Mammalia
Məməlilər (lat. Mammalia) — heyvanlar aləminin xordalılar tipinə aid olan heyvan sinfi. Məməlilər onurğalılar tipinin ən ali sinfidir.
Məməlilərin sinfinə aid iki — İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var.
Synapsida, məməlilər və onların nəsli kəsilmiş qohumlarını ehtiva edən qrup, Pensilvaniya yarımdövründə (~323 milyondan ~300 milyon il əvvəl) onların sürünənlər nəslindən ayrıldıqları zaman yaranmışdır. Keçid qrupu məməlilər Erkən Yura dövründə əvvəlki məməli formalarından təkamül keçirmişlər. Kladoqramma məməliləri keçid qrupu kimi qəbul edir.
Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin 1229 cins, 153 fəsilə, 29 dəstəsi məlumdur. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır.