LƏŞKƏRİ

f. qoşuna aid; hərbi, əsgəri.

LƏŞKƏRGAH
LƏŞKƏRKEŞ
OBASTAN VİKİ
II Ləşkəri
II Ləşkəri — Dərbənd əmiri. == Hakimiyyəti == Məğlub olan Mənsurun yerinə rəislər qardaşı II Ləşkərini 22 sentyabr 1054-cü ildə əmir elan etmişdilər. Lakin buna daha artıq dözə bilməyən Mənsur 3 yanvar 1055-ci ildə II Ləşkərini öldürtdü. 1055-ci ilin iyulunda Sərir hökmdarının köməyi ilə taxta qayıtdı. Ləşkərinin oğlu Əbdülmalik ibn Ləşkəri həmin il doğulmuşdu.
II Əli Ləşkəri
II Əli Ləşkəri (v. 1049) — VI Şəddadi əmiridir. 1033/1034-cü ildə atası Əbülfəth Musanı öldürərək hakimiyyətə gəlmişdir. == Hakimiyyəti == Onun 15 illik hakimiyyəti səlcuqlara, oğuzlara, ermənilərə, gürcülərə qarşı döyüşlərdə keçmişdi. II Ləşkərinin hərbi-siyasi fəaliyyəti yalnız tarixi mənbələrdə deyil, onun saray şairi Qətran Təbrizinin qəsidələrində də öz əksini tapmışdır. 1040-cı ildə Gəncədə olmuş Rəvvadi hökmdarı Vəhsudanla və Tiflis əmiri Əbülfəzl Cəfər ibn Əli ilə dostluq etmişdi. Tiflis əmiri öldükdən bir qədər sonra II Ləşkəri onun qızı ilə evlənmişdi. Qətran Təbrizinin qəsidələrində II Ləşkərinin gürcülərə və ermənilərə qarşı erməni və gürcü mənbələrində öz əksini tapmayan döyüşləri haqqında məlumatlar vardır. Qətran Təbrizi öz qəsidələrində onu "Arranşah" adlandırırdı. 1046/1047-ci ildə Azərbaycanın və Ermənistanın bir çox ərazilərini ələ keçirmiş səlcuq əmiri Qutulmuş Şəddadilərin paytaxtı Gəncəni il yarım mühasirədə saxlasa da, II Ləşkəri şəhəri bu hücumdan dəf etməyi bacarır və daha sonra Gəncədəki müdafiə istehkamlarının möhkəmləmdirilməsi barədə sərəncam verir.
Ləşkəri ibn Maymun
I Ləşkəri ibn Maymun (d. bilirmir, Dərbənd, Dərbənd əmirliyi – ö. sentyabr 1002, Dərbənd, Dərbənd əmirliyi) — Dərbənd Haşimiləri sülaləsindən olan VIII müstəqil Dərbənd əmiri. Sıra sayına görə isə onuncudur. == Hakimiyyəti == Əmisinin öldürülməsindən 4 ay sonra əmir olmuşdu. 999-cu ildə Zirkiyyə mülkünü ələ keçirmək üçün Şirvanşah Yezid ibn Əhməd ilə vuruşdu və Şəbərana yürüş etdi. Lakin Şirvanlılar onlarla şəhərin qapıları qarşısında vuruşdular. Dərbənd qoşunu ağır məğlubiyyətə uğradı, döyüşdə Ləşkərinin qardaşı Əbu Nəsr ibn Maymun əsir alındı. Şirvanşah onu həbsxanaya saldırdı, barışıq bağlandıqdan sonra o, girov saxlandı. Ləşkəri 1002-ci ildə öldü.
Ənuşirvan bin Ləşkəri
Ənuşirvan bin Ləşkəri — II Əli Ləşkərinin oğlu və varisidir. 1049-cu ildə Gəncədə şəddadilərin yeddinci əmiri olub. Ənuşirvan üç qardaşı ilə birlikdə II Əli Ləşkərinin ilk arvadından idi. Ləşkəri Aranı 15 il idarə etmişdi, hansı ki, Osmanlı tarixçisi Münəccimbaşı tərəfindən əndişəli hakimiyyət dövrü olaraq təsvir edilirdi. Ləşkəri 1049-cu ildə öləndə Ənuşirvan taxta çıxdı. Ancaq onun yaşı az idi və buna görə də həqiqi hakimiyyət naib kimi xidmət edən hacib Əbu Mənsurda idi. Hal-hazırda itirilmiş olan yerli salnaməni cəmləyən Münəccimbaşı məlumat verir ki, Əbu Mənsur dərhal bir neçə sərhəd qalalarını kaxetiyalılara, gürcülərə və bizanslara verdi. Buna səbəb onların Arana tamah salmalarının qarşısını almaq idi. Bu qərar Şəmkirdə dabbağların başçısı əl-Həysəm ibn Maymun əl-Bəisin başçılığı altında bir üsyanın başlanmasına səbəb oldu. Vladimir Minorskiyə görə bu hərəkat şəhərin adlı-sanlı şəxslərinin aparıcı bürokratik təbəqəyə qarşı qiyamı idi.
Əli Ləşkəri bin Məhəmməd
Ləşkəri ibn Məhəmməd (v. 978) — kürd hakimdir, Məhəmməd bin Şəddadın oğludur. 971-ci ildə qardaşları ilə birlikdə Gəncənin hakimiyyətini salarilərdən alıb və Aranda hakimiyyəti ələ keçirib. 978-ci ildə öldükdən sonra qardaşı Mərziban bin Məhəmməd hakimiyyəti ələ keçirib. Minorsky, Vladimir. Studies in Caucasian History. Cambridge: Cambridge University Press. 1977 [1953]. ISBN 0-521-05735-3. Peacock, Andrew.