1. Hər hansı bir kəsici alət.
Atam hazırlanır əlində kəsər; Toyuq banlayanda başı kəsilər.
// Soyuq silah.
Yoxdur onun əllərində; Heç bir kəsər, heç bir silah.
2. Kəsmə qabiliyyəti; kəsicilik, itilik. Bıçaqda kəsər qalmayıb.
– Zavallı, silahsız və kimsəsiz həbəşlərin boynunda faşist cəlladları öz qılıncının kəsərini yoxlayırdı.
3. məc. Təsir qüvvəsi; güc, qüvvət. Sözün kəsəri yoxdur.
– Ala gözlərində kəsər qalmadı; O şaqraq səsindən əsər qalmadı.
[Tərxan:] Hanı onlarda o kəsər, o hünər? Yüzünü bir əliağaclı yenər.
4. Kəsərlə şəklində zərf – qətiyyətlə.
Muxtar da eyni qətiyyət və kəsərlə Gəldiyevin üzünə baxdı və dedi…
◊ Kəsərdən düşmək – 1) kütləşmək, korşalmaq. Dəhrə kəsərdən düşüb, itiləmək lazımdır;
2) məc. təsirini itirmək, gücdən (təsirdən) düşmək, təsiri olmamaq, öz kəskinliyini itirmək. Sözü kəsərdən düşüb.