Metafora

hər hansı gerçəklik modelinə müvafiq olaraq insan təfəkkürü ilə müəyyənləşən və alternativlərin hər hansı qərarların qəbulu prosesinə təsir edən dil fenomeni.
Metaədəbiyyat
Metaforalaşma (metaforizasiya)
OBASTAN VİKİ
Metafora
Metafora (q.yun. μεταφορά — «köçürmə») və ya məcaz — Metafor bir əşya, varlıq və hadisəyə məxsus əlamətə hadisə üzərinə köçürülməsi yolu ilə düzəlir. Metaforu təşbehlə (bənzətmə ilə) qarışdırmaq olmaz. Hər ikisi müqayisə, bənzətmə əsasında düzəldiyi üçün bəzən onları fərqləndirmək çətindir. Yadda saxlamaq lazımdır ki, təşbehdən fərqli olaraq metaforda qarışdırılan tərəflərdən biri iştirak etmir.Cümlədəki şəxs sadəcə bir fikirlə ifadə olunur. Yəni təşbehdə müqayisə olunan predmetlərdən (bənzəyən və bənzədilən) hər ikisinin adı çəkildiyi halda, metaforda yalnız birinin adı çəkilir. Məsələn, "Üzü günəş kimi işıq saçan qızım susmasın" cümləsində üzün günəşə bənzədilməsi ilə təşbeh düzəlmişdir. Həmin cümləni "Günəşim susmasın" şəklinə salsaq metafor düzələcək. "Günəş" sözü bütöv cümlədəki başlıca fikri ifadə etməklə metafor çevrilir. İnsana, canlıya aid olan əlamətin cansızların, təbiətin üzərinə köçürülməsi yolu ilə düzələn metaforlar bədii ədəbiyyatda çoxluq təşkil edir.

Digər lüğətlərdə

агитацио́нный вы́марать многоле́тники разду́в раскати́ть камуфля́ж лоскуто́к мно́жимое облегчи́ться перезало́г радикули́тчик негодовать Americanocracy measure out mobilization plankton protista realist wight бесконтрольно предвкушать тратить установщик чувашский шейный