MƏHƏRRƏM

ərəb qəməri təqviminin birinci ayı (İmam Hüseyn və tərəfdarları. Bu ay qətl edildiyi üçün yas ayı hesab olunur).
MƏĞFUR
MƏHƏRRƏMLİK
OBASTAN VİKİ
Məhərrəm
Məhərrəm — Hicri təqviminin 1-ci ayı.
Məhərrəm (ad)
Məhərrəm — ad. Oğlan uşaqlarına daha çox Məhərrəm ayı ilə bağlı verilir. Bu adı olan tanınmışlar Məhərrəm Əsədov — Məhərrəm Əliyev Məhərrəm Əliyev (general) — general-leytenant. Məhərrəm Əliyev (əmək qəhrəmanı) — Tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1951).
Məhərrəm Abuşov
Məhərrəm Ayvazov
Məhərrəm Ağalaroğlu
Məhərrəm Ağalar oğlu Əliyev (18 noyabr 1985, Qışlaqabbas, İliç rayonu) — 18 noyabr 1985-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayon Qışlaqabbas (keçmiş İbadulla Sovetliyi) kəndində təvəllüd almışdır. 1992-ci ilin 1 sentyabr tarixində İbadulla kənd orta ümumtəhsil məktəbdə birinci sinfə getmiş, 2001-ci ildə isə ailəsi ilə birlikdə paytaxt Bakıya köçmüş və 236 saylı orta məktəbdə təhsini davam etmişdir. 236 Saylı məktəbdə təhsilini davam etdirən zaman 20 Yanvar, Xocalı soyqırımı kimi Azərbaycan xalqının tarixinə düşən qanlı səhifələrin ildönümünü şagird yoldaşları ilə birgə təşkil etmiş, həmin tədbirlərdən başlayaraq vətənpərvərlik və məhəbbət mövzularında şerlər yazmışdır. İlk şeri 2002-ci ildə "Xural" qəzetində, daha sonra bir sıra qəzetlərdə dərc olunmuşdur. 2003-cü ildə orta məktəbi bitirib Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. Universitetdə oxuyarkən mətbuatda məqalələri dərc olunmuşdur. 2007-ci ildə universiteti bitirib müddəti hərbi xidmətə getmiş və 2008-ci ilin iyul ayında Ermənistanla təmas xəttindən Manqa komandiri olaraq tərxis olunmuşdur. 2009-cu ildən müxtəlif KİV-lərdə ştatdankənar müxbir vəzifəsində işləmişdir. 2011-ci ildə "Üç nöqtə" qəzetində stat üzrə müxbir vəzifəsində işə büaşlayıb, 2012-ci ildə öz ərizəsi ilə qeyd edilən qəzetdən ayrılıb. Həmin ildən başlayaraq "İki sahil" qəzetində müxbir vəzifəsində çalışmaqdadır.
Məhərrəm Babayev
Babayev Məhərrəm Pirverdi oğlu - kənd təsərrüfatı elmləri doktoru (1981), professor (2000), AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü (2014). Məhərrəm Babayev 13 yanvar 1937-ci ildə Bərdə şəhərində anadan olmuşdur. O, 1961-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Azərbaycan SSR Torpaqşünaslıq və Aqrokimya İnstitutunda fəaliyyətə başlamışdır. Babayev 1963-1966-cı illərdə institutun əyani aspirantı kimi təhsilini davam etdirmişdir. 12 yanvar 2022 — AMEA-nın Fəxri fərmanı ilə təltif edilmişdir. Məhərrəm Babayev 1966-1971-ci illərdə institutda elmi işçi, 1971-1975-ci illərdə baş elmi işçi olaraq çalışmışdır. Akademik 1975-1981-ci illərdə laboratoriya rəhbəri, eyni zamanda 1981-1985-ci illərdə Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunda direktor vəzifəsini icra etmişdir. O, 1986-1989-cu illərdə Aqrar Sənaye Komitəsinin sədr müavini vəzifələrində çalışmışdır. Məhərrəm Babayev 1995-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaqların genezisi, coğrafiyası və xəritəçiliyi laboratoriyasının rəhbəri olmuş, 2001-2014-cü ilədək isə institutun direktoru kimi fəaliyyət göstərmişdir.
Məhərrəm Bayramov
Məhərrəm Bağır oğlu Bayramov (13 may 1928, Aşağı Necili, İrəvan qəzası – 6 yanvar 1981, İrəvan) — Amasiya rayonu Partiya Komitəsinin birinci katibi (1969–1974), Ermənistan KP MK-nın üzvü, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin sədr müavini, Ermənistan SSR Ali Sovetinin deputatı (VIII–X çağırış), "Sovet Ermənistanı" qəzetinin baş redaktoru (1974–1981), Ermənistan SSR əməkdar jurnalisti[mənbə göstərin]. Məhərrəm Bağır oğlu Bayramov 13 may 1928-ci ildə İrəvan yaxınlığındakı Uluxanlı (Masis) rayonunun Aşağı Necili (Sayat Nova) kəndində doğulmuşdur. Burada yeddiillik kənd məktəbini bitirdikdən sonra təhsilini İrəvan pedoqoji məktəbində davam etdirmiş və doğulduğu kənddə bir il müəllim işləmişdir. O, 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmuş, 1952-ci ildə buranı bitirdikdən sonra Azərbaycan LKGİ MK-da təlimatçı kimi fəaliyyət göstərmişdir. İki il Bakıda işlədikdən sonra 1954-cü ildə İrəvana qayıtmış və burada Ermənistan LKGİ MK-da təlimatçı işləmişdir. O, 1955-ci ildə Ermənistan KP MK təlimçisi vəzifəsinə yüksəlir. Məhərrəm Bayramov 1964–1966-cı illərdə Ararat (Vedi) rayon Partiya Komitəsinin katibi, 1966–1969-cu illərdə "Sovet Ermənistanı" qəzetinin redaktor müavini vəzifəsində işləmişdir. O, 1969-cu ildən 1974-cü ilə qədər Amasiya rayon Partiya Komitəsinin birinci katibi, 1974-cü ildən ömrünün sonuna qədər "Sovet Ermənistanı" qəzetinin baş redaktoru olmuşdur. Məhərrəm Bayramov bu illərdə həm də Ermənistan SSR Ali Sovetinin deputatı və Rəyasət heyətinin müavini olmuşdur. O, "Ermənistan SSR əməkdar jurnalisti" fəxri adı, "Şərəf nişanı" ordeni və digər medallarla təltif olunmuşdur.Məhərrəm Bayramov 6 yanvar 1981-ci ildə İrəvanda "Polyak" ləqəbli şəxs tərəfindən güllələnərək qətlə yetirilmişdir.[mənbə göstərin] O, həm də yazıçı və dramaturq idi.
