LAĞ

is. [ fars. ] Rişxənd, istehza, ələ salma, masqara.
Bu sual [kişiyə] yersiz, bir az da lağ kimi gəldi. Mir Cəlal.

□ Lağ etmək (eləmək) – ələ salmaq, istehza etmək, araya qoymaq, masqaraya qoymaq, gülmək.
Camalından mələk xəcalət çəkər; Hüsnün eylər aya, günə lağ, gəlin! M.P.Vaqif.
[Rəşid:] Mənim nə həddim var sənə lağ eləyim. Ə.Haqverdiyev.
[Qızyetər:] Bayaqdan lağ eləyirdi, indi özünün ürəyi gedir. M.İbrahimov.

Lağa qoymaq – bax lağ etmək (eləmək).
Odur, uşaq yenə kərbəlayıdan əl çəkmir, onu lağa qoyub yoruluncaya qədər gülürdü. M.Hüseyn.
[Hümmət Zülfüqara:] Çıxart bu demaqoqu, sənə deyirəm.
Küçələrdə bizi lağa qoyduğu daha bəsdir. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LAĞ istehza — masqara — rişxənd
LAFETLİ
LAĞ-LAĞ

Digər lüğətlərdə