KƏR

(Qazax)
dəfə, kərə. – Pammığa dörd kər, beş kər su veriler; – Elə olor gündə beş kər vererix’, elə olor kin, üş kər vererix’
KƏPİRRİ
KƏRDİ
OBASTAN VİKİ
Azad Kərimli
Azad Elşad oğlu Kərimli (6 fevral 1997; Yenikənd, Göyçay rayonu, Azərbaycan — 17 noyabr 2020 (dəfn tarixi); Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Azad Kərimli 6 fevral 1997-ci ildə Göyçay rayonunun Yenikənd kəndində anadan olmuşdur. Azad Kərimli 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Azad Kərimli səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Azad Kərimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü manqa atıcısı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azad Kərimli Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 17 noyabr 2020-ci ildə Göyçay rayonunda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Kərimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azad Kərimov
Azad Azər oğlu Kərimov (31 oktyabr 1994-cü ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Kəpəz klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-21 milli futbol komandasında çıxış etmişdir. Azad Kərimov öz peşəkar futbolçu karyerasına 2011-ci ildə Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Lokomotiv-Biləcəri klubunda start vermişdir. 2012-ci ildə Kərimov Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Bakı klubuna transfer olmuşdur. O, əvvəlcə əvəzedicilər klubunda çıxış etsə də, 2014-cü ildə əsas komandaya dəvət almışdır. Mövsümlər Azərbaycan çempionatında statistikası aşağıdakı kimidir: Mövsümlər Azərbaycan Kubokunda statistikası aşağıdakı kimidir: 2014-cü il avqustun 17-dən 20-dək Bakıda keçirilən Azərbaycan millisinin tədris-təlim məşqi zamanı olimpiya yığmasında iştirak etmişdir. "Bakı" klubunun tərkibində 2012/2013 mövsümündə əvəzedicilər arasında Azərbaycanın çempionu olmuşdur.
Azad Kərimov (gizir)
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Azad Ozan Kərimli
Azad Ozan Kərimli (Azad Kərim oğlu Kərimov; 7 aprel 1954, Tovuz – 2005, Bakı) — Azərbaycan folklorşünası, Sənətşünaslıq namizədi (1995). Kərimov Azad Kərim oğlu 1954-cü il aprelin 7-də Tovuzda anadan olub. 1995-ci ildən Sənətşünaslıq namizədi idi. Piano üçün 5 Pyes (1990); M.Arazın söz. tenor və piano üçün 2 Romans (1990); Azərbaycan şairlərinin söz. solist, xor və orkestr üçün 7 Marş (1991 – 1994); Azərbaycan şairlərinin söz. 7 a'cappella kişi xoru (1995); Y.İmrənin söz. Kantata (1992 – 1994); 14 xalq mahnılarının xor üçün işləmələri /I dəftər/, (1995 – 1997); H.Z.İslamın söz. "İlahilər" Kantatası (1998); H.Z.İslamın söz. 12 Mahnı (1994 – 1998); 7 Azərbaycan xalq mahnılarının xor üçün işləmələri /II dəftər/, (1997 – 2001).
Azər Kərimli
Azər Kərimli (6 iyul 1964, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin 112 saylı Qax Seçki Dairəsindən V çağırış deputatı. Azər Kərimli 6 iyul 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə 176 saylı orta məkəbi bitirmişdir. 1981-ci ildə Moskva Tekstil İnstituna daxil olmuşdur. 1983–1985-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1989-cu ildə Moskva Yüngül Sənaye Texnologiya İnstitunu fərqlənmə diplomu ilə bitirmiş, 1992-ci ildə həmin institutun aspiranturasını bitirmişdir. 1991–1999-cu ilədək Moskvada, "Фахри" şirkətinin təsisçisi və rəhbəri olmuşdur. 1999-cu ildən Azərbaycanın "Lotos Co Ltd", "Qamma Ltd" şirkətlərinə rəhbərlik etmişdir. Ailəlidir. 2 övladı var.