Məhərrəm Bədirzadə
Məhərrəm Əlisəftər oğlu Bədirzadə — Azərbaycanın televiziya rejissoru, əməkdar incəsənət xadimi (2006). Məhərrəm Əlisəftər oğlu Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda dünyaya göz açıb. Uşaqlıq çağları Novxanı bağlarında keçib. 190 saylı orta məktəbi bitirdikdən sonra həmin ildə də də Mirzə Ağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olunub. 1971-ci ildə Azərbaycan Televiziyasına işə qəbul olunub. Məhərrəm Bədirzadə 1969-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Hazırda Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq kafedrasının dosentidir. Sevdiyi peşəsini tələbələrə şövqlə, can yanğısı ilə öyrədir. 8 aprel 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Mənim günahım (film, 1985) "Qayınana" əməliyyatı (film, 1999) Bağdada putyovka var...
Məhərrəm Cəfərli
Məhərrəm Allahqulu oğlu Cəfərli — azərbaycanlı folklorşünas alim, filologiya elmləri doktoru (2003). Məhərrəm Cəfərli 1946-ci il yanvarın 5-də Naxçıvan MSSR-in Şərur rayonunun Xok kəndində anadan olub. 1964-1969-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1984-ci ildə "Osman Sarıvəlli və şifahi xalq ədəbiyyatı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2003-ci ildə filologiya elmləri doktoru dərəcəsi almaq üçün "Azərbaycan məhəbbət dastanlarının poetikası" mövzusunda dissertasiya müdafiə etmişdir. 40 ilə yaxındı Naxçıvan Dövlət Universitetində dərs deyir. 2004-ci ildən AMEA-nın Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsinin müdiridir. Naxçıvan MR, folklorşünaslıq tarixi və nəzəri tədqiqi və öyrənilməsi folklor toplamaqla məşğuldur. Məhərrəm Cəfərli dərc olunmuş 150-dən çox elmi məqalənin, 25 kitabın müəllifidir. "Yazıçı və folklor" Azərbaycan folklorşünaslığının inkişafı problemlərinə, dastan poetikasına, aşıq sənətinə həsr edilmişdir.
Məhərrəm Dadaşov
Dadaşov Məhərrəm (tam adı: Dadaşov Məhərrəm Əkbər oğlu; 15 fevral 1912, Salyan, Cavad qəzası – 17 sentyabr 1944) — Sovet İttifaqı Qəhrəmanı. 1912-ci ildə Salyan rayonunun Beştalı kəndində anadan olmuşdur. 1941-ci ildə xidmətə traktorçu peşəsindən çağırılmışdır. 233-cü tank briqadasında xidmət edən baş serjant Məhərrəm Dadaşov 1942-ci ildən döyüş cəbhələrində olmuşdur. 1942-ci ilin oktyabrından 1943-cü ilin yanvarınadək 223-cü atıcı diviziyanın tərkibində döyüşmüşdür. Rumıniyanın Vasluy şəhəri ətrəfında 1944-cü ilin avqustunda aparılan döyüşdə fərqlənmişdir. Onun conrakı döyüşləri Çexoslovakiyada olmuşdur. Baş serjant M. Dadaşovun tank heyəti avqustun 28-də düşmən ordusunun yerləşdiyi məntəqəyə daxil olaraq düşmənin 6 tank vuran topunu və bir neçə pulemyotunu şəxsi heyətləri ilə məhv etmişdir. Bu döyüşdə yaralanan M. Dadaşov tankını idarə etməkdə davam etmiş və tankın atəş nəqtələrinin mərmiləri qurtardıqdan sonra şəxsi silahla döyüşü davam etdirmişdir. Cəsur tankçı M. Dadaşov aldığı yaralardan sentyabrın 17-də hospitalda dünyasını dəyişmişdir.
Məhərrəm Ergin
Məhərrəm Ergin (d. 1925 – ö. 6 dekabr 1995) Türk yazarı və türkoloq. Axısqada dünyaya gəlmişdi. Ailəsi Türkiyəyə köç edərək Bulanıka yerləşdi. Bulanıkda başladığı təhsilini 1943-cü ildə Balıkesir litseyində davam etdirmişdi. 1947-ci ildə İstanbul Universiteti Ədəbiyyat fakültesi Türk Dili və ədəbiyatı bölümünü bitirmişdi. Rəşid Rəhməti Arat assistenti olaraq universitdə çalışmışdı. 1971-ci ildə professor olmuşdu. Türk dilini, ədəbiyyatını, tarixini öyrənən araşdırıcılar türk və türk olmayanlar adı altında ikiyə ayrılır.
Məhərrəm Haşımov
Haşımov Məhərrəm Zakir oğlu (2 fevral 1912, Bakı – 2 may 1969, Bakı) — Azərbaycan teatr rejissoru, ssenarist, aktyor, film direktoru, Azərbaycan SSR xalq artisti (1954), "Stalin" mükafatı laureatı (1951). Məhərrəm Haşımov 2 fevral 1912-ci ildə Bakıda anadan olmuşdur. O, 1936-cı ildə A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirmişdir. 1944-cü ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor işləmişdir. Məhərrəm Haşımov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Şillerin "Qaçaqlar", Cəfər Cabbarlının "Aydın" kimi tamaşalarına quruluş vermişdir. Rejissor 1937-ci ilin repressiyalari dövründə müəyyən təzyiqlərə məruz qalsa da, sənət prinsiplərinə sadiq çıxmışdır. 1948-ci ildən 1951-ci ilə qədər Azərbaycan Dövlət Rus Dram Teatrında baş rejissor və direktor vəzifələrində çalışmışdır. Onun Azərbaycan Dövlət Rus Dram Teatrında rejissorluq fəaliyyətinin əsas məğzində müasir fəlsəfi-realist teatr yaratmaq məqsədi dururdu. Rejissor "Döngədə ev" (Tur qardaşları, 1949), "Xəzər üzərində şəfəqlər" (İmran Qasımov, 1950), "Balıqçı oğlu" (Vilis Latsis, 1953), "Dəniz cəsurları sevir" (İmran Qasımov və Həsən Seyidbəyli, 1954), "Kino çəkilir…" (Edvard Radzinski, 1966), "Teleqramla hekayət" (V. Osipov, 1966), "Milyonçu qadın" (Bernard Şou, 1966), "İntervensiya" (Lev Slavin, 1967), "Ənənəvi toplanış" (Viktor Rozov, 1968) tamaşalarına quruluş vermişdir. Məhərrəm Haşımov 1951–1956-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında işləmişdir.
