1. Yer, məhəl.
// Bir şeyin baş verdiyi, olduğu yer.
2. Hər hansı bir adamın cəmiyyətdə, ictimai həyatda yeri, rolu, vəziyyəti. İctimai mövqe.
– Vaqifin də sol yanda əyləşdirilməsi, onun sarayda qazanmış olduğu mövqeyi və hörməti göstərirdi.
□ Mövqe tutmaq – yer tutmaq, əhəmiyyəti olmaq, nüfuz qazanmaq.
// Vəzifə, rütbə, dərəcə.
[Zeynal] arxadaşlarına nisbətən daha yüksək bir mövqedə olduğunu göstərmək üçün deyirdi.
Arada nə vəzifə, nə də mövqe fərqi görünürdü.
3. Hərbi əməliyyat sahəsi, döyüş meydanı; cəbhə.
O gündən bir saat da olsun Nəriman mövqeyindən yayınmamışdı.
□ Mövqe tutmaq – döyüş üçün müəyyən yerdə hazır durmaq.
[İdrisin] batalyonu azad etməyə can atdığı bir şəhərin qarşısındakı atəş xəttində mövqe tutmuşdu.
İsmayıl kişi qocaman bir qoz ağacının altında, qaya dalında mövqe tutmuşdu.
4. Vəziyyət, hal.
[Səlma:] Aman, nə müşkül mövqedə qaldım, ah!
[Molla Xəlil] çıxılmaz bir mövqedə bulunurdu.