Azər Kərimov
Azər Kərimov (pedaqoq) (Fəzi oğlu) — texnika elmləri doktoru (1994), professor (1995). Azər Kərimov (riyaziyyatçı) (Əli oğlu) — fizika-riyaziyyat elmləri doktoru, professor.
Azər Kərimov (Fəzi oğlu)
Azər Fəzi oğlu Kərimov (29 dekabr 1951, Daşkənd, Basarkeçər rayonu) — Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin sədri, təhsil əlaqələndiricisi, Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi, texnika elmləri doktoru (1994), professor (1995). Azər Kərimov 29 dekabr 1951-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində el şairi Qəmgin Fəzinin ailəsində anadan olub. 1953-cü ildə ermənilərin mənfur siyasəti nəticəsində doğma yurddan ailəsi ilə birlikdə Bərdə rayonuna deportasiya olunmuşdur. 1968-ci ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir.. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinə qəbul olmuş və 1973-cü ildə həmin institutun tikintinin iqtisadiyyatı ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, təhsil aldığı institututda müəllim vəzifəsini tutması məsləhət görülmüşdür. Moskvada aspiranturada təhsil aldıqdan sonra dissertasiya işini müdafiə edərək elmlər namizədi adını alıb. Və Bakıya qayıdaraq pedaqoji fəaliyyətini davam etdirib. Səmərəli müəllimlik fəaliyyətinə görə Ümumittifaq Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi vəzifəsinə layiq görülüb. Moskvada elmi işinin nəticələrinin tətbiq olunması üzrə "Elm texnika" sahəsində Azərbaycan SSR Lenin Komsomolu mükafatına layiq görülüb. Qeyd edək ki, bu mükafata institutut müəllimi kimi layiq görülən yeganə ziyalıdır.
Azər Kərimov (pedaqoq)
Azər Fəzi oğlu Kərimov (29 dekabr 1951, Daşkənd, Basarkeçər rayonu) — Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin sədri, təhsil əlaqələndiricisi, Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi, texnika elmləri doktoru (1994), professor (1995). Azər Kərimov 29 dekabr 1951-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində el şairi Qəmgin Fəzinin ailəsində anadan olub. 1953-cü ildə ermənilərin mənfur siyasəti nəticəsində doğma yurddan ailəsi ilə birlikdə Bərdə rayonuna deportasiya olunmuşdur. 1968-ci ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir.. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinə qəbul olmuş və 1973-cü ildə həmin institutun tikintinin iqtisadiyyatı ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, təhsil aldığı institututda müəllim vəzifəsini tutması məsləhət görülmüşdür. Moskvada aspiranturada təhsil aldıqdan sonra dissertasiya işini müdafiə edərək elmlər namizədi adını alıb. Və Bakıya qayıdaraq pedaqoji fəaliyyətini davam etdirib. Səmərəli müəllimlik fəaliyyətinə görə Ümumittifaq Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi vəzifəsinə layiq görülüb. Moskvada elmi işinin nəticələrinin tətbiq olunması üzrə "Elm texnika" sahəsində Azərbaycan SSR Lenin Komsomolu mükafatına layiq görülüb. Qeyd edək ki, bu mükafata institutut müəllimi kimi layiq görülən yeganə ziyalıdır.
Azər Kərimov (riyaziyyatçı)
Azər Əli oğlu Kərimov (5 yanvar 1961, Bakı) — tanınmış azərbaycanlı riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, Türkiyə Riyaziyyat olimpiya komitəsinin sədri. Azər Kərimov 5 yanvar 1961-ci ildə Bakı şəhərində tanınmış şair Əli Kərimin ailəsində anadan olub. Orta təhsilini Moskvada Fizika-riyaziyyat məktəbində alıb. Moskva Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirib. Bilkənt Universitetinin professoru, Türkiyə Riyaziyyat olimpiya komitəsinin sədridir. Filologiya elmləri doktoru Paşa Kərimovun qardaşıdır. Şair Əli Kərimin oğludur. A. Kerimov, One-dimensional long-range ferromagnetic Ising model under weak and sparse external field, Inter. J. Modern Phys. 23, 32, pp.
