MUTAGEN

is. [ lat. muto – dəyişirəm və yun. ] İrsi dəyişikliklər yaradan fiziki və kimyəvi amillər. Fiziki mutagenlər. İonlaşdırıcı şüaların bütün növləri mutagendir.
MUŞTUT
MUTANT
OBASTAN VİKİ
Mutagenez
Mutagenez – irsi dəyişkənliklərin yaranması prosesi, fiziki, kimyəvi (süni) və təbii (sponton) amillərlə meydana gəlir. İonlaşdırıcı şüaların mutagen təsirinin öyrənilməsi göstərmişdir ki, bütün tədqiq olunan müxtəlif orqanizmlərdə onlar çoxlu miqdarda gen mutasiyalar və xromosom dəyişilmələri əmələ gətirir ki, bu da yəni indiksion mutasiyaların tezliyi əsas etibarilə radiasiyanın dozasından asılıdır. İonlaşdırıcı şüalar gen mutasiyaların tezliyinə nisbətən xromosom dəyişilmələri spontan arasında olduğundan xeyli çoxdur. Fiziki mutagenlərə ionlaşdırıcı şüalardan başqa ultrabənövşəyi şüalar da aiddir. Bu şüalar atomları ionlaşdırmır, onların yalnız elektron təbəqələrini oyadır və hüceyrədə kimyəvi reaksiyalar yaradır ki, bunun da nəticəsində mutasiya törəyir. Kimyəvi mutagenlər üçün də gen mutasiyaları və xromosom dəyişilmələri törətmək xarakterikdir. Süni yolla mutasiya törətməyin üsullarının işlənməsi mutagenləri tətbiq etməklə seleksiyanı xeyli sürətləndirmək imkanları açmışdır ki, bu da seleksiyaçıya seçmə üçün başlanğıc material verir; bir çox yüksək məhsuldar kənd təsərrüfatı bitki sortları, qiymətli mikroorqanizm ştampları yaradılmışdır. Bu məqsədlə seleksiyada kimyəvi mutagenlər və supermutagenlər böyük müvəffəqiyyətlə tətbiq edilir. Bitkilərin seleksiyasında süni yolla salınmış poliploid mutasiyalardan istifadə olunur. irsi dəyişkənliklər (mutasiyalar) yaradan fiziki və kimyəvi amillər ətraf mühitin antropogen çirklənməsi nəticəsində çoxlu miqdarda M. toplanır.
Mutagenlər
Mutagenlər — irsi dəyişkənliklər (mutasiyalar) yaradan fiziki və kimyəvi amillər ətraf mühitin antropogen çirklənməsi nəticəsində çoxlu miqdarda Mutagenlər toplanır. Mutagenlərə bir çox pestisidlər, azot gübrələri (nitritlər), ağır metallar, bəzi dərmanlar, radioaktiv maddələr, viruslar, bakteriyalar və s. aiddir.

Digər lüğətlərdə