MALALANMAQ

məc.
1. Mala çəkilmək, suvanmaq (divar və s.).
[Su] …hamamın ağ gəc ilə malalanmış ( f.sif. ) divarlarına və səqfinə elə bir səs salmışdı ki, guya özgə bir danışığa macal vermək istəmir. C.Məmmədquluzadə.

2. Şumlanmış yerin kəsəkləri mala ilə əzilmək, hamarlanmaq.
Nəcəf dümdüz və hamar şumlanıb malalanmış ( f.sif. ) sahənin başında durmuşdu. M.İbrahimov.

MALALANMA
MALALATDIRMA

Digər lüğətlərdə