Məhərrəm Hüseynov
Məhərrəm Mirzə oğlu Hüseynov (1915, Qaracəmirli, Yelizavetpol qəzası) — Azərbaycan SSR Ali Məhkəməsinin sədri (13 aprel 1951–12 mart 1957). Məhərrəm Hüseynov 1915-ci ildə Şəmkir (keçmiş Şamxor) rayonunun Qaracaəmirli kəndində anadan olmuşdur. 1938-ci ildə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Hüquq fakültəsini bitirmişdir. 1937-ci ildə Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə məhkəmə kollegiyasının katibi, 1938-ci ildə isə Azərbaycan SSR Ədliyyə Nazirliyində məsləhətçi vəzifələrində işləmişdir. 1938–1941-ci illərdə Şəmkir rayon birinci dairəsinin xalq hakimi olmuşdur. 1941-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü seçilmişdir. 1941–1945-ci illərdə Naxçıvan MSSR Ali Məhkəməsinin sədri işləmişdir. Həmin vəzifədən azad olunduqdan sonra 1945-ci ildə qısa bir müddət ərzində respublika Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri vəzifəsini icra etmişdir. 1945–1951-ci illər ərçində Azərbaycan SSR Ədliyyə Nazirinin müavini olmuşdur. 10 aprel 1951-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsinə təyin olunmuş və 12 mart 1957-ci ilədək həmin vəzifədə işləmişdir.
Məhərrəm Həsənov
Məhərrəm Səməd oğlu Həsənov (26 avqust 1954, Mincivan, Zəngilan rayonu – 8 noyabr 2020, Bakı) — AMEA-nın H. Əliyev adına Coğrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent. Məhərrəm Həsənov 1954-cü il avqust ayının 26-da Zəngilan rayonunun Minçivan qəsəbəsidə doğulub. Azərbərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) fakültəsini bitirşmişdir. 5411.01 — ixtisas şifri ilə "Kiçik Qafqazda payızlıq buğdanın inkişafına, məhsuldarlığına və məhsulun keyfiyyətinə meteoroloji elementlərin təsiri" adlı namizədlik dissertasiyanı müdafiə edərək Coğrafiya elmləri namizədi elmi dərəcəsini almışdır. Elmi fəaliyyəti "Aqroiqlim ehtiyatlarından daha səmərəli istifadə", "İqlim ehtiyatlarının yenidən qiymətləndirilməsi" və "Gözlənilən iqlim dəyişmələrinin aqroiqlim ehtiyatlarının və təbii-zonaların sərhədlərinə təsirinin tədqiqi" istiqamətində olmuşdur. 50-yə qədər xaricdə çıxmış elmi əsərləri, 3 beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələri vardır. 3 dissertanta və 1 doktoranta elmi rəhbərlik etmişdir. Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətini davam etdirmişdir. Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN Sərəncamı — Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndininə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə, Azərbaycan elminin inkişafında xidmətlərinə görə — Azərbaycan Respublikasının "Tərəqqi" medalı — 2015 Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN Sərəncamı: — 2016-cı il üçün elm və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatı — 2016-cı il "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyasına görə -Azərbaycan Respublikasının Dövlət Mükafatı Kiçik Qafqazda payızlıq buğdanın məhsuldarlığının iqlimlə əlaqəsi – 1999 (monoqrafiya) Gözlənilən iqlim dəyişmələrinin Azərbaycan əhalisi və ətraf mühitə təsirinin qiymətləndirilməsi Kür-Araz vilayətinin isti ehtiyatları və ondan istifadə haqqında ACC əsərləri, VIII c. B. 2003 Naxçıvan MR-da müşahidə edilən zərərli atmosfer hadisələri.
Məhərrəm Kamil
Məhərrəm Kamil - Dilçi, ilk "Rusca-türkcə lüğət"in (1926) tərtibçilərindən biri ,Repressiya qurbanı Sovet hakimiyyətinin ilk illərində lüğətə böyük ehtiyac olduğundan o, Hənəfi Zeynallı, Yusif Əliyev, Süleyman Musabəyov, Vəli Xuluflu, Tağı Şahbazi Simurğ, Əhməd bəy Pepinov, Ələkbər Heydərli, Yusif Vəzir Çəmənzəminli, Məhərrəm Kamil, Rəşid Yusifzadə, Ələkbər Qərib, Sami Kamal, Süleyman Məlikovla birlikdə Ruhulla Axundovun redaksiyasında ilk "Rusca-türkcə lüğət"in (1926) tərtibçilərindən biri idi.
Məhərrəm Mahi
Alıyev Məhərrəm Rzaqulu oğlu (Məhərrəm Mahi) - şair. Məhərrəm Mahi 1924-cü ildə Zəngilan rayonunun Quyudərə Xəştab kəndində anadan olub. Gilətağ 7 illik və Xocahan orta məktəbini bitirib. Elə həmin il ehtiyac olduğu üçün (Böyük Vətən müharibəsi getdiyinə görə müəllimə ehtiyac var idı) oxuduğu orta məktəbdə dil-ədəbiyyat müəllimi təyin edilib. 1952-ci ildə ali məktəbi bitirib. Qubadlı və Zəngilan rayonlarında müəllim, direktor müavini, direktor və təhsil şöbəsində inspektor işləyib. Uşaqlıqdan şerə maraq göstərib. İlk şeri məktəb divar qəzetində verilib. Və o vaxtdan şeirlər yazmağa başlayıb. Müəllim işləyəndən sonra şeirləri rayon və respublika qəzet və jurnallarında çap olunub.
Məhərrəm Mayılzadə
Məhərrəm Musayev
Məhərrəm Musayev (aktyor) — Azərbaycan aktyoru. Məhərrəm Musayev (pedaqoq) — texnika elmləri namizədi, pedaqoq.
