MÜƏZZƏM

sif. [ ər. ]
1. tənt. Əzəmətli, böyük, cəsamətli, möhtəşəm. Müəzzəm heykəl. Müəzzəm saray.
– İnqilab … müəzzəm bir bina üçün zəmin hazırlarkən yeni quruluşu anlamayan, ona uya bilməyən Məhəmməd bəy kədər içində boğulub məhv olurdu. Çəmənzəminli.

2. klas. Çox hörmətli, ehtiramlı, alicənab, şan və şövkət sahibi. Müəzzəm şəxs.
– Dövran oları müəzzəm etdi; Hər dövr birin mükərrəm etdi. Füzuli.

MÜƏYYƏNLİK
MÜƏZZİN
OBASTAN VİKİ
I Müəzzəm şah
Paduka Sri sultan I Müəzzəm şah ibni Mərhum sultan Müzəffər şah (v. 1202) — ikinci Kedah sultanı. Onun hakimiyyəti 1179–1202-ci illəri əhatə edir.

Digər lüğətlərdə