LƏPƏCİK₁ is. Balaca ləpə, dalğacıq. Hovuzda ləpəcik vardır. – Dənizdə xəfif ləpəciklər oynayırdı. M.İbrahimov. Bir gün qafiləsilə; Xan çıxmışdı sahilə; Ləpəciklər quş kimi; Qalxıb uçurmuş kimi. M.Müşfiq.