MƏKAN

is. [ ər. ]
1. Bir adamın, şeyin sakin olduğu yer, oturulan yer; yurd.
[Ağa Salman:] O sərbazların adı və məkanı sizə məlumdurmu? M.F.Axundzadə.
Görürəm mən yuxuda hər axşam; O mübarək məkanı çox sevirəm. A.Səhhət.

// Ümumiyyətlə, yer.
Qərib-qərib, qəmgin-qəmgin ötərsiz; Üz tutubsuz nə məkana, durnalar! M.V.Vidadi.

2. fəls. Materiyanın varlığının, həcm və ölçü ilə səciyyələnən əsas ümumi obyektiv formalarından biri. Məkan və zaman kateqoriyası.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏKAN MƏKAN O mübarək məkanı çox sevirəm (A.Səhhət); MƏQAM Pişxidmətbaşı və Xacə Mübarək çıxdılar, hər birisi öz məqamına getdi (M
MƏİYYƏT
MƏKANSIZ

Digər lüğətlərdə