Yusif Paşa
Közbəkçi Yusif Paşa (ö. 1678) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Bostançı ocağında yetişdikdən sonra 1662-ci ilin iyulunda bostançıbaşı, 1666-cı ilin mayında Silistrə sancaqbəyi və vəzir oldu. Bu vəzifədə ikən 1667-ci ilin sentyabrında Sultan Əhmədin qızlarından Fatma Sultanla nigahlandı. Nigahın ardından Temeşvar sancaqbəyi, 1670-ci ilin avqustunda Yanova, 1671-ci ilin martında isə Ərzurum bəylərbəyi olub, divan vəzirliyini davam etdirdi. Ardından paytaxta çağrıldı və 1677-ci ilin fevralında İstanbulda taxt naibi təyin edildi. Həmin ilin sonunadək bu vəzifədə qalan Yusif Paşa ardından orduya əsgər toplamaq məqsədilə Rumeliyə göndərildi. Ancaq 1678-ci ildə Vidin yaxınlığında vəfat etdi. == Mənbə == Peirce , Leslie P. (1993) Imperial Harem : Women and Sovereignty in the Ottoman Empire 1993, Oxford University Press, ISBN 0-19-508677-5.
Közənəq (Təbriz)
Közənəq (fars. كزنق‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 156 nəfər yaşayır (33 ailə).
Közərəş (Salmas)
Kuzərəş (fars. كوزه رش‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,458 nəfər. yaşayır (222 ailə).

Digər lüğətlərdə