MÜSAİD

sif. [ ər. ] Uyğun, əlverişli, münasib; bir şeyə imkan verən. Müsaid şərait. Müsaid vaxt.
– Qızların əhvali-ruhiyyəsi bu kimi işlərə müsaid deyildir. A.Şaiq.

□ Müsaid olmaq – əlverişli olmaq, müvafiq olmaq, münasib olmaq, imkan vermək.
Ey Füzuli, əxtəri-bəxtim müsaid olmadı. Füzuli.
[İlyas:] Vaxt müsaid olduğu zaman hər axşam bu bağçalarda, bu meşələrdə gəzirəm, – dedi. M.S.Ordubadi.
Əgər şərait müsaid olsa idi, [Səməddən] lap böyük siyasət adamı çıxardı. B.Talıblı.

MÜSAHİBLİK
MÜSAİDƏ

Digər lüğətlərdə