Azər Kərimov (Əli oğlu)
Azər Əli oğlu Kərimov (5 yanvar 1961, Bakı) — tanınmış azərbaycanlı riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, Türkiyə Riyaziyyat olimpiya komitəsinin sədri. Azər Kərimov 5 yanvar 1961-ci ildə Bakı şəhərində tanınmış şair Əli Kərimin ailəsində anadan olub. Orta təhsilini Moskvada Fizika-riyaziyyat məktəbində alıb. Moskva Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirib. Bilkənt Universitetinin professoru, Türkiyə Riyaziyyat olimpiya komitəsinin sədridir. Filologiya elmləri doktoru Paşa Kərimovun qardaşıdır. Şair Əli Kərimin oğludur. A. Kerimov, One-dimensional long-range ferromagnetic Ising model under weak and sparse external field, Inter. J. Modern Phys. 23, 32, pp.
Azərbaycan kərtənkələsi
Azərbaycan kərtənkələsi (lat. Darevskia raddei) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Kələzin uzunluğu 76 mm, quyruğu bədənindən iki dəfə uzundur. Onun başı aşkarcasına batıq formadadır. Yaxalığı isə dişvari formada qabarıqdır. Bədənində yerləşən pulçuqları hamar və qabarıqdır. Boğaz nahiyəsi boyunca 20-29 pulсuğa malik olur. Kələzin bədəni boyunca isə ortalama 48-62 pulcuğa sahib olur. Ön ərtaflarda olan pulcuqlar bel nahiyyəsindən kiçik olur. Kələzin bədəninin yuxarı hissəsi açıq-qəhvəyi, qum rəngi və ya tünd-qonur bəzən isə demək olarki qara olur.
Ağ kərgədan
Ağ kərgədan (lat. Ceratotherium simum) — kərgədanlar fəsiləsinin ağ kərgədan cinsinə aid yeganə növ. Ağ kərgədan savanna afrika filindən sonra Yer kürəsinin quru hissəsində yaşayan, kütləcə ikinci ən böyük heyvandır. Adətən kütələri 2-2,5 t, bədənlərinin uzunluğu 4,2 m-ə çatır. Bu nəhəng məməlilərin yaşlı erkəklərinin kütləsi 4-4,5 ton, bəzən hətta 5 t-a qədər olur. Süysününün hündürlüyü 1,6-2 m olur. Onun bədənində məxsusən ağ heç bir şey yoxdur, ona görə nəyə görə ağ kərgədan adlandırılması haqqında müxtəlif mülahizələr var. Qara kərgədanda olduğu kimi, ağ kərgədanın da 2 buynuzu olur. Qabaq buynuzu həmişə daha uzun olur və rekord göstəriciyə – 1.58 m uzunluğuna malikdir. Arxa buynuz əksər halda inkişaf etmir.
Ağadadaş Kərbəlayı oğlu
Ağadadaş Kərbəlayı oğlu (10 iyun 1926—13 dekabr 2008) — neftçi, Sosialist Əməyi Qəhrəmanı (1966). Ağadadaş Kərbəlayı oğlu 1926-cı ildə Bakının Maştağa kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1944-cü ildə "Leninneft" briqada trestində başlamışdır. Səngəçal Qazma İşləri İdarəsinin ustası olmuşdur. 1950-ci ildən Sov.İKP üzvü olmuşdur. AKP 28-ci qurultayında AKP MK-nın üzvü seçilmişdir. Sov.İKP 24-cü qurultayının nümayəndəsi, SSRİ Ali Sovetinin (V və VI çağırış) və Azərbaycan SSR Ali Sovetinin (VII və VIII çağırış) deputatı olmuşdur. 23 may 1966-cı ildə sovet neft sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 2 dəfə Lenin ordeni, "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif olunmuşdur. Ağadadaş Kərbəlayı oğlu 13 dekabr 2008-ci ildə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Sovet Ensiklopediyası I cild.
