Müstəzad
Müstəzad (ərəbcə: əlavə edilən, artırılan) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında lirik şeir forması.
Mövzu və məzmunca qəzəl və qəsidəyə yaxındır və müxəmməs və müəşşərin köməyi ilə də yaradılır. Həcmi 20-40 misra arasındadır. Misraları əsasən sətiraşırı uzun və qısa olur.
Müstəzadi-müxəmməs, Müstəzadi-müsəddəs tərci, Müstəzadi-müəşşər, Müstəzad təsnis və s. formalarına da təsadüf edilir.
XIX-XX əsrlər poeziyasında müstəzadın lirik xarakteri nisbətən dəyişmiş, o, ictimai-satirik məzmun kəsb edir.
Təcnisin bir növü olan müstəzad təsnisdə (həm də ayaqlı təcnisdə) hər bəndin sonuna onunla qafiyələnən kiçik bir misra əlavə edilir. Məsələn: Aşıq Ələsgərin nümunə üçün aşağıdakı müstəzad təsnisinə baxaq.
Azərbaycan Sovet Ensiklopediyası, VII cild.