MİNHAC

ə. 1) böyük, geniş, enli yol, şahrah; 2) plan, proqram; 3) üsul, tərz, qayda.

MİNƏN
MİNHEYS
OBASTAN VİKİ
Əl-Minhac fi Şərh Səhih Müslim
Əl-Minhac fi Şərh Səhih Müslim (ərəb. المنهاج في شرح صحيح مسلم بن الحجاج‎) — Müslim ibn Həccacın hədislər toplusuna Muhyiddin ən-Nəvəvinin şərhi. Ən-Nəvəvi 1233-cü ildə Nəva kəndində (müasir Suriya) anadan olmuşdur. Erkən uşaqlıqdan atası ona elmə məhəbbət aşılamış və 1251-ci ildə onu Şama aparmış və ilk dəfə burada dini elmləri öyrənmişdir. 655-ci ildən Əşrəfi mədrəsəsində dərs demişdir. İmam Nəvəvi iki dəfə həcc etmişdir. Ömrünün sonunda Qüdsə və Hevrona səfər edir. O, 1277-ci ildə 45 yaşında ikən doğma kəndində vəfat edir. Səhihi-Müslim (ərəb. صحيح مسلم‎) — altı əsas sünni hədis toplusundan biri (Kutub əl-sitta).
Qüdrət Minhacoğlu
Qüdrət Minhac oğlu Hüseynov şair. Azərbaycan Jurnalistlər Brliyinin (AJB), Azərbaycan Yazıçılar Birliyinin (AYB), “İrak Türkmen Edebiyatçı ve Yazarlar Birliği”nin (İTEYB), federasiya, muxtariyyət, cəmiyyət, dərnək və ədəbi məclislərin üzvü Şair-jurnalist, yazıçı-publisist Qüdrət Minhacoğlu (Qüdrət Minhac oğlu Hüseynov) 1958-ci il fevralın 26-da Quba rayonunun Amsar kəndində doğulub. Əmək fəaliyyətinə müəllim kimi başlayıb. Quba şəhər 2 saylı və Ərməki kənd orta məktəblərində, Quba Rayon Gənc Texniklər Stansiyasında işləyib, eyni zamanda bədii yaradıcılıqla da məşğul olub. Litvanın Dukştas şəhərində Sovet İttifaqının ordu sıralarında həqiqi hərbi xidmətdə olub. O həm Qarabağ müharibəsi dövründə, həm də sonrakı illərdə cəbhəyanı bölgələrdə yaşayan mülki əhalimiz ilə və ön cəbhədəki hərbçilərimizlə çoxsaylı görüşlər keçirərək öz qələmi və sözü ilə Vətənə xidmət edib. Q.Minhacoğlu “Ürəkdən gələn sözlər”, “Sizə sözüm var”, “Yeni şeirlər”, “Son şeirlər”, “Quran Yaradanın möcüzəsidir”, “İmana çağırış”, “Həyat etüdləri”, “Hikmət çələngləri”, “Nakam ömür”, “Lətifələr –I”, “Lətifələr – II”, “Lətifələr – III”, “Könül nəğmələri”, “Bir də görüşək”, “Seçilmiş əsərləri – I cild”, “Balalara hədiyyə” kitablarının müəllifidir. Əsərləri “Turan antologiyası”nda, “Avrasya şairleri antalojisi”ndə, “Karabağ’dan, Kerkük’den Çanakkale’ye şiir seçkisi”ndə, "Şairlerden bir demet şiir seçkisi"ndə və dövri mətbuatda müntəzəm çap olunur. O, Azərbaycan Jurnalistlər Brliyinin (AJB), Azərbaycan Yazıçılar Birliyinin (AYB), “İrak Türkmen Edebiyatçı ve Yazarlar Birliği”nin (İTEYB), federasiya, muxtariyyət, cəmiyyət, dərnək və ədəbi məclislərin üzvüdür. Azərbaycanı ölkəmizdə və xaricdə keçirilən beynəlxalq səviyyəli tədbirlərdə layiqincə təmsil edir.