Ağahüseyn Kərimov
Ağahüseyn Əşrəf oğlu Kərimov (1 yanvar 1909 – 20 may 1991, Azərbaycan Respublikası) — Azərbaycan səs operatoru, Azərbaycan SSR əməkdar mühəndisi (1976). Ağahüseyn Kərimov 1909-cu ildə anadan olub. Kinoda 1936-cı ildən səs operatoru kimi çalışmışdır. Əməkdar mühəndis Ağahüseyn Kərimov 1991-ci ildə vəfat edib. Bakılılar (film, 1938) Sovet gimnastları (film, 1938) Artyom adası (film, 1939) Kəndlilər (film, 1939) Səbuhi (film, 1941) Bəxtiyar (film, 1942) Vətən uğrunda (film, 1943) Məktuba cavab (film, 1944) Arşın mal alan (film, 1945) Arazın o tayında (film, 1947) Bakının işıqları (film, 1950) Gədəbəyin sərvəti (film, 1950) Sovet Azərbaycanı (film, 1950) Xəzər neftçiləri (film, 1952) Xəzər neftçiləri haqqında dastan (film, 1953) Quba bağlarında (film, 1953) Doğma xalqıma (film, 1954) Bəxtiyar (film, 1955) Keçmişin şahidləri (film, 1956) Uzaq sahillərdə (film, 1958) Azərbaycan mədəniyyətinin baharı (film, 1959) Dənizi fəth edənlər (film, 1959) Aygün (film, 1960) N. S. Xruşşov Bakıda (film, 1960) Odla təkbətək döyüş (film, 1960) Səhər (film, 1960) Həyat öyrədir (film, 1961) Leyli və Məcnun (film, 1961) Mahnı axşamı (film, 1962) Romeo mənim qonşumdur (film, 1963) Yollar və küçələrlə (film, 1963) Arşın mal alan (film, 1965) Torpaq. Dəniz. Od. Səma (film, 1967) Bizim Cəbiş müəllim (film, 1969) O qızı tapın (film, 1970) Həyat bizi sınayır (film, 1972) Skripkanın sərgüzəşti (film, 1972) Dörd bazar günü (film, 1975) Əgər bir yerdəyiksə (film, 1975) Fəallıq (film, 1975) Alıcının sərgüzəşti (film, 1976) Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol:Həmid dayı Bayquş gələndə… (film, 1978) Od içində (film, 1978) Gözlə məni (film, 1980) Babamızın babasının babası (film, 1981) Qaladan tapılan mücrü (film, 1982) Qocalar, qocalar… (film, 1982) Gümüşgöl əfsanəsi (film, 1984) Tənha narın nağılı (film, 1984) Yaramaz (film, 1988) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Ağamalı Kərbəlayi Miralı oğlu
Ağamalı Kərbəlayi Miralı oğlu — Qarabağın tanınmış din xadimi. Ağamalı Kərbəlayi Miralı oğlu 1808 ildə Qarabağ xanlığında, Seyidli oymağında anadan olmuşdur. Təhsilini atasından almış, zəmanəsinin müdrik, hörmətli din xadimlərindən sayılmış, Seyidlinin imkanlı adamlarından olmuşdur. Qarabağda savadlı din xadimlərinin yetişməsində əhəmiyyətli rol oynamışdır. Ağamalı 1848-ci ildə, qırx yaşında Seyidli oymağında vəfat etmişdir. Ağamalı Yetər xanımla ailə həyatı qurmuş, Xırda adlı qızı, Mustafa, İbrahim, Camal adlı oğlanları dünyaya gəlmişdir. İbrahim (1842-1845) körpə yaşlarında dünyasını dəyişmişdir. Xırda (1841-...) Ağamalının ilk övladı və yeganə qızıdır. Seyidli oymağında anadan olmuşdur. Dini təhsil almış, Məşhədi ziyarət etdiyi üçün Seyidli oymağında Məşədi Xırda xanım adı ilə tanınmışdır.
