LOTU-BAMBILI

sif.is. dan. bax lotu 1-ci mənada. [Hacı Novruz:] Yox, elə deyil.
Başımızın çarəsi Mirzə Həsən kimi lotubambılıları, ac-gicikləri aradan götürməkdir. Ə.Haqverdiyev.
[Camal bəy:] Quldur mən deyiləm, Sərdarovdur öz dostları ilə… Biri şərir İsmayıl bəy, piyaniska İbrahim bəy, biri lotu-bambılı Soltan bəy və qeyriləri… N.Vəzirov.

LOTU
LOTU-LOTUYANA
OBASTAN VİKİ
Lotu
Qanuni oğru və ya danışıq dilində vorzakon (rus. вор в законе) dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu. Qanuni oğruların bütün nümayəndələri cinayət törətmiş şəxslərdir. Qanuni oğru - lotu anlayışı müxtəlif ölkələrdə və zamanlarda mövcud olub. Lotular əsasən Orta Şərqdə mövcud olub. Məsələn, İsfahan lotuları müəyyən funksiya daşıyırdılar və ümumi təsəvvürdən fərqli olaraq, hakimiyətlə əməkdaşlıq edirdilər ki, bu indiki oğruların bir çoxuna da aiddir. Sovet siyasi sistemində hakimiyətin xəbəri olmadan cinayət və qeyri-cinayət və ümumiyətlə hər-hansı strukturun yaranması ehtimalı çox aşağı idi. Odur ki, düşünmək olar ki, oğru aləmini sovet siyasi sistemi, əvvəllər də tarixdə olduğu kimi, cinayət aləmini nəzarətdə saxlamaq məqsədi ilə yaratmışdı. Bu qanunlara tabe olanların siyasətdən uzaq olması məsələsi də heç də təsadüfi deyil. == Tarixi == Formalaşmış kriminal aləm daha çox Rusiya mühitindən bəhrələnib.
Lotu Bəxtiyar
Lotu Bəxtiyar (21 mart 1959, Novxanı – 6 aprel 1998, Bakı) — qanuni oğru, kriminal aləmdə Lotu Bəxtiyar, Batya, Bako, Basilava ləqəbləriylə tanınır. == Həyatı == Kərimov Bəxtiyar Ağababa oğlu 1959-cu il martın 21-də Bakı şəhəri Novxanıda anadan olub. 1976-cı il iyul ayının 22-də Xalq məhkəməsinin qərarı ilə 5 il həbs cəzası alıb. Maykopdakı uşaq koloniyasına etap edilib (köçürülüb). Cəzasını tam çəkib qurtarmamış 1977-ci ildə oradakı haqsızlıqlara qarşı mübarizə apardığna görə onun cəza müddətinə 3 il də əlavə olunaraq Rusiyanın Vladimir şəhərindəki "Vladimirski Tsentral" türməsinə (qapalı rejim) etap olunub. 1982-ci ildə "Vladimirski Tsentral" türməsinin lazaretində bütün ittifaq üzrə qanuni oğruların patriarxı sayılan Vasya Brilyant ləqəbli Vasili Babuşkin və digər qanuni oğru Nikolay Yakutenko tərəfindən qanuni oğru adını alıb. 1983-cü ildə azadlığa buraxılıb. İkinci dəfə 1985-ci il iyun ayının 28-də (226.38 maddəsi ilə) 2 il müddətinə həbs olunub.. 1987-ci ildə azadlığa buraxılıb. Üçüncü dəfə 1989-cu ildə (189, 220.38-ci maddələrlə) 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Lotu Hikmət
Hikmət Məmmədqulu oğlu Muxtarov (rus. Хикмет Мамедгули оглы Мухтаров; 3 noyabr 1956, Sabirabad rayonu – 7 aprel 2006, Moskva) — Sabirabadlı Hikmət və ya Lotu Hikmət ləqəbli azərbaycanlı kriminal avtoritet, qanuni oğru. == Həyatı və fəaliyyəti == Hikmət Muxtarov 1956-cı il noyabrın 3-də Sabirabad rayonunun Kürkəndi kəndində anadan olub. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutunda təhsil alarkən Bakı şəhər Prokurorluğunun müstəntiqinin oğlu ilə dalaşıb və üç il azadlıqdan məhrum edilib. Cəzasını Bakıda 5 saylı İslah Əmək Koloniyasında və Xələc düşərgəsində çəkib. 1981-ci ildə 7 il azadlıqdan məhrum edilib. Dördüncü cəzalanma müddətində aclıq aksiyasına başlayıb və düşərgədəki bütün dustaqların ona qoşulması işinin üstünə 3 il əlavə olunması ilə nəticələnib. "Böyük qardaş" ləqəbi ilə Novoçerkassk qapalı həbsxanasına göndərilib. Sankt-Peterburq "Kresti" kiçmanında və Vorkuta həbsxanalarında cəza çəkib. 1997-ci ildə Bakıda həbs olunub və iki gün sonra azadlığa buraxılıb.
Lotu Quli
Lotu Quli (Nadir Nəriman oğlu Səlifov; 28 avqust 1972, Məmişli, Dmanisi rayonu – 20 avqust 2020, Antalya) — qanuni oğru. == Həyatı == Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. "Quli" gürcü dilində "ürək" deməkdi. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. "Quli" Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla ("Otar") yaxın dost olub. "Otar"ın 2003-cü il martın 21-də Moskvadakı "Suşi" barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra "Lənkəranski"yə "oğru" adı verən "Nardaranlı Mirseymur" da qətlə yetirilir ki, bunu da indiyədək "Quli"nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvada kı "Abşeron" restoranında baş vermiş atışmada da "Quli" və "Lənkəranski" tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı "qanuni oğru"lar və kriminallar bu davada əsasən "Quli"ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının "xaç atası" sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da ("Ded Xasan") alıblar. "Quli"nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.
Lotu Bəxtiyar Kərimov
Lotu Bəxtiyar (21 mart 1959, Novxanı – 6 aprel 1998, Bakı) — qanuni oğru, kriminal aləmdə Lotu Bəxtiyar, Batya, Bako, Basilava ləqəbləriylə tanınır. == Həyatı == Kərimov Bəxtiyar Ağababa oğlu 1959-cu il martın 21-də Bakı şəhəri Novxanıda anadan olub. 1976-cı il iyul ayının 22-də Xalq məhkəməsinin qərarı ilə 5 il həbs cəzası alıb. Maykopdakı uşaq koloniyasına etap edilib (köçürülüb). Cəzasını tam çəkib qurtarmamış 1977-ci ildə oradakı haqsızlıqlara qarşı mübarizə apardığna görə onun cəza müddətinə 3 il də əlavə olunaraq Rusiyanın Vladimir şəhərindəki "Vladimirski Tsentral" türməsinə (qapalı rejim) etap olunub. 1982-ci ildə "Vladimirski Tsentral" türməsinin lazaretində bütün ittifaq üzrə qanuni oğruların patriarxı sayılan Vasya Brilyant ləqəbli Vasili Babuşkin və digər qanuni oğru Nikolay Yakutenko tərəfindən qanuni oğru adını alıb. 1983-cü ildə azadlığa buraxılıb. İkinci dəfə 1985-ci il iyun ayının 28-də (226.38 maddəsi ilə) 2 il müddətinə həbs olunub.. 1987-ci ildə azadlığa buraxılıb. Üçüncü dəfə 1989-cu ildə (189, 220.38-ci maddələrlə) 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Digər lüğətlərdə