MİRKAMAL
MİRKƏLAM
OBASTAN VİKİ
Mirkazım Aslanlı
Mir Kazım Aslanlı, Mirkazım Aslanlı-Sarəng (1912, İsi – 25 yanvar 1975, Bakı) — şair, alim, həkim, müəllim və bəstəkar. == Həyatı == Mir Kazım Mir İskəndər bəy oğlu Aslanlı 1912-ci ildə Masallı rayonunun İsi kəndində bəy ailəsində anadan olmuşdur. M. K. Aslanlı 25 yanvar 1975-ci ildə Bakı şəhərində vəfat etmiş, doğulduğu İsi kəndindəki qəbiristanlıqda, özünün vəsiyyətinə görə müqəddəs "Göy öküzün məzarı"nın yaxınlığında dəfn edilmişdir. == Ailəsi == Mir Kazım Aslanlı doğulduğu il atası vəfat etmişdir. Onu anası Mehrac xanım, babası Mirabdulla bəy böyüdüb boya-başa çatdırmışdı. Mir Kazım Aslanlı xeyli gec, 1945-ci ildə öz həmyerlisi, özündən yaşca çox kiçik olan Fəridə xanımla ailə qurmuşdur. Mir Kazım Aslanlının övladı olmamışdır. == Fəaliyyəti == === İstisu === XX əsrin 60-cı illərində İstisuyun həqiqətən də müalicəvi olmasını Mirkazım Aslanlı sübut etmişdir.[mənbə göstərin] O vaxtlar alimin kəşfi böyük maraq doğurub və Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim İstisu məkanına gələrək əlavə tədqiqat aparıb və kəşfi təsdiqləyiblər. 1971-ci ildə Masallı istisuyu xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort sanatoriyası adını alıb. Mirkazım Aslanlı-Sarəng elmi əsaslarla sübut edib ki, Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadları, pisarioz, germatit, neyrodermit, göbələk xəstəliyi, ekzema, böyrək və sidik yolları xəstəlikləri – pielit, uretrit, piolonefrit, habelə radikulit, prostatit, hipertoniya, qara ciyər xəstəlikləri və öd xəstəlikləri, qadın xəstəlikləri, mədə-bağırsaq ağrıları, travmatik ağrılar müalicə oluna bilər.
Mirkazım Kazımov
Mirkazım Kazımov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1950-ci il oktyabrın 10-da Cəlilabad rayonunun Hasıllı kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun balıqçılıq təsərrüfatı fakültəsini bitirmişdir. 1973-cü ildən Riqa balıq bazasında usta, 1977-ci ildən "Cənubxəzərbalıqdəniz" İdarəsində müfəttiş, 1993-cü ildən Sabunçu balıq ovu və emalı zavodunda mühəndis-texnoloq işləmişdir. 1994-cü ildən Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında baş təlimatçı, işlər müdiri vəzifələrində çalışmışdır. 1996-cı ildən "Qasid" Açıq Səhmdar Cəmiyyətinin sədridir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının, Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Argentina, Azərbaycan-Malayziya, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
Mirkazım Kəlbəliyev
Mirkazım Firuz oğlu Kəlbəliyev (5 noyabr 1992; Sabunçu rayonu, Azərbaycan — 27 sentyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirkazım Kəlbəliyev 5 noyabr 1992-ci ildə Sabunçu rayonunda anadan olmuşdur. Bakı şəhər 172 saylı tam orta məktəbində orta təhsil almışdır. Ailəli idi, iki qız övladı yadigar qaldı. == Hərbi xidməti == Mirkazım Kəlbəliyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Mirkazım Kəlbəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mirkazım Kəlbəliyev sentyabrın 27-də Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirkazım Kəlbəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirkazım Kəlbəliyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Mirkazım Məmmədov
Mirkazım Məmmədov (6 dekabr 1911, Ramana, Bakı qəzası – sentyabr 1996, Bakı) — neftçi-geoloq alim, Əməkdar mühəndis, Lenin mükafatı laureatı, fəxri neftçi, geologiya-minerologiya elmləri namizədi (1967). == Həyatı == Mirkazım Mirəhəd oğlu Məmmədov 1911-ci il dekabr ayının 6-da Bakının Ramana qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji kəşfiyyat fakültəsinə daxil olub. 1936-cı ildə həmin universiteti bitirərək neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı üzrə mühəndis-geoloq ixtisasına yiyələnib. == Əmək fəaliyyəti == Mirkazım Məmmədov əmək fəaliyyətinə "Əzizbəyovneft" idarəsində başlayıb. O, trestin kəşfiyyat bürosunda texnik-geoloq, mühəndis-geoloq, neft ustası, trest rəisinin sənaye üzrə müavini, istismar üzrə baş geoloq vəzifələrini icra edib. Mirkazım Məmmədov 1946-cı ildə "Kirovabadneft" trestinə, sonra "Azneft" İstehsalat Birliyinə baş geoloqun müavini təyin olunub. 1953-cü ildən 1959-cu ilin dekabrına kimi keçmiş Azərbaycan SSR Neft Sənayesi Nazirliyində əvvəlcə Geoloji İdarədə neft yataqlarının işlənib hazırlanması şöbəsinin rəisi, sonra isə Geoloji İdarənin rəis müavini olub. O, 1960-cı ilin fevralından "Lenin" ordenli "Azneft" İstehsalat Birliyinə baş geoloqun müavini təyin edilib. Mirkazım Məmmədov 1965-ci ilin noyabrında Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyində Geologiya Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Mirkazım Seyidov
Mirkazım bəy Talışxanov
Mirkazım bəy Talışxanov (17 (29) iyul 1855, Bakı – 1938, Bakı) — Rusiya İmperator Ordusunda general-mayor. == Həyatı == Mirkazım bəy Talışxanovun atası Mirəlixan da hərbçi olmuşdur. O, orduda iyirmi ilə qədər xidmət etdikdən sonra ştabs-kapitan rütbəsində istefaya çıxmışdır. Atanın hərbi sənətini davam etdirən Mirkazım bəy iyirmi bir yaşında ikinci dərəcəli Konstantin yunkerlər məktəbini bitirib. Bundan əvvəl o, Bakıdakı realnı məktəbinin tam kursunda oxumuşdur. Cəmi birillik xidmətdən sonra ona unter-zabit rütbəsi verilir. 1877-ci ildə Rusiya Türkiyəyə müharibə elan etdi. Balkanlar kimi Qafqaz da hərbi əməliyyat meydanı oldu. On altıncı qrenadyor Minqrel alayının praporşiki Mirkazım bəy də döyüşən ordu sıralarında cəbhəyə getdi. Aleksandropol hərbi əməliyyat rayonunda fəal iştirak edən Mirkazımbəy Talışxanov tünd bürünc medalla təltif olundu.