MUYMUL
MUZD
OBASTAN VİKİ
Muz TV (Azərbaycan)
MTV Azerbaijan və yaxud MTV Azərbaycan — Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış musiqi kanalı. == Tarixçə == Azərbaycan incəsənətinin təbliğatı sahəsində yeni imkanlar açan telekanal "Muz TV Azərbaycan" adıyla 2012-ci ilin may ayının 11-də "muz-tv.az" saytı vasitəsilə yayıma başlayıb. Telekanal yayıma başladığı ilk gündən tamaşaçıya dünya musiqi xəzinəsinin incilərini təqdim edir. Özünəməxsus layihələrin, eksklüziv kliplərin, ayrı-ayrı proqramlar və reportajlar kanalın əsas prioritetidir… 5 ildən artıq internet vasitəsilə yayımlanmış telekanala 2017-ci ildə MTRŞ tərəfindən peyk yayımı üçün lisenziya verilib. 2018-ci ilin noyabr ayının 15-dən telekanal "MTV Azerbaijan" adıyla fəaliyyət göstərir. Həmçinin, həmin tarixdə kanalın loqosunda, arakəsmələrində, qrafikasında və qismən formatında dəyişiklik edilib. 2020-ci ildə telekanalın qərargahı Rahib Məmmədov küçəsi № 17 ünvanından Tbilisi prospektinə köçürülüb. 2022-ci il iyunun 3-dən "MTV Azerbaijan"ın loqosunda, arakəsmələrində və qrafikasında daha bir dəfə dəyişiklik edilib.
Muz TV Azərbaycan

"Avropada ilin muzeyi" müsabiqəsi
"Avropada ilin muzeyi" müsabiqəsi (ing. European Museum of the Year Award - EMYA) — dünyada muzey işi sahəsində ən nüfuzlu və böyük tarixi olan müsabiqələrdən biri. == Tarixi == Müsabiqə 1977-ci ildən bəri Avropa Muzey Forumu tərəfindən keçirilir. Hər il onlarla Avropa muzeyi bu yarışmada iştirak edərək nailiyyətlərini və qabaqcıl təcrübəsini həmkarları arasında paylaşmaq imkanı qazanır. Müsabiqə, eyni zamanda, geniş ictimaiyyətin diqqətini muzeylərdə keyfiyyət səviyyəsinin artmasına və innovasiyalara cəlb etmək məqsədi daşıyır. == Şərtləri == Mövcud şərtlərə görə, müsabiqədə son iki ildə açılmış, yaxud eyni dövrdə əsaslı yenidənqurmadan keçmiş, yeni bölüm yaratmış muzeylər iştirak edə bilərlər. Əsas seçim meyarları muzeyin ictimaiyyətlə sıx əlaqə qura bilməsi, muzey mövzularının və əşyaların təqdimatında yeni və eksperimental üsullardan istifadə etməsi, ümumiyyətlə, əhaliyə yüksək mədəni xidmət göstərməsidir.
"Kiklad" İncəsənət Muzeyi
"Kiklad" İncəsənət Muzeyi (yun. Μουσείο Κυκλαδικής τέχνης) — Afinanın ən böyük muzeylərindən biri. == Tarixi == "Kiklad" 1986-cı ildə Yunanıstanın mötəbər ailələrindən olan Nikolas və Dolli Qulandrislərin Kiklad və qədim yunan incəsənətinin nümunələrindən ibarət fərdi kolleksiyası əsasında yaradılmışdır. == Məqsədi == Bildirildi ki, "Kiklad" İncəsənət Muzeyi Egey dənizi və qədim Kipr mədəniyyətinin tədqiqi və təbliği məqsədilə yaradılıb. Ümumilikdə muzeydə üç mindən çox müxtəlif eksponat təqdim olunur.
"Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi
"Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi — Naxçıvanda muzey. Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi kimi fəaliyyətə başlamışdır == Haqqında == Naxçıvan xanlığının əsası 1747-ci ildə Heydərqulu xan tərəfindən qoyulmuş, 81 il fəaliyyət göstərmiş, 1828-ci il fevral ayının 10-da imzalanmış Türkmənçay sülh müqaviləsinə əsasən fəaliyyəti dayandırılmış, Naxçıvan və İrəvan xanlıqları rəsmi şəkildə ləğv edilərək Rusiyanın tərkibinə qatılmışdır. Azərbaycan ərazisində 1747-ci ildən yaranmış 18 feodal dövlətdən biri olan Naxçıvan xanlığının Azərbaycanın siyasi tarixində böyük rolu olmuşdur. 1787–1797-ci illərdə müstəqil Naxçıvan xanlığının xanı, 1797-ci ildən 1820-ci ilədək Naxçıvan xanlığının hakimi olmuş Ehsan xanın atası Kalbalı xan Kəngərli tərəfindən 1780-ci illərdə Naxçıvan çəhərində tikdirilmişdir. Şərq memarlığı üslubunda inşa edilmiş abidə XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış evi olmaqla yanaşı, həm də xanlıq dövründə dövlətin siyasi iqamətgahı funksiyasını yerinə yetirmişdir. Xan Sarayı müxtəlif dövrlərdə baxımsız vəziyyətə düşsə də, qorunub saxlanmışdır. 9429 km² ərazini əhatə edən Naxçıvan xanlığı özünün dövlətçilik ənənələri, ərazi bütövlüyünün qorunması ilə Azərbaycan dövlətçiliyinə çox böyük töhfələr vermişdir. Bu tarix-mədəniyyət abidəsi NAxçıvan şəhərdəki Xan Dikində, Möminə Xatın türbəsinin yaxınlığında yerləşir. 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi kimi fəaliyyətə başlayan binada Naxçıvan xanlığının Azərbaycan Respublikasının milli dövlətçiliyindəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi yaradılmışdır === Muzeyin ekspozisiyası === Ali Məclis Sədrinin 2015-ci il 2 fevral tarixli Sərəncamına əsasən artıq "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyətini davam etdirməkdədir. Hazırda muzeydə 9 ekspozisiya zalı vardır.
AMEA Hüseyn Cavidin Ev Muzeyi
Hüseyn Cavidin Ev Muzeyi — Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1920–1937-ci illərdə yaşadığı evdə yaradılmış muzey. == Binanın Tarixi == Ev muzeyi Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında təsis olunmuşdur. Məktəb görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə 1901-ci ildə açılmışdır. Bu məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi. == Ev Muzeyinin Tarixi == Filosof şair, dramaturq Hüseyn Cavidin həyat və fəaliyyətini, zəngin irsini əbədiləşdirmək və təbliğ etməq məqsədilə ev muzeyinin yaradılması ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 21 iyul 1981-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" qəbul etdiyi qərarda nəzərdə tutulurdu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 1995-ci ildə 160 saylı qərarına əsasən Hüseyn Cavidin Ev Muzeyi yaradıldı və Azərbaycan Elmlər Akademiyasının tabeliyinə verildi. 24 oktyabr 2002-ci il tarixdə, Hüseyn Cavidin 120 illik yubileyi günündə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsən iştirakı ilə Hüseyn Cavidin Ev Muzeyinin rəsmi açılış mərasimi keçirildikdən sonra Muzeyin ekspozisiyası geniş tamaşaçı auditoriyasının üzünə açılmışdır. == Şöbələri == Muzeyin strukturuna daxil olan "Cavidşünaslıq", "Elmi kütləvi işlər", "Elmi fondlar", "Elmi və bədii tərtibat", "Elmi ekspozisiya", "Elmi informasiya və kitabxana" şöbələri Muzeyin elmi tədqiqat işlərinin əhatəli planına əsasən Hüseyn Cavid və ümumiyyətlə cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği sahəsində elmi tədqiqat fəaliyyəti ilə məşğul olurlar. === Elmi Ekspozisiya === Ekspozisiyası dörd otaqdan ibarət olan muzeyin ümumi sahəsi 245 m² – dir. Muzeyin əsas fondunda 4000, elmi – köməkçi fondunda isə 200 eksponat var.
AMEA Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi
Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi — 1930-cu ildə yaradılmış Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi. Muzey 1930-cu ildə Azərbaycan Dövlət Muzeyinin biologiya şöbəsi əsasında yaradılmışdır və 1945-ci ildən Azərbaycan SSR EA (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Geologiya İnstitutunun tərkibindədir. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya institutuna mənsub muzey. Muzey Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabinin adını daşıyır. == Məzmun == Zərdabi adına Təbiət Tarixi Muzeyi ekspozisiyasında Azərbaycanın zəngin təbii sərvətləri əks etdirilmişdir. Muzey zoologiya, paleontologiya və geologiya bölmələrindən ibarətdir. Zooloji bölmə faunanın onurğasızları və onurğalılarından (balıqlar, suda və quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər) ibarətdir. Paleontologiya bölməsinin böyük marağa səbəb olması onunla izah olunur ki, burada nadir eksponatlar yerləşir (Binəqədi qır gölündən tapılmış onurğalı heyvanların skeletlərinin qalıqları). Geoloji bölmədə isə Azərbaycanın faydalı qazıntıları nümayiş etdirilir (minerallar, filiz, faydalı qazıntılar)., == Muzey ekspozisiyası == 1944-cü ildə muzeyə Həsən bəy Zərdabinin adı verilmişdir. Muzey 2 əsas şöbədən geologiya və zoologiya şöbələrindən ibarətdir.
