Mühiddin Akyüz
Mühiddin Akyüz — Mühiddin Paşa (1870, Konstantinopol – 11 noyabr 1940, Ankara) Türk hərbçi, diplomat, siyasətçi. Qurtuluş müharibəsində iştirak edən yüksək dərəcəli komandirlərdən biridir. Müharibədən sonra diplomat və millət vəkili kimi çalışmışdır.
1870-ci ildə İstanbulda dünyaya gəlib. Atası, Ədirnə Evkaf mühasibi Şövqü bəy, anası Fatmatüzzəhra xanımdır. 1885–1888-ci illərdə Ali Hərb məktəbini bitirib. Leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. 1888-ci ildə Ali Hərbi Məktəbində müəllim köməkçisi işinə başladı. 1897-ci ildə Türk-Yunan müharibəsinə qatıldıqdan sonra təkrar Ali Hərbi Məktəbində müəllimliyə qayıdıb və 1905-ci ildə sürgün edilənə qədər bu işi davam etdirib. Tələbələrə padşah II Əbdülhəmid əleyhinə fikirlər aşıladığı səbəbilə 1905-ci ildə rütbəsi geri alındı və əvvəl Fizana, sonra Diyarbəkirə və Ərzuruma sürgün edilib.