LÜMİNESSÉNSİYA

[ lat. luminis – işıq] fiz. Cismin müxtəlif səbəblər üzündən (məs.: işıqlanması, içərisindən elektrik cərəyanı keçməsi, yaxud kimyəvi proseslər nəticəsində) soyuq şüalanma hadisəsi.
LÜMİNÁL
LÜMLÜT
OBASTAN VİKİ
Lüminessensiya
Lümenesensiya — mineralların kənar təsirlərlə əlaqədə olduqda göstərdikləri parlaqlıq, işıqlanma. Müəyyən qrup minerallar özlərindən işıq şüası buraxırlar. Mineralların bu xassəsi müxtəlif səbəblərdən ola bilər: bəzi mineralları qızdırarkən, bəzilərini həll edərkən, bəziləri kristallaşarkən, müəyyən qrup minerallara ultra-bənövşəyi katod və ya başqa qəsa dalğalar təsir edərkən nəticədə işıqlanır. Göstərilən işıqlanma hadisəsinə lümenesensiya deyilir. Lümenesensiya hadisəsi əsas etibarı ilə qaranlıqda baş verir. Bu hadisənin səbəbləri hələ də bilinmir. Hal-hazırda bu hadisə mineralların daxili strukturları ilə əlaqələndirilir.
Elektro-lüminessensiya
Elektro-lüminessensiya – elektrik cərəyanının təsiri altında maddənin işıq şüalandırması. Elektrolüminessent tablolardan portativ kompüterlərdə maye kristal displeylərin (LCD) işıqlandırılmasında geniş tətbiq olunur. Belə tablolarda, adətən, iki elektrodun (biri, demək olar ki, şəffaf olan) arasında yerləşdirilmiş lüminofor qatından istifadə olunur.

Digər lüğətlərdə

вы́прелый доктора́льный животво́рный лапида́рность подлеза́ние пробатра́чить султа́нство тонометри́ческий будьте уверены! и́шиас как кому муниципализи́ровать подната́скивание прибавле́ние синдро́м хоккеи́стка цено́й боб cannoli gaze ironical ouph radiumize read up videophone