AMEA Milli Azərbaycan Tarixi Muzeyi
Milli Azərbaycan Tarixi Muzeyi — Bakıda yerləşən elmi tədqiqat müəssisəsi. Azərbaycanda fəaliyyət göstərən muzeylərdən biridir. Azərbaycan tarixinə və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur. == Muzeyin Tarixi == 1920-ci ilin iyun ayında Azərbaycan SSR Xalq Maarif Komissarlığının məktəbdənkənar işlər şöbəsində yaradılmış "Muzekskurs" yarımşöbəsinin nəzdində az sonra "Doğma diyarın tədris muzeyi – İstiqlal" təşkil edildi. Artıq iyul ayından məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşdirilmiş bu muzey həmin ilin oktyabr ayının 25-dən Azərbaycan SSR Dövlət Muzeyi adı ilə işləməyə başlamış, 1921-ci ilin may ayından ilk tamaşaçılarını qəbul etmişdir. Yarandığı ilk dövrdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, minerologiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi. 1923-cü ildə yaradılan və muzeylə sıx əlaqədə fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti muzeyin tərkibindəki cəmiyyət və komissiyanı özündə cəmləşdirdi. 1925-ci ildə XMK Kollegiyasının təsdiq etdiyi Azərbaycan Dövlət Muzeyinin "Əsasnamə"sinə görə Muzeyin strukturunda edilən dəyişiklik əsasında tarix-etnoqrafiya, incəsənət, biologiya, geologiya şöbələri və Qafqaza və Şərqə dair kitabları əhatə edən zəngin kitabxana fəaliyyətini davam etdirdi. Sonrakı illər dövrün tələbinə uyğun olaraq muzeydə dəfələrlə struktur dəyişikliyi edildi. 30-cu illərin ortalarında böyüməkdə olan nəslin siyasi-tərbiyə məsələlərinə qarşı diqqətin artması, muzey ekspozisiyalarında sosialist cəmiyyətinin üstünlüklərini nümayiş etdirməyin vacibliyinə dair partiya və hökumətin tələbləri tarixin öyrənilməsi və təbliğini günün əsas məsələlərindən biri etdi.
AMEA Naxçıvan Bölməsi Arxeologiya və Etnoqrafiya muzeyi
AMEA Naxçıvan Bölməsinin “Аrхeоlоgiyа və Etnоqrаfiyа muzeyi” – 2008-ci ildən fəaliyyət göstərir. Nахçıvаn bölgəsinin ən qədim zamanlardan müasir dövrədək tariximizdən soraq verən аrxeoloji, tarixi, etnoqrafik, memarlıq və mədəniyyət abidələrimizi qоrumаq, öyrənmək, təbliğ etmək, gələcək nəsillərə çаtdırmаqdır. == Tarixi == Naxçıvan Muxtar Respublikasında muzey işinin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, burada müxtəlif sahələr üzrə təşkil olunmuş 30-dan çox muzey fəaliyyət göstərir. Son dövrlərdə bu siyahıya əlavə edilən Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksi, Əlincəqala Tarix-Mədəniyyət Muzeyi, Naxçıvan Bayraq Meydanı Muzeyi, həmçinin Naxçıvan MR Ali Məclisi Sədri tərəfindən imzalanmış 2017-ci il tarixli Sərəncama əsasən yaradılacaq Naxçıvan Duz Muzeyi tariximizin yadigarlarının qorunması və təbliğinin inkişaf dinamikasından xəbər verir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində yaradılmış Arxeologiya və Etnoqrafiya muzeyi də məhz bu inkişafın təzahürlərindən biri kimi meydana çıxmışdır . Azərbaycan Respublikasında ayrıca olaraq arxeologiya və etnoqrafiya sahəsi üzrə təşkil olunmuş 3 muzeydən biri, muxtar respublikada isə bu sahədə yeganə olan Arxeologiya və Etnoqrafiya muzeyi AMEA Naxçıvan Bölməsinin Arxeoloji xidmət şöbəsinin materialları əsasında təşkil olunmuşdur. 2008-ci ildə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun nəzdində fəaliyyətə başlayan bu muzey Bölmə əməkdaşlarının apardıqları çöl tədqiqat işlərinin materialları bazasında formalaşdırılmışdır. Muzey materiallarının toplanması və sistemləşdirilməsi AMEA-nın müxbir üzvləri V.B.Baxşəliyev, H.Q.Qədirzadə və H.Y.Səfərlinin təşkilatçılığı ilə həyata keçirilmişdir. Arxeoloji xidmət şöbəsinin fondu I Kültəpə, Sədərək, Ovçulartəpəsi, Ərəbyengicə, II Kültəpə, Qız qala, Xaraba-Gilan, Şahtaxtı, Oğlanqala və digər abidələrin materialları əsasında formalaşdırılmışdır. Bununla yanaşı, muzeydə muxtar respublika ərazisindəki abidələrdə araşdırma aparan digər tədqiqatçılar tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri də vardır.
