Fərid Asif оğlu Məhərrəmov (8 fevral 2002, Bakı – 7 oktyabr 2020, Talış, Tərtər rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi.
Fərid Məhərrəmov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 fevral 2002(2002-02-08) |
Doğum yeri | |
Vəfat tarixi | 7 oktyabr 2020(2020-10-07) (18 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Döyüşlər | |
Təltifləri |
Fərid Məhərrəmov 8 fevral 2002-ci ildə Bakı şəhərində anadan оlub. Əslən Zəngilan rayonu Cahangirbəyli kəndindəndir. Fərid Məhərrəmov ilk təhsilini 2009-cu ildə Xocəvəd rayon tam оrta ümumtəhsil məktəbində alıb. Təhsilini 2019-cu ildə Kəlbəcər rayon 17 saylı məktəbində bitirib. Məktəbdə oxuduğu illər ərzində idmanın Qaydasız döyüş növü ilə məşğul olub. Bu idman növündə bir neçə fəxri adlar alıb. 2018-ci ildə Gürcüstan respublikasında keçirilən yarışlarda erməniyə qalib gələrək 1-ci yerə layiq görülüb.[1]
2020-ci ilin may ayında Bərdə rayonuna həqiqi hərbi xidmətə yollanıb. Xidməti borcunu ləyaqətlə yerinə yetirən igid əsgər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən İkinci Qarabağ müharibəsində Goranboy, Tərtər, Ağdərə və Laçın istiqamətindəki döyüşlərdə iştirak edib.
Məhərrəmov Fərid Asif оğlu 7 oktyabr 2020-ci il tarixdə Ağdərə və Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək Şəhid olub. Subay idi. Bakı şəhəri Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində salınmış Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Məhərrəmov Fərid Asif оğlu ölümündən sonra “Vətən uğrunda” "Suqovuşan" "Laçın azad olunmasına görə " "İgidliyə görə "medalı ilə təltif edilmişdir.