…Qatar yola düşdü və mən də məbhut onun gözdən itənədək dalınca baxdım.
□ Məbhut qalmaq – heyran qalmaq, təəccüblənmək, çaşıb qalmaq.
[Dərviş:] Ox dəymiş şir kimi saçlarımı silkələyib, başımı yuxarı qaldırıb, məbhut bir halda qaldım.
…Şəfiqənin mərmər kimi ay üzündə olan çökəklərini gördükdə Cəlil ağa məbhut qaldı və birdən-birə onu sevdi, aşiq oldu.
Məbhut etmək – heyran etmək, heyrətdə qoymaq, təəccübləndirmək.
Onların arasındakı intizam və başçılarına olan hörmət bizi məbhut etmişdi.
Məbhut olmaq – bax məbhut qalmaq.
Firidun maşından düşüb, göz işlədikcə uzanan bağa, güllüklərə və imarətlərə baxdıqda məbhut olub qaldı.