Ağamalı Kərbəlayi Mirəli oğlu
Ağamalı Kərbəlayi Miralı oğlu — Qarabağın tanınmış din xadimi. Ağamalı Kərbəlayi Miralı oğlu 1808 ildə Qarabağ xanlığında, Seyidli oymağında anadan olmuşdur. Təhsilini atasından almış, zəmanəsinin müdrik, hörmətli din xadimlərindən sayılmış, Seyidlinin imkanlı adamlarından olmuşdur. Qarabağda savadlı din xadimlərinin yetişməsində əhəmiyyətli rol oynamışdır. Ağamalı 1848-ci ildə, qırx yaşında Seyidli oymağında vəfat etmişdir. Ağamalı Yetər xanımla ailə həyatı qurmuş, Xırda adlı qızı, Mustafa, İbrahim, Camal adlı oğlanları dünyaya gəlmişdir. İbrahim (1842-1845) körpə yaşlarında dünyasını dəyişmişdir. Xırda (1841-...) Ağamalının ilk övladı və yeganə qızıdır. Seyidli oymağında anadan olmuşdur. Dini təhsil almış, Məşhədi ziyarət etdiyi üçün Seyidli oymağında Məşədi Xırda xanım adı ilə tanınmışdır.
Ağamoğlan Kərimov
Ağamoğlan Yusif oğlu Kərimov (18 aprel 2002, Xocalı, Salyan rayonu – 22 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ağamoğlan Kərimov 18 aprel 2002-ci ildə Salyan rayonunun Xocalı kəndində anadan olmuşdur. Subay idi. Ağamoğlan Kərimov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Ağamoğlan Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Laçının və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağamoğlan Kərimov 22 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində qarşı tərəfin diversiya qrupu ilə döyüş zamanı döyüş tapşırığının yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamoğlan Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamoğlan Kərimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamoğlan Kərimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağbaş kərkəs
Ağbaş kərkəs (lat. Gyps fulvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü. İri quşdur (10-12 kq). Bel tərəfi qonur, qarın tərəfi isə kürəndir. Çalma və sükan lələkləri qaradır. Quyruğu qısadır və ucu dəyirmi qurtarır. Beyni uzundur və dibində ağ qu lələklərdən ibarət “yaxalıq” var. Başı və boynu qısa ağ qu lələkləri ilə örtülüdür. Avropa, Asiya və Şimali Afrikada yayılıb. Oturaq növdür.
Aşıq Kərəm İncəli
Kərəm Süleyman oğlu Nəsibov (11 mart 1945, Qazax rayonu – 11 mart 1995) — Azərbaycan aşığı, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Qazax Aşıqlar Birliyinin sədri. Aşıq Kərəm İncəli 1945-ci il martın 11-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Ustadı Aşıq Kamandar olmuşdur. Aşıq sənətinə 1960-cı illərdən başlamışdır. Məclislərdə, respublikanın mədəniyyət tədbirlərində, festival və müsabiqələrdə iştirak edərək diplomlara layiq görülüb. Aşıqların IV qurultayında iştirak etmişdir. Qazax rayonu mədəniyyət evində aşıqlar birliyinin sədri seçilmişdir. İlk saz məktəbinin Qazax rayonu üzrə yaradıcısı, elinin sevimli saz-söz ustadı olmusdur. Aşıq İlham Aslanbəyli, Saməddin Vəliyev, Mahal Pənahov, Alı Cəfərov, İmralı Məmmədov, Akif Manafov və bir çox aşıqlara ustadlıq etmişdir. Aşıq Kərəm İncəli 1995-ci il martın 11-də vəfat etmişdir.
Baba Kərəm (Bicar)
Baba Kərəm (fars. باباكرم‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (7 ailə). Əhalisini kürdlər təşkil edir.
Brauner kərtənkələsi
Brauner kərtənkələsi (lat. Darevskia brauneri) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Yumurta qoymaqla çoxalır. 2–6 olmaqla yumurta qoyur. İnkubasiya dövrü 55–60 gün davam edir. Onlar əsasən Gürcüstanın Qara dəniz sahillərinə yaxın ərazilərdən Rusiyada Kuban çayının sahillərinə qədər olan ərazilərdə yayılmışdır. Gürgüstanın Abxaziya ərazisində, Rusiyada isə Qaraçay-Çərkəz ərazilərində dağlıq ərazilərdə rast gəlinir. 1800 m yüksəkliklərə qədər yayıla bilir.
