LƏKƏSİZ

sif.
1. Təmiz, aydın, açıq, saf. Ləkəsiz səma. Ləkəsiz üfüq.
– Göylərin aynası, ləkəsiz (z.) durur; Xilqətin ən dərin mənası budur. S.Vurğun.
Mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. M.İbrahimov.
Səhər çağı hava sərin; Göylər ləkəsiz. R.Rza.

2. məc. Şərəfli, namuslu, adı təmiz, alnıaçıq. Ləkəsiz qız.
– Öz ləkəsiz vicdanınla; Ana yurdu möhkəm qoru! Ə.Cəmil.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LƏKƏSİZ təmiz
  • LƏKƏSİZ ləkəsiz bax təmiz
LƏKƏRSİZ
LƏKƏSİZLİK

Digər lüğətlərdə