AMEA Naxçıvan Bölməsinin Arxeologiya və Etnoqrafiya muzeyi

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi — Bakıda yerləşən elmi tədqiqat müəssisəsi. 1945-ci ildə təşkil olunmuşdur. "Nizami Gənvəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi" Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Muzey 1959 və 1967-ci illərdə xeyli genişləndirilmiş və yenidən qurulmuşdur. Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur. == Muzeyin tarixi == Muzeyin binası 1860-cı illərdə ikimərtəbəli karvansara kimi tikilmişdi. Binanın memarı Qasım bəy Hacıbababəyov idi. 1915-ci ildə bina "Metropol" mehmanxanası kimi fəaliyyət göstərirdi. Sonralar 1918–1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının Nazirlər Kabinetinin əməkdaşları burada yaşamışlar və işləmişlər, 1920–1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurası burada yerləşdirilmişdi. Muzeyin yaradılması XX əsrin 40-cı illərindən əvvəllərində başlanmışdı.
Abbasqulu Ağa Bakıxanovun Ev-Muzeyi
Abbasqulu Ağa Bakıxanovun Ev-Muzeyi — 7 iyul 1999-cu il tarixində Amsar kəndində istifadəyə verilən A. A. Bakıxanovun Ev Muzeyi Azərbaycanın görkəmli, tarixi şəxsiyyəti A. A. Bakıxanovun XVIII əsrdə yaşadığı ərazidə yaradılmışdır. Ekspozisiyada A. A. Bakıxanovun dövrünü və onun həyatını əks etdirən tarixi eksponatlar nümayiş olunur. == Muzeyin yaranması == Qubada, Amsar kəndi XIX əsrə aid binada – vaxtilə Bakıxanovların yaşadıqları evdə A. Bakıxanovun ev-muzeyi yaradılıb.. == Muzeyin eksponatları == Abbasqulu Ağa Bakıxanovun bir sıra şəxsi əşyaları burada qorunub saxlanılır. Muzeydə Abbasqulu Ağa Bakıxanovun "Gülüstan" elmi-ədəbi məclisinin eksponatlar, müəllifinin əsərlərindən ibarət kitablar toplusu, xalçalar, əlyazmalar və möhürü qorunur. Ümumilikdə isə muzeyin fondunda 300-dək eksponant saxlanılır. Muzeydə A. A. Bakıxanovun bəzi əlyazmaları, əsərlərindən ibarət kitablar toplusu və xalçalar mühafizə olunur. Ziyarətçilər burada görkəmli yazıçının şəxsi möhürünü də görə bilərlər. Bu möhür şəxsi əşyalar arasında ziyarətçilərin ən çox diqqətini çəkən eksponatdır. Muzeydə "Gülüstan" adlı elmi-ədəbi məclisin fəaliyyətini əks etdirən bəzi sənədlər də qorunub saxlanılır.