Məhərrəm Mustafayev
Məhərrəm Qacar oğlu Mustafayev — tibb elmləri doktoru, professor. Məhərrəm Qacar oğlu Mustafayev Şəki rayonunda anadan olmuşdur. Təvəllüdü: 1906 Təhsil (məktəbin adı və ixtisası): Azərbaycan Dövlət Universiteti (indiki BDU)- pedaqoji fakültəsi, Azərbaycan Dövlət Tibb Universiteti- fiziologiya fakültəsi 1926-cı ildə seminariyanı bitirən Məhərrəm Mustafayev ibtidai məktəbdə dərs vermək hüququ qazanır, ilk müəllimlik fəaliyyətinə kənddə başlayır. Lakin həmin ilə (1926) xalq təhsili komissarlığının qərarı ilə təhsilini davam etdirmək üçün ali məktəbə göndərilir. Beləliklə, Məhərrəm Mustafayev Azərbaycan Dövlət Universiyetinin pedaqoji fakültəsinə daxil olur. Pedaqoji texnikumun nəzdindəki nümunəvi məktəbdə də müəllimliyini davam etdirir. Bu nümunəvi məktəbin əsasında 1927-ci ildə Bakı 48 №-li orta məktəb yaranmış və Məhərrəm Mustafayev onun birinci direktoru işləmişdir. 1930-cu ildə aspiranturaya daxil olur, insan və heyvan fiziologiyası kafedrasında çalışır. 1933-cü ildə ADTİ-na daxil olur, 1938-ci ildə bitirir. 1932–1942-ci illərdə oxuya-oxuya tibb texnikumunda biologiya, fiziologiya və anatomiyadan dərs demişdir.
Məhərrəm Məhərrəmov
Məhərrəm Məmməd oğlu Məhərrəmov (rus. Магеррамов Магеррам Мамедович ; 7 dekabr 1971, Almatı vilayəti) — Qazaxıstan Respublikası Məclisinin deputatı.. Məhərrəmov Məhərrəm Məmməd oğlu 1971-ci dekabrın 7-də Almatı vilayətinin Koksusk rayonunun Balpık bi qəsəbəsində anadan olub. Babaları 1937-ci ildə Stalin repressiyaları nəticəsində Naxçıvanın Şərur rayonunun Ərəbyengicə kəndindən Qazaxıstana sürgün olunublar.1989–1991-ci illərdə SSRİ-nin Dövlət Təhlükəsizlik Xidmətinin (KQB) Rusiyanın Çita şəhərində yerləşən Qırmızı Ulduzlu Zabaykal sərhəd dairəsində hərbi xidmətdə olub. 1998-ci ildə Qazaxıstan Kommunist Partiyasına üzv qəbul olunub, 2001-ci ildə Partiyanın Almatı vilayət komitəsinin birinci katibi, elə həmin ildə də QKP-nin Mərkəzi Komitəsinin üzvü seçilib. 2005-ci ildə Partiyanın prezidentliyə namizədinin seçkiqabağı kampaniyası qərargahının rəhbəri, 2004, 2007 və 2012-ci illərdə isə Qazaxıstan Respublikasının Parlament Məclisinə deputatlığa namizəd olub. 2009-cu ildə Joldasbekov adına İqtisadiyyat və Hüquq Akademiyasında hüquqşünaslıq üzrə təhsil alıb. O, həmçinin QXKP MK-nın təşkilati-partiya və kadr işləri şöbəsinin müdiridir. M. Məhərrəmov Qazaxıstan Xalq Kommunist Partiyasının Almatı vilayətinin birinci katibi kimi martın 20-də keçirilən seçkilərdə 7 faizlik səddi aşaraq partiya siyahısı əsasında uğur qazanaraq Qazaxıstanın Parlament Məclisinin deputatı seçilib. Ailəlidir bir qızı iki oğlu var.
Məhərrəm Məmmədov
Məhərrəm Məmmədov (iqtisadçı) — Azərbaycan Dövlət Plan Komitəsində şöbə rəisi. Məhərrəm Məmmədov (filoloq) — Filologiya elmləri doktoru, professor.
Məhərrəm Məmmədyarov
Məhərrəm Əli oğlu Məmmədyarov (17 oktyabr 1924, Yaycı, Naxçıvan MSSR – 2 yanvar 2022, Bakı) — Azərbaycan alimi, kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü (2001), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2009). Məhərrəm Məmmədyarov 17 oktyabr 1924-cü ildə Naxçıvan MSSR Yaycı kəndində (indiki Culfa rayonunda) anadan olmuşdur. 1941-ci ildə Naxçıvan Pedagoji Texnikumu bitirmişdir. 1941–1945-ci illərdə Böyük Vətən Müharibəsində iştrak etmişdir, 12 medal və ordenlərlə mükafatlanmışdır. 1949-cu ildə Azərbaycan Dövlət Universitetini, 1953-cü ildə isə Leninqrad Texniki Universitetinin aspiranturasını bitirmişdi. 1953–1955-ci illərdə Azərbaycan SSR Azərbaycan Milli Elmlər Akademiyası Kimya İnstitutunda elmi katib, 1955–1959-cu illərdə SSRİ EA Nikolay Zelinski adına Üzvi Kimya İnstitutunda baş elmi işçi, 1959–1969-cu illərdə Neft-Kimya Prosesləri İnstitutunda işləmişdir. 1973–1979-cu illərdə isə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan regional elmi mərkəzinin rəhbəri idi. 1980-ci ildə Naxçıvan termal məmbələrinin karbon qazının sənayədə istifadə texnologiyasının işlənib hazırladığına görə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür. 1975–1978-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki Naxçıvan Dövlət Universiteti) dərs demişdir. 1981-ci ildən 1994-cü ilə qədər şöbə müdiri, 1994-cü ildən 2002-ci ilə qədər isə Azərbaycan EA Mikrobiologiya İnstitutunun direktoru işləmişdir.
Məhərrəm Qasımlı
Məhərrəm Paşa oğlu Qasımlı (5 avqust 1958, Alakol, Tovuz rayonu) — Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri (03.03.2016-indi), AMEA Ədəbiyyat İnstitutunda şöbə müdiri, ədəbiyyatşünas, folklorşünas, şair. Məhərrəm Paşa oğlu Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya ixtisasını bitirmişdir.(1975–1980) AMEA-nın Ədəbiyyat institutunda işləyir. İnstitutun "Şifahi xalq ədəbiyyatı və ədəbi abidələr" şöbəsinin müdiridir. 1992–2017-ci illərdə Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmişdir. 1998–2017-ci illərdə isə müdafiə şurasının üzvü olmuşdur. Beşcildlik və oncildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin Baş Redaksiya şurasının üzvü, birinci cildin isə məsul redaktoru və əsas müəlliflərindən biridir. 2004-cü ildən nəşr olunan "Folklor və etnoqrafiya" jurnalının baş redaktorudur. 2008-ci ildə "Novruz" ensiklopediyasını hazırlamışdır və onun baş elmi redaktorudur. Eyni zamanda M. Qasımlı Beynəlxalq Folklor Fondunun (ABŞ) Azərbaycan təmsilçisi və "Milli Folklor" (Türkiyə) beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür.
