MADƏ

f. dişi (heyvan haqqında).

MADEH
MADƏR
OBASTAN VİKİ
Madər Musayev
Madər Ələsgər oğlu Musayev (26 noyabr 1947, Bakı – 14 iyul 2023) — Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı (1995–2023), Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı (1991–1995). == Həyatı == Madər Ələsgər oğlu Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. Moskva Koperativ İnstitutunun Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirmişdir. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləmişdir. 1986–1995-ci illərdə "Bahar" ticarət mərkəzinin müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı və Azərbaycan Ali Sovetinin XII çağırış deputatı olmuşdur. Madər Musayev 14 iyul 2023-cü ildə ağciyər və böyrək çatışmazlığından vəfat etmişdir. Binəqədi rayonu kənd qəbiristanlığında dəfn edilmişdir. Evli və 3 övladı var idi. == Mükafatları == "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilmişdir.
Madərşahlıq
Matriarxat və ya Anaxaqanlıq (türk.) ictimai-siyasi məsələlərdə qadınların üstünlük təşkil etdiyi cəmiyyətdir. == Tarixçə == "Kitabi Dədə Qorqud" boylarında tarixdən öncəki çağlarla səsləşən anlayışlardan biri “ana haqqı” anlayışıdır. Bu anlayışa görə Ana–Tanrı şərafətli bir varlıqdır, “Tanrı haqqı” daşıyıcısıdır. Hüquqi baxımdan toxunulmazdır, bir növ “demonik müdafiə” haqqına malikdir. Böyük bir günah işləmiş olsa belə, bir kimsənin ona qılınc qaldırması yasaqdır: Ana haqqı Tanrı haqqı degilmişsə Qara polad uz qılıcım dartaydım Qafillicə görklü başınq kəsəydim Alca qanınq yer yüzünə dökəydim (XI boy). Ana haqqının Tanrı haqqına bərabər tutulması anaxaqanlıq (matriarxat), yəni Ulu İcma yaşayışı tarixinin qalıntısıdır: Polifem (Dəpəgöz) mövzusunda olduğu kimi, "Kitabi Dədə Qorqud" burada əski Yunan epik abidələri səviyyəsində durmaqdadır. Homer “Odisseya”sı və Esxil “Oresteya”sında da “ana haqqı” anlayışı tam eyni məzmun (semantika) yükü daşımaqdadır. “Odisseya” və “Oresteya” qəhrəmanı Klitemnestra adlı qadın, Troya savaşından dönüb gəlmiş əri Aqamemnonu (savaşda “müttəfiq qoşunlarının” başçısı idi) öldürmüşdü. Çünki başqa bir kişini sevmişdi. Orest isə xəyanətli davranışına görə öz anasını öldürmüş, fəqət özü də ana haqqının qoruyucuları olan erinlər (əfsanəvi intiqam pəriləri) tərəfindən amansızcasına təqib edilmişdi.