Abdulla Şaiqin Ev Muzeyi
Abdulla Şaiqin ev-muzeyi – azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, əməkdar incəsənət xadimi Abdulla Şaiqin 1916–1959-cu illərdə yaşadığı ev; Memorial Muzeyinin ekspozisiyası yaşayış evinin quruluşu ilə birlikdə şairin həyat və fəaliyyətini əks etdirən kompleksdən ibarətdir.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir. Muzey, Bakı şəhəri, A. Şaiq küç.21 ünvanında yerləşir. == Tarixi == Abdulla Şaiq 1900-cü ildə Tiflisdən Bakıya köçərək ilk illər anası Mehri xanım və böyük qardaşı Yusif Ziya Talıbzadə ilə İçəri şəhərdə kiçik bir mənzildə yaşamışdır. Bundan sonra, o, öz yaşayış yerini bir neçə dəfə dəyişmiş, şəhərin müxtəlif yerlərində mənzil kirayə etmişdir. 1916-cı ildə bu gün "Abdulla Şaiqin mənzil muzeyi" adını daşıyan, Yuxarı Dağlıq küçəsində (indiki A. Şaiq adlı küçədə) 21 saylı evin II mərtəbəsində beş otaqdan ibarət mənzilə köçmüş, orada 1957-ci ilin son gününə qədər yaşamışdır. A. Şaiqin qələm və sənət dostlarından N. Vəzirov, S. S. Axundov, H. Cavid, Bülbül, Y. V. Çəmənzəminli, S. Hüseyn, Ə. Cavad, Ə. Abid, A. Musaxanlı, T. Ş. Simurğ, M. M. Seyidzadə, M. Rzaquluzadə, H. Mehdi, Q. Xaliqov, H. Əlizadə və xüsusən, Səməd Vurğun bu mənzilin əziz qonaqlarından idi. Mehriban yazıçı elmi və yaradıcılıq məsləhətləri almağa gələn aspirantlar, tələbələr, hətta məktəb şagirdləri ilə bu mənzildə dəfələrlə görüşmüş, öz yeni əsərlərini onlara oxumuş, maraqlı söhbətlər edib məsləhətlər vermişdir. Abdulla Şaiqin ev-muzeyi 1991-ci ildən fəaliyyətə başlamışdır. == Direktorları == Kamal Talıbzadə (1991–2006) Rəfiqə Talıbzadə (2006–2009) Ülkər Talıbzadə (2009-cu ildən) == Həmçinin bax == Bakı muzeylərinin siyahısı Abdulla Şaiq == Xarici keçidlər == http://www.abdullashaig.com/ Arxivləşdirilib 2019-07-07 at the Wayback Machine http://www.ashaig.aznet.org/ "Abdulla Şaiqin mənzil-muzeyi". kataloq.gomap.az.
Abdulla Şaiqin ev-muzeyi

Abramtsevo Muzey-Qoruğu
Abramtsevo malikanəsi (tam adı: "Abramtsevo Dövlət Tarix, Bədii və Ədəbiyyat Muzeyi-Qoruğu") — Rusiyada, Moskva vilayətinin Sergiyev-Posad rayonunda, Moskvadan 60 km şimal-şərqdə, Vori çayının sahilində yerləşən muzey-qoruq. == Tarixi == Abramtsevo malikanəsi XIX əsrin ortalarından şöhrət qazanmışdır. Onun sahibləri 1843-cü ildən yazıçı Sergey Aksakov, 1870-ci ildən sənayeçi Savva Mamontov idi. Aksakovu yazıçılar İvan Turgenev, Mixail Zaqoskin, Nikolay Qoqol, Stepan Şvıryov, şair Fyodor Tyutçev, aktyor Mixail Şepkin, tarixçilər Timofey Qranovski and Mixail Poqodin, folklorşünas Aleksandr Gilferdinq, slavofillər Aleksey Xomyakov, İvan Kireyevski, Pyotr Kireyevski və başqa həməsrləri ziyarət etmişdir. İ. S. Turgenev, M. N. Zaqoskin, N. V. Qoqol, S. P. Şvıryov, şair F. İ. Tyutçev, aktyor M. S. Şepkin, tarixçilər T. N. Qranovski və M. P. Qranovski və M. P. Folles A., S. A., S. Poqolordinq A., S. S. Poqolorist A., V. S. Poqoloristlər ziyarət etmişlər. Kireevski, P. V. Kireevski və digər məşhur müasirləri. Nikolay Qoqol Abramtsevoya bir neçə dəfə baş çəkmiş və uzun müddət onun üçün xüsusi ayrılmış otaqda yaşamışdır. O, burada, 1849-cu ilin avqustunda "Ölü ruhlar"ın ikinci hissəsinin fəsillərini oxumuşdur. 12 avqust 1977-ci ildə RSFSR Nazirlər Sovetinin qərarı ilə Abramtsevo Əmlak Muzeyi RSFSR Mədəniyyət Nazirliyinin Abramtsevo Dövlət Tarix, Bədii və Ədəbiyyat Muzey-Qoruğuna çevrilmişdir. 1995-ci ildə federal (ümumrusiya) əhəmiyyətli tarixi-mədəni irs obyektlərinə aid edilmişdir.
Abtayberq muzeyi
Abtayberq Muzeyi — Almaniyanın Münhenqladbax şəhərində yerləşən incəsənət muzeyi. == Haqqında == Abtayberq Muzeyinin memarı Hanz Holleyndir. Marsel Duçamp, Endi Uorhol, Roy Lixtenşteyn kimi sənətçilərin əsərləri də burada sərgilənir. 1901–1904-cü illəri arasında Münxenqladbax Bələdiyyə Binasında yerləşən muzey 1904–1925-ci illəri arasında Fliyşerberqdə yerləşən bir Protestan kilsəsində fəaliyyətini davam etdirdi. 1925–1928 illəri arsında bir çox binada fəaliyyət göstərən muzey 1982-ci ildə Abteistraßdə yerləşən və memar Hanz Holleynin işi olan yeni binaya köçdü. 1982-ci ildən muzey bu binada fəaliyyət göstərməkdədir.
