KƏRƏVƏNGİ

(Füzuli, Mingəçevir, Oğuz, Şamaxı, Zəngilan)
1. hərdəmxəyal (Mingəçevir, Şamaxı). – Başı batmış Namaz kərəvəngidi, ona etibar eləməy olmaz (Şamaxı)
2. avara (Füzuli, Oğuz, Zəngilan). – Nə kərəvəngi adamsan, heş de:ləni eşitmirsən (Oğuz); – Onnan adam olmaz, kərəvənginin biridi (Füzuli)
Kərəvəngi qalmax (Cəbrayıl, Culfa) – çaşbaş qalmaq, məəttəl qalmaq, tərəddüddə qalmaq. – Vəli kərəvəngi qaldı, bilmədi neyləsin (Cəbrayıl); – Ay Məhəmməd, lap kərəvəngi qalmışam, bilmirəm böyün şə:rə gedim, ya yox (Culfa)
◊ Kərəvəngi qoymax (Qarakilsə) – çaşbaş qoymaq, tərəddüddə qoymaq. – Məni kərəvəngi qoymusan, heş bilmirəm neyniyim
KƏRƏSKƏ
KƏRƏZDƏNMƏK