Benedikt Morel
Benedikt Morel (fransızca: Bénédict, Augustin Morel; 22 noyabr 1809[…], Vyana – 30 mart 1873[…], Ruan) — 19'cu əsrdə psixiatriya nəzəriyyələrinə böyük dərəcədə təsir edən bir Fransız psixiatrı. Ruhi xəstəliyin eləcə'də zehni və psixi xəstəliklərin səbəblərini araşdırdı və irsiyyətin bu xəstəliklərə əhəmiyyəti barədə məqalələr hazırladı.
Benedikt Morel fransızların Avstriyaya qarşı hərbi əməliyyatları dövründə Avstriyanın paytaxdı Vyanada fransız ailəsində anadan olub. Atası bir Fransız ordusu təminatçısı idi, anasının isə kim olduğu bilinmir. 1831-ci ildə gənc ikən səyahətlərindən sonra Parisdə yerləşdi, özünü jurnalistika'da sınadı, 1839-cu ildə tibb işinə başladı. Benedikt Morelin otağ yoldaşı olduğu bir tələbə dostu Claude Bernard onu daha sonra Morelin müəllimi olan psixiatr Jean-Pierre Falret ilə tanış etdi.
Morel, həm elmi, həm də publisistik tərzdə məqalələr dərc edərək öz psixiatrik tədqiqatlarına başladı. 1856-cı ildə Morel St John'daki psixiatriya xəstəxanasının baş həkimi təyin edildi. Xəstələrə qarşı mütərəqqi və insani yanaşdığı qeyd olunur. 1857-ci ildə, bəzi təxminlərə görə gələcəkdə psixiatriyada irsi araşdırmaların əsasını qoyan Traité des Dégénérescences (Fransızca - Degenerasiyaların Müalicəsi) adlı əsərini nəşr etdirdi.