Abteyberq Muzeyi

Abxaz Dövlət Muzeyi
Abxaz Dövlət Muzeyi (abx. Аҧсуа ҳәынҭқарратә музеи) — Abxaziyanın Suxumi şəhərindəki tarixi muzey. Muzeyin iki filialı var - Abxaziyanın Gulrıpş və Qudauta bölgələrində. == Ekspozisiya == Muzeyin fəaliyyət göstərdiyi uzun tarixi ərzində o, çoxlu sayda dəyərlərli eksponatlar toplamağa nail olub. Onun anbarlarında 100 mindən çox əşya saxlanılır-bunlar keramika, metal, parça, yazılı sənədlər və s. hazırlanmış unikal əşyalardır. Bu gün muzeyin fondlarında təkcə abxaz xalqının deyil, həmçini Qafqazın digər xalqlarının, Qədim Misirin, Yunanıstanın, Romanın, Bizansın, Sasani İranının tarix və mədəniyyət abidələri, Oktyabr İnqilabının sənədləri, abxaz xalqının İkinci Dünya müharibəsində iştirakından bəhs edən materiallar var. Exspozisiyada nümayiş etdirilən eksponatların bir çoxu təkcə respublikada deyil,həm də dünyada böyük əhəmiyyətə malikdir. Bunlara aşağıdakılar daxildir:keçmiş Sovet İttifaqının ən qədimlərindən biri, məşhur Acheulean Yashtukh saytı;Soyuq mağaranın (sümük zıpkınlar kolleksiyası) mezolit inventarı, mağara ayının ön qolundan olan "rəis heyəti". Eramızdan əvvəl 3-cü minilliyin sonlarına aid dolmenlərin metal mədəniyyətinin materialları da böyük əhəmiyyət kəsb edir.
Abşeron Tarix-Diyarşünaslıq Muzeyi
Abşeron Tarix-Diyarşünaslıq Muzeyi — 21 noyabr 1983-cü il tarixində fəaliyyətə başlamışdır. == Muzeyin tarixi == 2015-ci ildə əsaslı təmir olunmuş muzeyin sahəsi 296 kvm. təşkil edir və 5 zaldan ibrətdir. Hal hazırda muzeydə 3000-ə yaxın eksponat qorunub saxlanılır və 1800 ədəd ekspozisiyada nümayiş olunur. Muzeydə Abşeron rayonun tarixini, coğrafiasını, təbiətini, məişətini, mədəniyyətini əks etdirən eksponatlar qorunub saxlanılır. == Muzey binası == Muzey 4 zal, 1 fond otağı və işçilər üçün 1 otaqdan ibarətdir. Ekspozisiya sahəsi 250kvm, müdir otağı 1 kvm, fond otağı 10 kvm, işçilər üçün otaq 25 kvm-dir. 2018-ci il ərzində muzeyə gələnlərin sayı 1932 nəfər olmuşdur. Muzeyə gələnlərin qeydiyyati aparılır. == Həmçinin bax == Abşeron Abşeron rayonu Abşeron bələdiyyələri == Xarici keçidlər == "Abşeron Tarix-Diyarşünaslıq Muzeyi".
Adana Arxeologiya Muzeyi
Adana Arxelogiya Muzeyi — Türkiyədə, Adana vilayətində yerləşən və arxeoloji əsərlərin sərgiləndiyi muzey. Muzey 1924-cü ildə yaradılmışdır. == Tarixi == İlk illərdə Polis Dairəsində xidmət göstərən muzey 1928-ci ildə Daşkörpü bölgəsindəki Cəfərpaşa Məscid Mədrəsəsinə, daha sonra Qurukörpü Yunan kilsəsinə daşındı. 1935-ci ildə muzeyə etnoqrafiya salonu əlavə edildi. 1950-ci ildə muzey Etnoqrafiya Muzeyinin binasına köçürüldü. 1966-cı ildə isə Mədəniyyət Parkında yeni muzey binasının inşasına başlanıldı. 1972-ci ildə bu bina xidmətə verildi. Alyanaqzadə Həlil Kamil Bəy və Ali Rza Yalman muzeyin inkişafında böyük rol oynamış müdirlərdir. == Sərgilənənlər əsərlər == Adana Arxeoloji Muzeyində Tarsus-Gözlügüllə, Mersin-Yümüktəpə, Milis, Qaratəpə, Soyuqsutəpə və başqa arxeoloji qazıntı yerlərində tapılan və Adana tarixi ilə əlaqədar əsərlər nümayış olunur. Bunlar tarix öncəsi, Hitit, Assuriya, Finikiya, Frig, Ellen, Roma və Bizans dövrlərinə aid heykəl, kitabə, stel, memarlıq parçaları kimi daş əsərlər, bişmiş torpaqdan düzəldilmiş müxtəlif qablar, silindir və maqma möhürləri, dəmir pullar və digər tarixi əşyalardır.
