1. Bir neçə hissədən, ünsürdən ibarət olan (sadə ziddi). Mürəkkəb cümlə. Mürəkkəb cihaz. Mürəkkəb maddə.
// İbarət, əmələ gələn, düzəlmiş, təşkil edilmiş.
2. Tərkibini təşkil edən hissələrinə, ünsürlərinə, əlaqələrinə, münasibətlərinə görə çox müxtəlif olan; çoxcəhətli. Mürəkkəb elmi məsələ. Mürəkkəb problemlər.
// Müxtəlif, bəzən də zidd xüsusiyyətləri, cəhətləri özündə birləşdirən (insanın daxili aləmi, hissləri haqqında). Mürəkkəb xasiyyət. O çox mürəkkəb adamdır.
3. Quruluşuna, şəklinə, formasına görə çətin başa düşülən; müəmmalı. Mürəkkəb ornament.
4. Başa düşülməsi, qavranılması, yerinə yetirilməsi, həlli və s. cəhətdən çətinlik törədən; çətin. Mürəkkəb sual. Mürəkkəb əməliyyat.