1. Bulanmaq, bulanıq hala gəlmək.
Gah köpüklənib lillənən, gah çılğın kimi dillənən; Bəzən sakit-sakit axıb; Gündüz kimi durulan Kür!
Yağış yağar, sular daşar, dillənər; Ürək anar yenə keçən günləri.
Dağ suları dağdan enər; Nə bulanar, nə lillənər.
2. Dibində lil, çöküntü əmələ gəlmək. Kanal lillənib.