MÜTƏNƏBBİ

ə. peyğəmbərlik iddiasında olan // yalançı peyğəmbər.

MÜTƏNƏBBEH
MÜTƏNƏFFİR
OBASTAN VİKİ
Mütənəbbi
Əbu ət-Tayyib əl-Mütənəbbi Əhməd ibn əl-Hüseyn ibn əl-Həsən ibn Əbd əs-Səməd əl-Cufi əl-Kindi əl-Kufi (ərəbcə: أبو الطيب المتنبي أحمد بن الحسين بن الحسن بن عبد الصمد الجعفي الكندي الكوفي ; 920[…] və ya 915, Kufə – 23 sentyabr 965) — X əsrin dahi ərəb şairi Əslən Cufə qəbiləsindən olan şair Kufə şəhərinin əl-Kində məhəlləsində kasıb bir ailədə anadan olmuşdur və nəsəbini də elə bu yerin adından götürmüşdür. Əl-Mütənəbbinin Kufə kimi elm və mədəniyyət ocağında böyüməsi onun hərtərəfli bir şəxsiyyət, müdrik bir insan kimi formalaşmasında böyük rol oynamışdır. Ədib ilk təhsilini də məhz burada — Kufədə, şiə yönlü məktəbdə almışdır. Əksər orta əsr tədqiqatçıları əl-Mütənəbbinin hələ uşaqlıqdan şeir yazdığını və gözəl nitq qabiliyyətinə malik olduğunu bildirirlər. Gənc Əhməd öz həmyaşıdlarından gözəl şeir duyumu və hazırcavablığı ilə fərqlənirdi. 924-cü ildə doğma şəhəri qərmətilər tərəfindən işğal olunduğuna görə, ailəsi ilə birlikdə buranı tərk edib, 2 ilə yaxın Suriya bədəviləri arasında yaşayıb. Köçərilərin əhatəsində keçirdiyi illər onun həyat prinsiplərinin, ictimai-siyasi görüşlərinin, bədii zövq və meyllərinin formalaşması və müəyyənləşməsinə əhəmiyyətli təsir göstərib. Burada – şəhərdəkindən fərqli bir dil mühitinin hökm sürdüyü səhrada o, yaxşı qorunmuş, korlanmamış, canlı klassik ərəb dilini mənimsəyir. Yeri gəlmişkən, təmiz ərəbcəni bədəvilərdən öyrənmək o dövrün şair və dilçiləri arasında yayılmış hal idi. Gənc Mütənəbbi Kufəyə qayıtdıqdan və ilk şeirlərini yazdıqdan sonra, istedadı üçün daha geniş meydan tapmaq ümidi ilə Bağdad, Şam və başqa mərkəzlərə səfərə çıxır, müxtəlif saraylara yol axtarır.
Əl-Mütənəbbi

Digər lüğətlərdə