Alman Muzeyi
Alman Muzeyi (alm. Deutsches Museum‎) — Almaniyanın Münhen şəhərində yerləşən dünyanın ən böyük texnologiya və elm muzeyidir. Bu həm də Münhen şəhərinin ən böyük muzeyidir. Hər il təxminən 1,5 milyon ziyarətçi qəbul edən bu muzeydə elm və texnologiyanın 50 müxtəlif sahəsinə aid 28 min müxtəlif obyekt sərgilənir. Muzey 28 iyun 1903-cü ildə Oskar fon Millerin rəhbərliyi altında Alman Mühəndislər Palatası (VDI) tərəfindən təsis edilmişdir.
Almaniya Tank Muzeyi
Almaniya Tank Muzeyi (alm. Deutsche Tankmuseum‎) Munster (Aşağı Saksoniya) — Almaniyadakı Munster Təhsil Sahəsi düşərgəsinin yerləşdiyi (Münster şəhəri ilə qarışdırılmamalıdır) ərazidə yerləşən zirehli döyüş maşınları muzeyidir. Əsas məqsədi Alman zirehli qoşunlarının 1917-ci ildən bəri tarixini sənədləşdirməkdir. Deutsche Panzermuseum 1983-cü ildə Bundeswehrin (Alman Ordusu) zirehli birləşmələrdə xidmət edəcək zabit və komissar olmayan zabitlərinin təlim gördüyü Panzertruppenschule məktəbinin kolleksiyasından başlamışdır. Bu gün Munster bələdiyyəsi və Lehrsammlung der Panzertruppen und H.eeresaufklärungstruppe am Ausbildungszentrum Munster tərəfindən birlikdə idarə olunan zirehli hərbi birləşmələrin kolleksiyalarını özündə birləşdirən ictimai bir muzeydir. Muzey 7500 kvadratmetrlik sərgi salonu da daxil olmaqla 9000 kvadratmetr sahəni əhatə edir. 2003-cü ildə muzey üçün xüsusi sərgilər üçün yeni bir bina, muzey mağazası və yeməkxana açılmışdır. == Sərgilər == Tanklar, hərbi nəqliyyat vasitələri, silahlar, yüngül silahlar, geyimlər, medallar, bəzək əşyaları və hərbi texnikalar Birinci Dünya müharibəsindən bu günə qədər muzeydə nümayiş olunur. Sərginin ürəyi, İkinci dünya müharibəsindən 40-a yaxın tank və digər Wehrmacht maşınları ilə Bundeswehr və keçmiş Şərqi Almaniya Ordusunun (Nationale Volksarmee) tankları da daxil olmaqla zirehli texnika kolleksiyasıdır. Bundan əlavə, İkinci Dünya Müharibəsindən bəri Sovet Qırmızı Ordusu, İngiltərə Ordusu və ABŞ ordusu ilə birlikdə, İsrailin müasir tankları, məsələn Marvava da, nümayiş olunur.
Aloe Muzeyi
Aloe Muzeyi — Arubada yerləşən muzeydir. Muzey və fabrikin ətrafı insanda Arubada aloe istehsal prosesi ilə yanaşı, Arubada aloenin 160 illik becərilmə tarixi haqqında da təsəvvürlər yaradır.
Amerika Təbiət Tarixi Muzeyi
Amerika Təbiət Tarixi Muzeyi (ing. American Museum of Natural History) (qısaca AMNH) ABŞ-nin Nyu-York şəhərində, Mərkəzi Parkın yanında yerləşən, dünyanın ən böyük və ən məşhur muzeylərindən biridir. Muzey planetarium və kitabxananın yerləşdiyi bir-biri ilə əlaqəli 26 binadan, həmçinin 45 daimi sərgi salonundan ibarətdir. Onun kolleksiyalarına 34 milyondan çox bitki, heyvan, fosil, mineral, qaya, meteorit, insan qalıqları və insan mədəni artefakt nümunələri, həmçinin dondurulmuş toxuma, genomik və astrofiziki məlumatlar üçün xüsusi kolleksiyalar daxildir. Muzey 2 milyon kvadrat futdan (190.000 m²) çox ərazini tutur. Onun 225 nəfərlik tam ştatlı elmi işçi heyəti mövcuddur. O, hər il 120-dən çox xüsusi sahə səfərinə sponsorluq edir və hər il orta hesabla beş milyon ziyarətçini qəbul edir.
