MAŞU

(Balakən)
gözəl. – Xədicə maşu qızdı
MAŞTƏKLƏŞDİRMAX
MAT
OBASTAN VİKİ
Akan–Maşu Milli Parkı
Akan–Maşu Milli Parkı (阿寒摩周国立公園, Akan Maşu Kokuritsu Koen) — Yaponiyanın Hokkaydo adasında yerləşən milli park. Akan–Maşu Milli parkı Daysetsudzan Milli Parkı ilə birlikdə Hokkaydo adasının ən qədim iki milli parkından biridir. Milli park 4 dekabr 1934-cü ildə qurulmuşdur. Akan xeyli sayda meşələrin və vulkanik kraterlərin yerləşdiyi ərazidir. Milli parkın sahəsi 904,81 km2 təşkil edir. Milli park kristal təmizliyinə malik göllərinə, isti bulaqlarına və böyük marimolarına görə tanınır. Bura Yaponiyada marimoların ölçüsünə görə diqqət çəkən yeganə yerdir. == Yerlər == Milli park iki hissədən ibarətdir: Kavayu və Akan. === Kavayu === Buradakı İo dağında və Kavayu onsenində təbii isti bulaqlar və kükürd fumarolaları vardır. Kaldera gölü olan Kussaro gölünün ətrafında Bihoro keçidi, Mokoto dağı və Nisibetsu dağı yerləşir.