Bürhan Kərimov
Bürhan Kərimov (1922, Ağdaş) — MDU-nun professoru, fizika-riyaziyyat elmləri doktoru. Bürhan Kərimov 1922-ci ildə Ağdaş rayonunda anadan olub. 1939-cu ildə Ağdaş şəhər S.M. Kirov adına orta məkətbi, 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (ADU) fiziki-riyaziyyat fakültəsini bitirmişdir. 1944-45-ci illərdə fizika kafedrasında assistent işləmişdir. 1946-49-cu illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fizika fakültəsinin aspirantı olmuşdur. 1950-ci ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. B.Kərimov 1962-ci ildə fizik-riyaziyyat elmləri üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 1953–76-cı illərdə M.V Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsində nəzəri fizika kafedrasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1976-cı ildən həmin kafedrada professor işləmişdir. B.Kərimov 1950–53-cü illərdə ADU-nun nəzəri fizika kafedrasında baş müəllim və dosent işləmişdir.
Cahangir Kərimov
Kərimov Cahangir Abbas oğlu (18 iyul 1923, Bakı, Azərbaycan SSR, SSRİ – 22 fevral 2015, Moskva) — görkəmli Rusiya hüquqşünası, hüquq elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının (REA) (1966-cı ildən) müxbir-üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) (1967-ci ildən), Sirbiya Elmlər və İncəsənət Akademiyasının, Finlandiya Elmlər və Ədəbiyyat Akademiyasının, Çernoqoriya Elmlər və İncəsənət Akademiyasının, Rusiya İctimai Elmlər Akademiyasının, Beynəlxalq İnformasiya Prosesləri və Texnologiyaları Akademiyasının, Rusiya Federasiyasının Siyasi Elmlər Akademiyasının, Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki, Qonkonq Beynəlxalq Hüquq və İqtisadiyyat İnstitutunun Fəxri prorektoru, SSRİ Dövlət Mükafatı laureatı, Rusiya Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatları İnstitutunun, Moskva Dövlər Hüquq Akademiyasının Baş Elmi işçisi, Rusiya Elmlər Akademiyasının İctimai Elmlər şöbəsinin üzvü. Cahangir Kərimov 1942-ci ildə Bakı Zenit artilleriyası hərbi məktəbini bitirdikdən sonra Zaqafqaziya cəbhəsinə göndərilir və Böyük Vətən müharibəsinin iştirakçısı olur. 29 may 1946-cı ildə Ordu sıralarında tərxis olunur. 1946-cı ildə Ümumittifaq Hüquq Qiyabi İnstitutunu bitirir, 1950-ci ildə namizədlik, 1961-ci ildə doktorluq dissertasiyalarını müdafiə edir. 1965–1969-cu illərdə — Leninqrad Dövlət Universitetinin prorektoru vəzifəsində çalışır. 1989–1991-ci illərdə — SSRİ xalq deputatı, SSRİ Ali Sovetinin üzvü. Hüquq elminin, sosial planlaşdırma və idarəetmə, dövlət və hüquq nəzəriyyəsinin fəlsəfi problemləri üzrə mütəxəssisdir. Elmi işləri Ümumi hüquq nəzəriyyəsi(hüquq sosiologiyası və hüquq fəlsəfəsi), qanunverici texnika, hüquq psixologiyası, hüquqi kibernetika, hüquq pozuntularının kompleksi profilaktikasına həsr edilib. SSRİ-nin, xarici ölkələrin orden və medalları ilə təltif olunub. Cahangir Kərimov 700-də artıq elmi broşür, məqalə, 40 monoqrafiyanın müəllifidir.
Cavid Kərimov
Cavid Mərdan oğlu Kərimov (23 fevral 1999-cu ildə doğulub) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cavid Kərimov 23.02.1999 tarixində Yevlaxda anadan olmuşdur. Cavid Kərimov 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan və Murov dağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax Şəhidlər xiyabanında dəfn edilib.Təltifləri:Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıdığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.Döyüş əməliyyatlarında şəxsi igidlik və cəsurluq nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Ceyhun Kərimov

Digər lüğətlərdə