MACƏRA

is. [ ər. ]
1. Başa gələn həyəcanlı hadisə; qəziyyə, sərgüzəşt. Onun başına böyük macəralar gəlmişdir.
– Nabat zənn edirdi ki, Şəkərəli bir şey bilmir və onu dilgir, qəmgin edən macəradan xəbərsizdir. T.Ş.Simurq.
Açmasam dərdimi, kim bilir nə var; Ömrümün qaranlıq macərasında? M.Müşfiq.

2. Bax avantüra.
// Ümumiyyətlə, hadisə, qəziyyə, əhvalat.
Dildən-dilə düşdü bu fəsanə; Faş oldu bu macəra cəhanə. Füzuli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MACƏRA 1. MACƏRA [Nizami:] Bizim köməyimiz olmadan Qızıl Arslan Azərbaycan dövlətini Əmir İnanc qızı Qətibənin macərasından xilas edə bilməyəcəkdir (M
  • MACƏRA hadisə — qəziyyə — əhvalat — sərgüzəşt
MACARLAR
MACƏRAÇI

Digər lüğətlərdə