Məlikəhmədli
Məlikəhmədli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Məlikəhmədli kənd inzibati ərazi dairəsində kənd.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsinin sonucunda imzalanan atəşkəs bəyanatının nəticəsində işğaldan azad olunmuşdur.
Məlikəhmədli kəndi Bərgüşad çayı sahilindədir. Keçmiş adı İydəli olmuşdur. Kəndi vaxtilə məlikəhmədli nəsli İydəli adlı sahədə salmışdır. Hal-hazırda kənd həmin nəslin adını daşıyır.
1907-ci ildə kənddə 30 Qafqaz tatarı (Azərbaycan türkü), 1908-ci ildə də 30 türk yaşayırdı. Kənd işğala qədər 56 evdən ibarət olmuşdur.
Mais Səfərli – Azərbaycan Yurddaş Partiyasının qurucusu və ilk sədri, Azərbaycan Respublikasının Milli Məclisi II çağırış deputatı
Yaşar İsa oğlu Ağayev (04.01.1947-10.01.1994) - şəhid.