Cülyen Lamerti
Cülyen Ofre de Lametri (12 dekabr 1709 və ya 25 dekabr 1709, Sen-Malo – 11 noyabr 1751[…], Potsdam) — fransız teoloq-alim.
O, əvvəlcə Parisdə, sonra isə Leydendə tibb təhsili almışdır. Lametri ləqəbi ilə yaşadığı məlum olduqdan sonra onu Hollandiyadan da çıxarırlar. II Fridrixin dəvəti ilə o, Berlinə gəlir və Berlin Universitetində elmi fəaliyyətini davam etdirir.
Lametri sensualizmi Dekartın insan davranışının maşınabənzər olması ideyası ilə birləşdirir. O hesab edirdi ki, Dekartın iki substansiya ilə bağlı ideyası ilahiyyatşıları aldatmaq üçün işlənilmiş “stilistik hiylədir”. Lametri materialist olaraq göstərirdi ki, ruh və bədən ayrılmazdır. O, bir həkim kimi müəyyənləşdirmişdi ki, güclü qızdırma nəticəsində qan dövranı onun ruhi vəziyyətinə və fikri fəaliyyətinə təsir göstərir.
Lametriyə görə, ruh mövcuddur, lakin o, bədəndən ayrılmazdır. İnsanın fəallığının mənbəyi tələbatlardır.