Axund Mirbağır Ağa Ağazadə
Axund Mirbağır Ağa Ağazadə(1857, Salyan – 1941, Qazaxıstan) — görkəmli azərbaycan ruhanisi və ictimai xadimi.
== Həyatı ==
Mirbağır Ağa Ağazadə 1857-ci ildə Salyan şəhərinin köhnə Bərəüstü məhəlləsində siravi ruhani Hacı Zeynalabidinin ailəsində anadan olmuşdur. Salyanda yaradılmış mədrəsədə (onun yaradıcısı Mir Heydər ağa olmuşdur) ilk təhsilini almışdır. O, şeyx Əbdül Səməd Ağa, Seyid İbrahim Salyani, Axund Mirzə Xəlilullah və b. Ilə birlikdə 1887-ci ildə ona dərs deyən müctəhidlər Seyid Kazım Təbatəbai və Ayətullah Şərəbyani ona Nəcəfül-Əşrəf şəhərinə oxumağa getməyi məsləhət görmüşlər. Onunla birgə bir neçə azərbaycanlı da təhsilini həmin ruhani məktəbində davam etdirmişdir.
Göstərilən Ruhani Akademiyasında astronomiya, riyaziyyat, həndəsə, nəbatət, təbabət elmlərinə mükəmməl yiyələnən Mirbağır Ağa böyük elm sahibi kimi tanınmışdır. Bundan başqa o, bir nurlu sima kimi ağsaqqal, sözünün yerini bilən, əsasən vətənpərvər olaraq özünü tanıtmışdır. Nəcəfül-Əşrəfdə müvəffəqiyyətlə təhsilini başa vurduqdan sonra imtahan verərək "Qərineyi – İctihad" ali ruhani adı ilə 1909-cu ildə Salyana dönmüşdür. O, Salyana təhsil alarkən evləndiyi seyid Mirsəfiyyə ilə qayıtmışdır və ondan bir oğlu və üç qızı anadan olmuşdur.