MÜRGÜ

is. Oyaqlıqla yuxululuq arasındakı hal, yarıyuxulu hal.
Quşlar … küləkli gecənin təlaş dolu mürgüsündən sonra bir an dincəlib sakit oldular. Ə.Məmmədxanlı.

□ Mürgü basmaq (vurmaq, çalmaq, döymək, almaq) – bax mürgüləmək. Uşaq mürgü çalır.
– …Ocağın qırağında qırmızısaqqal bir kişi oturub mürgü döyürdü. Çəmənzəminli.
Mürgü aldı zindan açarçısını. R.Rza.
…Cabbar alnını iri yumruqlarına söykəyib oturduğu halda mürgü çalırdı. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜRGÜ yatma — yuxu — uyqu
  • MÜRGÜ MÜRGÜ Şahin səsə diksindi, mürgüdən ayıldı.. (B.Bayramov); HUŞ Xəbəri quş apardı; Vətənə tuş apardı; Gözlədim yar keçəcək; Onda da huş apardı (Bayatı)
MÜRGƏNƏ
MÜRGÜLƏMƏ
OBASTAN VİKİ
Mürgü səhləbi

Digər lüğətlərdə