MƏBRUR

ə. 1) günahı bağışlanmış, əfv olunmuş; 2) ölmüş, vəfat etmiş, rəhmətlik.

MƏBRUD
MƏBSƏM
OBASTAN VİKİ
Məbrurə Gönenç
Əminə Məbrurə Gönenç (1900, Konstantinopol – 6 dekabr 1981) — türk məktəb müəllimi və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci, 6-cı və 7-ci parlamentində Afyon seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. Məbrurə Gönenç İstanbulda, Osmanlı sultanı II Əbdülhəmidin şəxsi məsrəflər idarəsində məmur işləyən İbrahim və onun həyat yoldaşı Didarın ailəsində, rəsmi məlumatlara görə 1900, ailənin qeyri-rəsmi məlumatına görə isə 1898-ci ildə anadan olub. İbtidai təhsilini Üsküdar qız peşə liseyində almış, daha sonra Beşiktaşdakı "Osmanlı birliyi məktəbi"ndə oxumuşdur. Gönenç 1914-cü ildə Arnavutköy amerikan qızlar liseyinə daxil olmuş və oran 1919-cu ildə bitirmişdir. Gönenç 1927-ci ildə Adana sakini olan həkim Əhməd Rəmzi ilə evlənib və həyat yoldaşı ilə Adanaya gedərək orada məskunlaşıb. Bu evlilikdən onun iki uşağı dünyaya gəlib. Əminə Məbrurə ilk olaraq Bəylərbəyi Qızlar Məktəbində fransız dili müəllimi kimi fəaliyyətə başlayıb, daha sonra Gedikpaşadakı Amerikan Məktəbində dərs deyib. Gönenç 1930-cu ildə Adana bələdiyyə məclisinə seçilmiş və beləliklə, məclisin ilk qadın üzvlərdən biri olmuşdur. O, ərinin işi ilə bağlı 1933-cü ilin iyun ayında Mersinə köçmüş və 1934-cü ildə Mersin bələdiyyə məclisinin də üzvü olub.