Məhərrəm Qasımov
Məhərrəm Qasımov (1953, Kərimbəyli, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri (2000–2020). 1953-cü ildə Şərur rayonunun Kərimbəyli kəndində anadan olmuşdur. 1970-ci ildə Kərimbəyli kənd orta məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Bakı şəhərində H.Z.Tağıyev adına Toxuculuq Kombinatında fəhlə kimi başlamış, 1972–1974-cü illərdə Sovet Ordusu sıralarında keçmiş Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olmuş, nümunəvi xidmətinə görə kiçik leytenant rütbəsində hərbi qulluğunu başa vurduqdan sonra, təhsilini davam etdirərək D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1980-ci ildə oranı iqtisadçı ixtisası üzrə bitirərək təyinatla Naxçıvan Şüşə Qablar zavoduna iqtisadçı vəzifəsinə göndərilmiş, əmək və əmək haqqı şöbəsinin, daha sonra plan iqtisad şöbəsinin rəisi vəzifələrində işləmiş, ictimai əsaslarla zavod Həmkarlar Təşkilatının sədri, ilk Partiya Təşkilat katibi olmuş, 1984–1985-ci illərdə Azərbaycan KP Naxçıvan şəhər Komitəsində təlimatçı, 1985–1996-cı illərdə Naxçıvan Tikiş Fabrikinin direktoru, 1996–2000-ci illərdə Naxçıvan şəhər Qızıl Aypara Cəmiyyətinin sədri vəzifəsində işləmişdir. Ailəlidir, 3 övladı, 7 nəvəsi var. 2000-ci ildən 2020-ci ilədək Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Sədri vəzifəsində çalışmışdır. Müxtəlif dövrlərdə seçkilərin hazırlanıb keçirilməsində də iştirak etmişdir. Belə ki, 1980-ci il Naxçıvan MSSR Ali Sovetinə seçkilərdə məntəqə seçki komissiyasının sədri, 1984-cü il SSRİ Ali Sovetinə seçkilərdə dairə seçki komissiyasının sədri, 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinə seçkilərdə məntəqə seçki komissiyasının sədri, 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin seçkilərində məntəqə seçki komissiyasının sədri, 1995-cil ildə Naxçıvan MR Ali Məclisinə seçkilərdə məntəqə seçki komissiyasının sədri, 1998-ci ildə Azərbaycan Respublikasının Prezident seçkilərində dairə seçki komissiyasının sədri, 1999-cu ildə Azərbaycan Respublikasının Bələdiyyə seçkilərində məntəqə seçki komissiyasının sədri kimi seçkilərin hazırlanıb keçirilməsində iştirak etmişdir. 2000-ci ildən isə 2020-ci ilədək Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri kimi Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisinin, Bələdiyyə seçkilərinin, Referendumların və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş bütün seçkilərin hazırlanıb keçirilməsində bir başa iştirak etmişdir. Bitərəfdir.
Məhərrəm Quliyev
Məhərrəm Quliyev (13 aprel 1968, Lənkəran) — Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini. Quliyev Məhərrəm Böyükağa oğlu 13 aprel 1968-ci ildə Lənkəranda anadan olmuşdur. 1986–1988 tarixlərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. Ailəlidir. 2 övladı var. Lənkəran rayonunda müxtəlif vəzifələrdə çalışmış, 2003-cü ildən isə Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini olmuşdur. 13.03.2006-cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişdir. Dövlət qulluğunun baş müşaviridir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Cəmşid Məhərrəmov
Cəmşid Məhərrəmov - (4 avqust 1983) Azərbaycanlı futbolçu
Elmar Məhərrəmov
Elmar Məhərrəmov (şahmatçı) — azərbaycanlı şahmatçı, qrosmeyster (1992). Müstəqil Azərbaycan Respublikasının ilk kişi qrosmeysteri. Elmar Məhərrəmov (tarixçi) — tarix üzrə fəlsəfə doktoru.
Elmar Məhərrəmov (tarixçi)
Elmar Əli oğlu Məhərrəmov (d.9 iyul 1949, Sisian rayonu, Ermənistan SSR, SSRİ) — tarix üzrə fəlsəfə doktoru, AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun İnformasiya mərkəzinin müdiri. Elmar Əli oğlu Məhərrəmov 1949-cu ildə iyul ayının 9-da keçmiş Ermənistan SSR-in Sisian rayonunda anadan olub. 1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsində təhsil almışdır. 1975-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda işləyir. 2002-ci il dekabrın 25-dən müvafiq mərkəzin rəhbəridir. 2004–2014-cü illərdə Tarix üzrə Problem Şurasının elmi katibi olub. 2001-ci ildə tarix üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. Müasir Azərbaycan tarixinə dair bir sıra elmi məqalə, tezislər və dərs vəsaitinin, o cümlədən, ""Kommunist" qəzetinin yaranması və inkişafı (1920–1928-ci illər)" (rus dilində), ""Kommunist" qəzeti və Azərbaycan SSR kənd təsərrüfatının bərpası məsələləri" (1920–1928-ci illər)" (rus dilində), "Xalq qəzeti: yaranması və inkişafı tarixindən (A. E. Məhərrəmli ilə müştərək) adlı monoqrafiyaların, "Azərbaycan Respublikasının Dövlət rəmzləri" (akademik İ. H. Əliyevlə müştərək) kitabçasının, abituriyentlər üçün 3 yardımçı vəsaitin (t.e.n. R. S. Məlikovla müştərək), orta məktəblərin 9-cu sinfi üçün "Yeni tarix" dərsliyinin I hissəsinin müştərək müəllifidir, 60-dan artıq elmi məqaləsi və kitabları işıq üzü görüb. Bir sıra əsərlərin elmi redaktorudur.
Elmar Məhərrəmov (şahmatçı)
Elmar Məhərrəmov (doğ. 10 aprel 1958, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qrosmeyster (1992). Müstəqil Azərbaycan Respublikasının ilk kişi qrosmeysteri. Şahmat üzrə sonuncu SSRİ çempionatında (Moskva, 1991) Artaşes Minasyanla 1-2-ci yerləri bölüşdürmüş, lakin əlavə göstəricilərə görə ikinci olmuşdur. 1984-cü ildə Karpovla şahmat üzrə dünya birinciliyi uğrunda matçda Harri Kasparovun sekundantlarından biri olub. Qadınlar arasında 1991-ci il dünya çempionatında Maya Çiburdanidzeyə, 1993-cü il dünya çempionatında isə Nana İoselianiyə köməklik edib. 1992-ci ildə Sankt-Peterburq komandasının heyətində şahmat üzrə komandalararası Rusiya çempionu olub. Son illər BƏƏ-də məşqçi işləyir. Evlidir, iki oğlu var. Macarıstanlı beynəlxalq usta Tibor Karoyinin "Arxa plandakı dahi" (ing.
