MÜNDƏRİCƏ

is. [ ər. ]
1. bax məzmun 1-ci mənada.
…Təbriz xalqının gələcək vəziyyəti Sərdar Rəşidin çar konsuluna verəcəyi məlumatın mündəricəsindən asılı idi. M.S.Ordubadi.
Tapdığın məktubu sadə, üslub və mündəricə etibarilə nağılvari yazıldığı üçün bir az gülməli kağızdı. Ə.Əbülhəsən.

2. bax mündəricat. Kitabın mündəricəsi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜNDƏRİCƏ mündəricə bax məzmun 1
MÜNDƏRİCATLI
MÜNDƏRİCƏLİ

Digər lüğətlərdə