MÜDDƏA

is. [ ər. ]
1. Bir şeyə əsaslanaraq irəli sürülən fikir, iddia, tezis. Dialektik materializmin müddəaları. Nəzəri müddəa.
2. köhn. Arzu, istək, məqsəd, niyyət, fikir.
Əgər can almaq isə müddəası; Fədası hasil olsun, tək rizası. Əmani.
Nə çıxsın yoxdan, ey dil, bir usan, bu müddəadan keç. S.Ə.Şirvani.

3. bax müddəi 1-ci mənada.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜDDƏA iddia — tələb
  • MÜDDƏA tezis — fikir

Etimologiya

  • MÜDDƏA Ərəbcə iddia sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MÜDAVİM
MÜDDƏİ

Digər lüğətlərdə