Elməddin Məhərrəmov
Elməddin Şahlar oğlu Məhərrəmov (13 noyabr 1999, Məşrif, Siyəzən rayonu – 5 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elməddin Məhərrəmov 1999-cu il noyabrın 13-də Siyəzən rayonunun Məşrif kəndində anadan olub. Siyəzən rayon Məşrif kənd məktəbini bitirib. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Elməddin Məhərrəmov (2019-cu ildə hərbi xidmətə yollanıb) 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər (Murovdağ), Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Məhərrəmov 5 oktyabrda Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Elməddin Məhərrəmov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur Məhərrəmov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Elçin Məhərrəmov
Elçin Məhərrəmov (şəhid)
Firudin Məhərrəmov
Firudin Məhərrəmov (tam adı: Məhərrəmov Firudin Əliməmməd oğlu; 10 may 1959, Lerik rayonu) — teatr rejissoru, ssenarist, Azərbaycanın xalq artisti (2018). Firudin Məhərrəmov 1959-cu il mayın 10-da Lerik rayonunda anadan olmuşdur. 1966-cı ildə Sumqayıt 8 illik məktəbdə təhsil almağa başlayəb. 1970-ci ildə Sumqayıt şəhərində xalq teatrı dərnəyində aktyor və rejissor kimi fəaliyyət göstərmişdir. 1978-ci ildə Macarıstanda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıdandan sonra iki il kimya şirkətində çalışmışdır. 1983-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda professor, Xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi rejissorluq fakültəsinə qəbul olunmuş eyni zamanda professor Xalq artisti Azərpaşa Neymətdən dərs almışdır. 1987-ci ildə oranı ümidverici bir rejissor kimi bitirmişdir. Tələbəlik illərində "Bir məhəbbətin tarixçəsi" (Rey Bredberi), "Kamança"(Cəlil Məmmədquluzadə), "Şirə bənzər"(R. İbrahimbəyov) və "Elektra" (Sofokl) kimi əsərlərə Tədris teatrında quruluş verən F. Məhərəmovun rejissor traktovkaları sənətşünaslar tərəfindən layiqincə qiymətləndirilmişdir. 1986-cı ildə tələbə kimi quruluş verdiyi M. F. Axundzadənin "Misyo Jordan və Dərviş Məstəlişah" tamaşası Azərbaycan televiziyasında lentə alınaraq nümayiş olunmuşdur.
Fuad Məhərrəmli
Fuad Habil oğlu Məhərrəmli (28 noyabr 1994; Tərtər rayonu, Azərbaycan — 12 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Fuad Məhərrəmli 1994-cü il noyabrın 28-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Fuad Məhərrəmli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fuad Məhərrəmli oktyabrın 12-də Ağdərə istiqamətində "Tülkü dərəsi" adlandırılan ərazidə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Məhərrəmli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Məhərrəmli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Fuad Məhərrəmli (əsgər)
Fuad Füzuli oğlu Məhərrəmli (10 may 2001, Bəyimsarov, Tərtər, Azərbaycan — 29 sentyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Fuad Məhərrəmli 10 may 2001-ci ildə Tərtərdə anadan olub. Əslən Kəlbəcər rayon Qamışlı kəndindən idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fuad Məhərrəmli Füzulinin azad edilməsində savaşıb. 29 sentyabr 2020-ci ildə Füzuli rayon istiqamətində yaralı yoldaşlarını xilas edərkən minamyot zərbəsindən şəhid olmuşdur. Ramanıda dəfn edilmişdir.. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Məhərrəmli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Məhərrəmli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Fuad Məhərrəmov
Fuad İmaməddin oğlu Məhərrəmov (5 aprel 1994; Zeyvə, Goranboy rayonu, Azərbaycan — 15 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Fuad Məhərrəmov 5 aprel 1994-ci ildə Goranboy rayonunun Zeyvə kəndində anadan olmuşdur. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən məzun olmuşdur. Fuad Məhərrəmov ali hərbi təhsil aldıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsi ilə hərbi vəzifəsinə başlamışdır. Azərbaycan Ordusunun baş leytenantı olan Fuad Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Fuad Məhərrəmov 15 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Məhərrəmov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Məhərrəmov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Fərid Məhərrəmov
Fərid Asif оğlu Məhərrəmov (8 fevral 2002, Bakı – 7 oktyabr 2020, Talış, Tərtər rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. Fərid Məhərrəmov 8 fevral 2002-ci ildə Bakı şəhərində anadan оlub. Əslən Zəngilan rayonu Cahangirbəyli kəndindəndir. Fərid Məhərrəmov ilk təhsilini 2009-cu ildə Xocəvəd rayon tam оrta ümumtəhsil məktəbində alıb. Təhsilini 2019-cu ildə Kəlbəcər rayon 17 saylı məktəbində bitirib. Məktəbdə oxuduğu illər ərzində idmanın Qaydasız döyüş növü ilə məşğul olub. Bu idman növündə bir neçə fəxri adlar alıb. 2018-ci ildə Gürcüstan respublikasında keçirilən yarışlarda erməniyə qalib gələrək 1-ci yerə layiq görülüb. 2020-ci ilin may ayında Bərdə rayonuna həqiqi hərbi xidmətə yollanıb. Xidməti borcunu ləyaqətlə yerinə yetirən igid əsgər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən İkinci Qarabağ müharibəsində Goranboy, Tərtər, Ağdərə və Laçın istiqamətindəki döyüşlərdə iştirak edib.
