1. Muzdurun işi, peşəsi. Muzdurluq etmək.
– Qapılarda muzdurluq edən yurdsuz, yoxsul adam indi yavaş-yavaş zəngin həyat keçirməyə başlayırdı.
[Eldar:] Atam cavanlığında … kəndkənd gəzər, həm muzdurluq edər, həm də oxuyub-çalarmış.
2. Fəhləlik.
[Məşədi Əsgər] hələ on iki yaşında olduğu halda kəsb üçün Bakıya gəlib, neft gəmilərinin birisində muzdurluğa başlamışdı.