Ankara Etnoqrafiya Muzeyi
Ankara Etnoqrafiya Muzeyi — Ankaranın Altındağ ilçəsində yerləşir. Türkiyə İstiqlaliyyət müharibəsi zamanı cümə namazlarının qılındığı köhnə adı Namazgah təpəsi olan yerdə quruldu. Əvvəlcə Arxeoloji Muzey kimi istifadə ediləcəyi düşünülsə də, sonralar Rəsm və Heykəl Muzeyi olmağına qərar verildi. Muzeydə Türkiyənin Səlcuqluların gəlişindən başlayaraq ölkə tarixinin müxtəlif dövrlərinə aid Türkiyənin bütün bölgələrindən məhsullar toplanıb. 15 il ərzində Atatürkün müvəqqəti məqbərəsi də həmin binada yerləşirdi və müxtəlif ölkələrin rəsmi nümayəndə heyətləri burada səfərlər edirdilər. == Memarı == Bina Cümhuriyyət dövrünün əhəmiyyətli memarlarından olan Arif Hikmət Qoyunoğlu tərəfindən inşa edilmişdir. Binanın işini öz üzərinə alan isə Nafiz bəy olmuşdur. Bina düzbucaqlı şəklindədir və tək qübbəsi var. Binanın divarları küfeki daşı ilə örtülmüşdür. Binanın yuxarı hissəsi mərmərdir və oyma ilə bəzədilib.
Anna Muzıçuk
Anna Oleqovan Muzıçuk (ukr. Анна Олегівна Музичук, sloven. Ana Muzičuk; 28 fevral 1990[…], Lvov) — Ukraynalı qadın şahmat qrosmeysteri. 2004-cü ildən 2014-cü ilədək Sloveniya üçün oynamışdır. Yudit Polqar, Humpy Koneru ve Hou Yifandan sonra, 2600 Elo reytinqini keçərək, 2012-ci ilin iyul ayında 2606 dərəcəyə çatan dördüncü qadındır. Muzçuk ildə Qadınların Dünya Şahmat Çempionatını iki dəfə (2014 və 2016-cı illərdə) udub. == Karyerası == 2 yaşında peşəkar şahmatçı olan valideynlərindən şahmat öyrənməyə başlayıb. O, birinci müsabiqəsini 5 yaşında oynayıb. Lvov vilayətinin 10 yaş altı qızlar müsabiqəsində 2-ci yerə çıxıb. 1997–2005-ci illərdə Ukrayna, Avropa və Dünya Gənclər Çempionatında bir neçə medal qazanıb.
Arbi Mamakayev adına Ədəbi Memorial Muzeyi
Arbi Mamakayev adına Ədəbi Memorial Muzeyi — Tanınmış Çeçen yazıçısı Arbi Mamakayevin həyat və yaradıcılığına həsr olunmuş muzeydir. Muzey 1989-cu ildə yazıçının oğlu Eduard Mamakayev tərəfindən Nadterek rayonunda yaradılıb. == Təsviri == Muzey Arbi Mamakayevin doğulub boya-başa çatdığı XIX əsrin sonlarına aid olub, sonradan bərpa edilmiş yaşayış binasında yerləşir. Muzeyin tərkibinə respublikanın tanınmış ictimai-siyasi xadimləri, elm və mədəniyyət xadimləri tərəfindən əkilmiş ağaclardan ibarət əlavə tikililər, xatirə bağı da daxildir. Binanın qarşısında yazıçının büstü qoyulub. Muzeyin fondları 3 mindən çox eksponatdan ibarətdir. Muzey Çeçenistan Respublikası Milli Muzeyinin bir şöbəsidir. Arbi Mamakayevin evinin otaqları və iş otağı sağlığında olduğu kimi bərpa edildi. Ekspozisiyada yazıçının həyatı və yaradıcılığı ilə birbaşa əlaqəli eksponatlarla yanaşı, çeçenlərin həyatına, mədəniyyətinə və tarixi irsinə həsr olunmuş bir çox eksponatlar da var. Muzeyi hər il Çeçenistan, Rusiya və Müstəqil Dövlətlər Birliyi ölkələrindən minlərlə ziyarətçi ziyarət edir.

Digər lüğətlərdə