MƏXMƏRLİ

sif.
1. Məxmərlə örtülmüş, üzərinə məxmər çəkilmiş. Məxmərli divan.
[Qurban] müvazinətini saxlamaq üçün göy məxmərli yazı stoluna söykəndi. M.Hüseyn.
[Nazlı:] Teatrda məxmərli eyvanda oturub, “Əsli-Kərəm”ə baxacağıq. Ə.Məmmədxanlı.

2. bax məxməri.
Üfüqdə başı qarlı, döşləri, ətəkləri sarımtıl-yaşıl məxmərli dağlar baxışları oxşayırdı. M.Rzaquluzadə.

MƏXMƏRİ
MƏXRƏC

Digər lüğətlərdə