MAVA

ə. bax mə’va.

MAÜLİNƏB
MAVƏQƏ
OBASTAN VİKİ
Aşağı Mavalı (Marağa)
Aşağı Mavalı (fars. ‎‎‎مولوي سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 21 nəfər yaşayır (4 ailə).
Mavado (Mortal Kombat)
Mavado (ing. Mavado) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Mavana (Urmiya)
Mavana (fars. موانا‎‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.134 nəfər yaşayır (179 ailə).
Mavanda (Sərdəşt)
Mavanda (fars. ‎‎ماوندا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 38 nəfər yaşayır (7 ailə).
Mavas
Mavas — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidinin ərazisində ləğv olunmuş kənd. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. Kənd ərazisi 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. == Toponimikası == Mavas- Xocavənd rayonunda kənd adı. Kənd Yuxari Qarabagın Çiləbörd kəndindən çıxmış ailələrin Mavas adlı dağın ətəyində saldıqları məntəqədir. Başqa məlumata görə Türkiyənin Diyarbəkir mahalından gəlmə ermənilərin kəndidir. Mavas dağının adındandır. Mavas- Xocavənd rayonunda dağ adı. Mənbədə dağın adı "Mavas-Xirxan" kimidir. "Albaniya tarixi" əsərində Mivs kimidir ("Albaniya tarixi").
Mavas monastırı
Mavas monastırı — Xocavənd rayonunun Gavahın kəndi yaxınlığında yerləşən tarix-memarlıq abidəsi. Monastır kitabəsində onun XIII əsrdə inşa edildiyi göstərilmişdir. == Tarixi == Monastır həyətində aşkarlanmış kitabəyə əsasən onun XIII əsrdə inşa edilmiyi müıyyən edilmişdir. == Memarlıq xüsusiyyətləri == Mavas monastrı əlçatmaz ərazidə inşa edilməklə yanaşı həm də müdafiə divarları ilə möhkəmləndirilmişdir. Buna görə də monastır yüzillər boyunca həm də ərazi əhalisinin təhlükəsizliyinin təmin olunmasında rol oynamış və qala kimi istifadə edilmişdir. Vaxtilə bir qayadan digərinə uzanaraq bütün kompleksi ıhatə edən qala divarlarının yalnız xarabalıqları dövrümüzə çatmışdır. Mavas monastırından dövrümüzə üçnefli bazilika, ona birləşən narteksin xarabalıqları və müxtəlif mülki tikililərin qalıqları çatmışdır. Maraqlı memarlıq həllinə malik olan kilsənin ibadət zalı gözəl həll edilmiş tağlar, pilonlar, apsidalar, içəri doğru genişlənən pəncərə yerləri ilə bəzədilmişdir. Yüksək bədii tərtibata malik iki xaçdaş və altar yüksəkliyi altındakı dörd məzar üzərindəki naxışlı sinədaşları interyerin ümumi memarlıq-bədii tərtibatının tamamlanmasında rol oynayır. Tağtavanın ağırlığı iki pilon və divarlar boyunca düzülmüş yarımpilonların üzərinə düşür.
Yuxarı Mavalı (Marağa)
Yuxarı Mavalı (fars. مولوي عليا‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 95 nəfər yaşayır (18 ailə).
Mavaki abidəsi
Mavaki abidəsi (真脇遺跡, Mavaki iseki) – Yaponiyanın İşikava prefekturasının Noto yarımadasında yerləşən, Comon dövrünə aid arxeoloji abidə. == Tarixi == Abidə 1982–1983-cü illərdə kanal tikintisinin tədqiqat işləri zamanı təsadüfən kəşf edilmişdir. Mavaki abidəsi 1989-cu ildə Yaponiyanın Milli Tarixi Yeri elan olunmuşdur. Burada aşkarlanmış 219 arxeoloji artefakt 1991-ci ildə əhəmiyyətli mədəni mülk statusu almışdır. Abidə ərazisində arxeoloji park yaradılmışdır. Burada Mavaki Arxeologiya Muzeyi (真脇遺跡縄文館, Mavaki iseki Comonkan) fəaliyyət göstərir. == Xüsusiyyətlər == Arxeoloji abidədə balıqqulağı qalıqları, kütləvi qəbirlər, bir çox dulusçuluq məmulatları, terrakotta fiqurları, qaban, maral, dovşan sümükləri, eləcə də, bitki toxumları tapılmışdır. Burada tapılmış yüzlərlə delfin sümüyü Comon dövrünün yerli əhalisinin delfin ovladığını sübut etməklə yanaşı delfin sümüklərindən alət kimi istifadə etdiyini, hətta digər yaşayış yerlərindən olan insanlarla mübadilə vasitəsi kimi istifadə etdiyini göstərir. Mavaki abidəsindən tapılmış gil maska Yaponiyada tapılmış ən qədim belə maskadır və şaman ritualları üçün hazırlandığı güman olunur. Abidənin ön plana çıxan xüsusiyyəti 10 ədəd şabalıd ağacının gövdəsindən ibarət dairəvi strukturun qalıqlarıdır.