Hacı Molla Şükür Məhərrəmzadə
Hacı Molla Şükür Məhhərrəmzadə (1820 və ya 1821, Ağanus, Laçın rayonu) — dövrünün məşhur ziyalılarından biri, müəllim olmuşdur. Müqəddəs bir şəxsiyyət kimi tanınmışdır, Şuşa şəhərinin qazısı olmuşdur. Şuşa qalasındakı "Təzə pir" məscidinin baş ruhanisi olmuşdur. Hacı Axund Molla Şükür 1820, yaxud 1821-ci ildə Şuşadan təxminən 40 km məsafədə yerləşən indiki Laçın rayonunun Ağanus kəndində doğulmuşdu. Mollaxanada oxuduqdan sonra 10 il Bağdad və Nəcəf şəhərlərində İslam dini ilə yanaşı, dünyəvi elmlərin də dərinliklərinə yiyələnmişdi. 1850-ci illərin ortalarında Vətənə döndükdən sonra o vaxtkı Zaqafqaziya şeyxülislamı onu Şuşa şəhərinin axundu təyin etmişdi. O, da qısa müddətdə Qarabağ camaatının hörmətini qazanmışdı. Hacı Mоlla Şükür Yasəmən Rəhim qızı və Bəyaz xanımla ailə qurmuşdu. Nəsir, Əbuturab, Məhəmməd, Əhməd, Əsədulla adlı оğlanları vardı. Yazıçı-publisist Əslixan Hüseynoğlu özünün "Geriyə bax, qoca!.." adlı romanında yazır: "...Hacı Molla Şükürdə övliyalıq, olmuş, yaxud olacaq hadisələr barədə qeybdən xəbər vermək qabiliyyəti də varmış.
Hacı Məhərrəm Karvansarası
Hacı Məhərrəm Karvansarası — Şuşada tikilmiş ilk karvansara. On doqquzuncu əsrin birinci yarısında Qarabağın dövlətli tacirlərindən olan Hacı Məhərrəm Kərbəlayı Hüseyn oğlu tərəfindən tikilmiş və el arasında sahibinin adı ilə adlandırılmışdır. Həmişə yaxşı gəlir gətirir və mədaxili, əsasən, dini işlərə sərf olunurdu. Hər il dindar adamlar məhərrəm ayının on gününü burda imam Hüseynə təziyə saxlayır, imam ehsanı verirdilər. Hacı Məhərrəm Kərbəlayı Hüseyn oğlunun vəfatından sonra oğlanları Hacı Abbas və Məhəmməd karvansaranı bərpa etdirib birlikdə işlətmişlər. "Şuşa qalasının karvansaraları". portal.azertag.az. İstifadə tarixi: 29 apr 2022.
Hacı Məhərrəm Karvansarayı
Hacı Məhərrəm Karvansarası — Şuşada tikilmiş ilk karvansara. On doqquzuncu əsrin birinci yarısında Qarabağın dövlətli tacirlərindən olan Hacı Məhərrəm Kərbəlayı Hüseyn oğlu tərəfindən tikilmiş və el arasında sahibinin adı ilə adlandırılmışdır. Həmişə yaxşı gəlir gətirir və mədaxili, əsasən, dini işlərə sərf olunurdu. Hər il dindar adamlar məhərrəm ayının on gününü burda imam Hüseynə təziyə saxlayır, imam ehsanı verirdilər. Hacı Məhərrəm Kərbəlayı Hüseyn oğlunun vəfatından sonra oğlanları Hacı Abbas və Məhəmməd karvansaranı bərpa etdirib birlikdə işlətmişlər. "Şuşa qalasının karvansaraları". portal.azertag.az. İstifadə tarixi: 29 apr 2022.
Hüsniyə Məhərrəmova
Hüsniyə İkram qızı Məhərrəmova (30 sentyabr 1981, Bakı) — Azərbaycan teleaparıcısı, Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan şərhçisi və nümayəndə heyətinin rəhbəri. Hüsniyə Məhərrəmova 30 sentyabr 1981-ci ildə Bakıda anadan anadan olmuşdur. 1987–1998-ci illərdə Bakıda yerləşən 255 və 151 saylı orta məktəblərdə təhsil almışdır. O, orta məktəblə paralel musiqi məktəbində fortepiano şöbəsində də oxumuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti aktyorluq fakültəsinə qəbul olmuş, 2003-cü ildə oranı bitirdikdən sonra Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsinə daxil olaraq ikinci ali təhsilini almışdır. Eyni ildə "Sing Your Song" yarışmasında iştirak etmiş və burada üçüncü yeri tutmuşdur. Eyni zamanda, musiqişünaslıq üzrə magistratura pilləsində təhsilini davam etdirmişdir. Təhsil aldığı illərdə Hüsniyə Məhərrəmova fəaliyyət istiqamətini dəyişmiş və televiziyaya müraciət etmişdir. 2005-ci ildə İctimai Televiziya açılarkən burada müsabiqədən keçmiş və bir neçə gün sonra ilk efirinə çıxmışdır. 2014-cü ilin may ayınadək o, burada prodüser, musiqili və əyləncəli verilişlər departamentinin direktor müavini və aparıcı işləmişdir.
Kamil Məhərrəmov
Kamil Fərman oğlu Məhərrəmov (6 may 1941, Bakı – 6 oktyabr 1993, Sumqayıt) — Azərbaycanın teatr və kino aktyoru. Azərbaycan kinosunun tarixində epizodik rollarla yadda qalan aktyorlarımızdan biri Kamil Məhərrəmov olub. Onun adı çəkildikdə ilk ağıla gələn obraz "Dərviş Parisi partladır" filmindəki (1976) Qəmbərdir. Hətəmxan ağanın nökərinin Firəngistandan gəlmiş nəbatat alim müsyö Jordanla bitkilərin adları ilə bağlı mübahisəsi filmin ən yaddaqalan səhnələrindəndir. Aktyorun "Yol əhvalatı"nda canlandırdığı Paşa obrazı, "Mən mahnı qoşuram" filmindəki Höcəti, "Evlənmək istəyirəm"dəki Hüseyni, eləcə də "Mozalan" satirik kino-jurnalında yaratdığı komik personajlar bu gün də tamaşaçı yaddaşından silinməyib, hər dəfə sevilərək baxılır, baxılaraq sevilir. Bu personajların dilindən səslənən bir çox ifadələr kinosevərlər arasında bir növ zərb-məsələ çevrilib. Ümumilikdə aktyorun filmoqrafiyasında 40-dan çox ekran əsərinin adı var. Kamil Məhərrəmov 1941-ci il mayın 6-da Şamaxıda dünyaya gəlib. Ailədə üç uşaq olublar - iki qardaş, bir bacı. Ataları dərzi idi.
Mehdi Məhərrəmov
Mehdi Məhərrəmov (şəhid)
Mirzə Qara Məhərrəmov
Mirzə Qara Ağalar oğlu Məhərrəmov (1892-1942) — pedaqoq. Mirzə Qara Ağalar oğlu 1892-ci ildə Şuşa qəzasının Tuğ kəndində anadan olmuşdu. 13 yaşında olarkən atası Ağaları erməni qəsbkarları öldürmüşdülər. Dayısı Behbud bəy Məlikyeqanov onu Bakı şəhərinə aparmış, Bibiheybət neft mədənlərində işə düzəltmişdi. O, gündüz işləmiş, gecə oxumuşdu. Ərəb, fars dillərini mükəmməl öyrənmişdi. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Mirzə Qara 1918-ci il mart qırğınlarında doğma kəndinə qayıtmış, tezliklə Qarabulaq (Füzuli) kənd məktəbinə müəllim düzəlmişdi. Sovet dönəmində APİ-nin filologiya falkültəsini qiyabi bitirmişdi. Qaryagin Pedoqoji texnikumunda dərs demişdi.
Mustafa Məhərrəmov
Mustafa Məhərrəmov (d. 25 fevral 1925, İsmayıllı rayonu, Basqal) — Polkovnik, "Qırmızı Ulduz" ordeni laureatı, İkinci dünya müharibəsi iştirakçısı Mustafa Həbib oğlu Məhərrəmov 25 fevral 1925-ci ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olub. 1941-ci ildə orta məktəbi bitirdikdən sonra 17 yaşlı M.Məhərrəmov İsmayıllı rayon hərbi komissarlığına ərizə ilə müraciət etdi. Lakin yaşı çatmadığı üçün onu ikinci ərizədən sonra – 1941-ci ilin dekabr ayında dekabr ayında könüllü olaraq döyüşə yola saldılar. M.Məhərrəmov Tiflisdə artilleriya məktəbini müharibə dövrü üçün ixtisaslı proqramla altı ay ərzində bitirmiş və leytenant rütbəsi ilə 416-cı atıcı diviziyada xidmət etmək üçün göndərilmişdir. Diviziyanın tərkibindəki 1374-cü alayın tərkibində atıcı taqımın komandiri təyin olunan Mustafa Məhərrəmov əsgərlərinin döyüş hazırlığı ilə əsaslı məşğul olmuş, onlara düşmənə barışmaz kin tərbiyə etməyə çalışmışdır. O vaxt diviziya yenicə tərtib olunurdu, kifayət qədər döyüş sursatı yox idi. Sonra diviziya Azərbaycandan Dağıstana köçərək silahlandı. Sulaq çayının cənub sahilində müdafiə mövqeyi tutdu. Gənc komandir alayın hücum döyüşlərində iki düşmən tankını məhv etmiş, bir neçə atəş nöqtəsini və müşahidə məntəqəsini susdurmuşdur.
Mösü Məhərrəmov
Mösü Rüstəm oğlu Məhərrəmov (1912, Horadiz – 1981, Horadiz, Füzuli rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1950). Mösü Rüstəm oğlu 1912-ci ildə anadan olmuşdur. Mösünün 6 yaşı olanda atası Rüstəm vəfat edir. Mösü Rüstəm oğlu 6 yaşından yetim qalır və əmisinin himayəsində yaşayır. Əmək fəaliyyətinə 1928-ci ildən başlamışdır. Belə ki, 1928-ci ildə bir rus mütəxəssisi "Universal" traktor gətirir və elan edir ki, kim istəyir gəlsin öyrədim. Mollalar traktoru "şeytan arabası" adlandırırlar və ona əli vuranı cəhənnəmlikdir deyərək adamları qorxudurlar. Lakin Mösü 16 yaşında kursa yazılır və 3 aya, yarı müddətə traktoru tam idarə etməyi bacarır. Kənddə əkin sahələrini şumlayır, həm də başqa traktorçuları bu sənətə öyrədir. 1936-cı ildə Göyçay Kənd Təsərrüfatı texnikumuna göndərilir və oranı qurtarıb doğma kəndə qayıdan Mösü traktor briqadasının briqadiri kimi işə başlayır.
Məbud Məhərrəmov
Məbud Məhərrəmov (12 mart 1957, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2006). Məbud Məhərrəmov 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib. 1978-ci ildən Səməd Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Bu illər ərzində teatrın səhnəsində 50-dən çox rol oynamış, bir çox filmlərdə çəkilmişdir. Onun yaratdığı: Ağasaf (M. İbrahimbəyov "Мужчина для молодой женщины"; azərb. "Gənc qadın üçün kişi"‎), Əmrah (Hidayət "Mənzil"), Ər (Elçin "Mənim ərim dəlidir"), Qannibal (J. Patrik "Странная миссис Сэвидж"; azərb. "Qəribə missis Sevic"‎), Şut (U. Şekspir "Kral Lir") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. M. Məhərrəmov bundan başqa bir çox filmlərdə və televiziya filmlərində çəkilmişdir. "Деловая поездка" ("İşgüzar səfər"), "Park", "Другая жизнь" ("Özgə ömür"), "В условиях неочевидности" ("Qeyri-müəyyənlik şəraitində"), "Семейный круг" ("Ailə çevrəsi") kimi filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynamışdır. 2000-ci ildə M. Məhərrəmov Azərbaycan Respublikasının Əməkdar Artist, 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.
Məhəmməd Məhərrəmov
Məhəmməd Hacı Bayram oğlu Məhərrəmov (1895, Qəmərli, Eçmiədzin qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 1982, Paris, İl de Frans, Fransa) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Rusiya Müəssislər Məclisinə İrəvan quberniyasından seçilmiş nümayəndəsi. Parisə yollanan nümayəndə heyətinin müşaviri və Sosialistlər fraksiyası üzvü və katibi olub. Aprel işğalından sonra Parisdə qalıb, Prometey hərəkatında iştirak edib, Azərbaycan Milli Mərkəzinin üzvü və bu qurumun xəzinədarı olub. Məhəmməd Məhərrəmov 1895-ci ildə İrəvan quberniyasının Qəmərli kəndində tacir Hacı Bayram və Ruhiyə xanımın ailəsində anadan olub. 1914-cü ildə İrəvan gimnaziyasını bitirib, gənc yaşlarından İrəvan azərbaycanlılarının təmsilçilərindən biri kimi tanınıb. Peterburq İmperator Universitetinin tibb fakültəsində oxuyub. Sonradan təhsilini Moskva Universitetində davam etdirib. 1917-ci ildə Fevral inqilabından Tiflisə gələrək, burada "Hümmət" sosial-demokrat təşkilatına daxil olub. 1917-ci ilin noyabrında Rusiya Müəssislər Məclisinə İrəvan quberniyasından nümayəndə seçilib. Müsəlman sosialist blokundan Zaqafqaziya Seymininə seçilib.

Digər lüğətlərdə