MİRABBAS

mir (əmir): ağa, cənab, başçı, rəis; seyidlərin adlarına artırılaraq onların Məhəmməd peyğəmbərin nəslindən olduğunu bildirir; Seyid Abbas.
MİRAB
MİRAĞA
OBASTAN VİKİ
Mirabbas Aslanov
Aslanov Mirabbas Seyidağa oğlu (d.1923) — filoloq, jurnalist, pedaqoji elmlər namizədi (1962), Beynəlxalq Padaqoji Akademiyanın həqiqi üzvü (1999). == Həyatı == == Fəaliyyəti == Uzun müddət Hacıbəyovun həyatının və jurnalistlik fəaliyyətinin tədqiqi ilə məşğul olmuşdur. Bu haqda bir sıra məqalələr, 2 monoqrafiya "Ü.Hacıbəyov (Gənсlik illəri)", (1977) və "Üzeyir Hacıbəyov — jurnalist", 1985], "Üzeyir Haсıbəyov gündəlik yazmış olsaydı" elmi-kütləvi kitabını (1994) yazmışdır. Hacıbəyovun müxtəlif dövrlərdə yazdığı felyetonları toplayaraq "Ordan-burdan" başlığı ilə çap etdirmiş (1981), birсildlik "Seçilmiş əsərləri"nin (1985) tərtibçisi olmuşdur. "Üzeyir Haсıbəyov" biblioqrafiyasının (1976, 1985) müəlliflərindəndir. C.Məmmədquluzadənin pedaqoji fəaliyyəti, *Molla Nəsrəddin" jurnalında xalq maarifi, təhsil, təlim və tərbiyə məsələlərinə dair məqalələr dərc etdirmişdir. == İstinadlar == == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı: 2008, səh.51.
Mirabbas Mirbağırzadə
Mirbağırzadə Mirabbas Mirhüseyn oğlu (1880, İrəvan) — jurnalist, tacir, diplomat, iqtisadçı, alim. == Həyatı == M.Mirbağırzadə İrəvanda doğulub. İrəvan gimnaziyasını bitirib. Alverlə məşğul olan M.Mirbağırzadə daha çox kitab ticarətinə üstünlük verib. İrəvanda "Umud" kitab mağazası açıb. == Fəaliyyəti == Mirabbas Mirbağırzadə 1909-da Bakıya gəlib və burada da yeni kitab mağazası açıb. 19 iyun 1905-də "Həyat" qəzetindəki ilk yazısından sonra 1905-1929-uncu illər arasında elmi yazılarından başqa 200-ə yaxın publisist məqaləsi, xəbəri, bədii tərcüməsi işıq üzü görüb. İlk çağlar "Həyat" və "İrşad" qəzetiylə sıx əlaqələr quran M.Mirbağırzadə sonralar "Təzə Həyat", "Tərəqqi", "Yeni İrşad", "İqbal", "Sədayi-həqq"… qəzetləriylə də yaxından əməkdaşlıqda bulunub. Ən çox işlətdiyi gizli imzası "Nadi"dir. Onun jurnalistlik fəaliyyəti sonrakı illərdə də dayanmayıb.
Mirabbas Qasımov
Mirabbas Göycə oğlu Qasımov (11 iyul 1939, Şamaxı rayonu – 6 sentyabr 2008, Bakı) — görkəmli sovet və Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru (1967), professor (1968), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989) olmuşdur. == Həyatı == Mirabbas Qasımov 11 iyul 1939-cu ildə Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur. 1956-cı ildə Qasımov Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1958-ci ildə göstərdiyi yüksək nəticələrə görə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin uyğun fakültəsinə köçürülmüşdür. 1961-ci ildə təhsilini başa vurduqdan sonra MDU-nun aspiranturasında saxlanmışdır. Bu dövrdən Mirabbas Qasımovun elmi fəaliyyəti başlayır (elmi rəhbəri F.A.Berezin olur) və əsasən özünün müəllimi saydığı B. M. Levitanın tədqiqatından ibarət olur. B. Levitan da öz növbəsində Mirabbas Qasımovun işlərinə yüksək qiymət verir, ona özünün ən istedadlı tələbəsi olaraq xüsusi məhəbbətlə yanaşır. == Elmi fəaliyyəti == Mirabbas Qasımovun əsas işləri müxtəlif sinif diferensial operator sinifləri üçün spektral analizin tərs məsələlərinə və öz-özünə qoşma olmayan operatorlar nəzəriyyəsinə aid olmuşdur. 1964-cü ildə M. Q. Qasımov MDU-nun Mexanika-riyaziyyat fakültəsinin Elmi Şurasında "Şturm-Liuvill tənliyinin iki spektra görə həlli" namizədlik disertasiyasını müdafiə etmişdir. Elmi şuranın xüsusi qərarına əsasən iş "Görkəmli iş" olaraq qiymətləndirilmişdir. Həmin ildə o Moskvanın Fiziki-Texniki İnstitutuna assistent vəzifəsinə işə girir və 1965-ci ildə müsabiqə yolu ilə F. E. Dzerjinski adına Hərbi-Mühəndislik Akademiyasının Riyaziyyat kafedrasına baş müəllim təyin olunur və 1965–1968-ci illərdə bu vəzifədə çalışır.